Month: October 2021

  • Möhsün Nağısoyluya yeni vəzifə verildi

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub.

  • Убитый в рабочем кабинете директор госцентра был ветераном войны

    Убитый директор Государственного центра аграрного развития Геранбойского района Зия Ахмедов был ветераном первой Карабахской войны.

    В 2007-2015 годах он работал в Геранбойском районном отделе Государственного комитета по земле и картографии, а несколько лет назад был назначен директором Госцентра аграрного развития.

    З.Ахмедов (1964 г.р.) был убит 8 октября 28-летним бухгалтером центра Мирхади Багировым, нанесшим ему ножевые ранения.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Azərbaycanda iş otağında qətlə yetirilən məmur müharibə veteranı imiş

    Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin qətlə yetirilən direktoru Ziyad Əhmədov Ələs oğlu müharibə veteranı imiş.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxsin rəsmi olaraq 90-cı illərin Qarabağ müharibəsi veteranları siyahısında adı mövcuddur.

    O, 2007-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində fəaliyyət göstərib. Bir neçə il əvvəl isə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində direktor vəzifəsinə təyin edilib.

    1964-cü il təvəllüdlü Ziyad Əhmədov Mərkəzin Goranboy rayon şöbəsində mühasib kimi fəaliyyət göstərən 28 yaşlı Goranboy sakini Mirhadı Bağırov tərəfindən saat 13:00 radələrində boyun nahiyəsindən bıçaqla vurularaq qətlə yetirilib.

    Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • ДТП в Баку: серьезно пострадал пешеход

    В Сураханском районе Баку на автотрассе, ведущей в аэропорт, произошло ДТП, в результате которого серьезно пострадал мужчина.

    Автомобиль сбил переходившего дорогу Ильгара Алиева (1970 г.р.), в результате он ударился о другую машину.

    Пострадавший госпитализирован в тяжелом состоянии.

    Источник: АПА

  • Bakıda maşın piyadanı vuraraq digər avtomobilə çırpdı

    Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

    APA xəbər verir ki, qəza aeroport şosesində baş verib.

    1970-ci il təvəllüdlü Əliyev İlqar Yusif oğlu yolu keçərkən avtomobil onu vuraraq digər maşına çırpıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  • Азербайджанская нефть продолжает дорожать

    Азербайджанская нефть марки Azeri Light продолжает дорожать.

    Ее стоимость на мировом рынке выросла на 0,97 доллара (1,16%) и составила 84,78 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşmaqda davam edir

    Azərbaycan nefti bir qədər də bahalaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,97 ABŞ dolları və ya 1,16 faiz artıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 84,78 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Batumidə yaşayış binasının çökməsi nəticəsində qurbanların sayı artıb

    Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha bir nəfərin cəsədini çıxarıblar.

    Bununla da qurbanların sayı beşə çatıb. Əldə olunan məlumata görə, ölən azyaşlıdır.

    Xatırladaq ki, oktyabrın 7-də Gürcüstanın Batumi şəhərində yeddi mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

    Dağıntılar arasında daha üç uşağın qaladığı ehtimal edilir.

  • Вилаят Эйвазов отправил замначальника полиции в распоряжение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова заместитель начальника по службе Джалилабадского районного отдела полиции (РОП) полковник-лейтенант Таяр Рзагулиев отправлен в распоряжение.

    Отметим, что 52-летний Т.Рзагулиев начал службу в органах внутренних дел в 1991 году, служил в Агдамском, а до 2010-го – в Ходжалинском РОП. Затем был назначен замначальника Нефтчалинского районного отдела полиции. В 2014 году продолжил службу в Сальянском РОП. С июня 2018-го – замначальника Джалилабадского районного отдела полиции.

  • Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü

    Daxili işlər orqanında kadr dəyişikliyi olub.

    Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

    Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilabad RPŞ-nin rəis müavini kimi xidmət edib.

    //oxu.az