Month: October 2021

  • Daha bir Avropa ölkəsi Türkiyə SİHA-larına “elçi düşdü”

    Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) istehsalı ilə bağlı əldə etdiyi uğurlar daha bir Avropa ölkəsini onun müştərisinə çevirib.

    Bu dəfə türk SİHA-larına Litva sahib olmaq istəyir.

    Hollandiyanın NOS agentliyi Türkiyə SİHA-larının zaman keçdikcə daha çox satıldığını vurğulayıb. Agentlik Türkiyəni qısa zaman çərçivəsində ABŞ, İsrail və Çin kimi məşhur SİHA istehsalçılaır olan ölkələrin siyahısına daxil olduğunu bildirib. Polşa və Ukraynadan sonra Litvanın da Türkiyə SİHA-larının alıcısı olduğu qeyd olunub.

  • Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb

    Aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili qida məhsulları qəbul etməyə başlayıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

    Qeyd olunub ki, o, bal və təbii şirələr qəbul edib.

    Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.

  • Xalq artistinin vəfatı ilə bağlı NEKROLOQ

    Mədəniyyət Nazirliyi bu gün vəfat edən Xalq artisti Ağakişi Kazımovun ölümü ilə bağlı nekroloq yayıb.

    Nekroloqda deyilir:

    “Azərbaycan mədəniyyətinə itki üz verib.

    Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.

    Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.

    A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.

    1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.

    A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq.

    Allah rəhmət eləsin!”

  • Sosial şəbəkələrin işində yenə problem yarandı

    Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkələrinin işində problemlər müşahidə olunur.

    Bu barədə populyar İnternet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

    Məlumata əsasən, “İnstaqram”ın işində texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya və digər ölkələrin sakinləri şikayət edib.

    Problemlər həmçinin “Facebook” sosial şəbəkəsində də müşahidə edilməkdədir.

    Xatırladaq ki, oktyabrın dördündə bütün dünyada “WhatsApp, “Instagram”, “Facebook” sosial şəbəkələrinin işində ciddi problemlər yaranmışdı. İstifadəçilərin çoxunda saytlar və mobil əlavələr açılmırdı.

    Daha sonra “Twitter”, “Google” və “Amazon” öz fəaliyyətini dayandırmışdı.

  • Rafiq Hüseynov ilk dəfə dünya çempionu oldu və Türkiyə bayrağı ilə dövrə vurdu

    Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

    Oxu.az-ın xəbərinə görə, bu, yunan-Roma güləşi üzrə Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynovdur.

    82 kq çəki dərəcəsində güləşən Rafiq finalda Burhan Akbudaka (Türkiyə) 2:1 qalib gəlib. İdmançımız Avropa çempionluğundan sonra ilk dəfə dünya çempionu adını qazanıb. Azərbaycan – Türkiyə bayraqları ilə dövrə vuran Rafiq kameraya “ata, oğlun dünya çempionu oldu” deməyi də unutmayıb.

  • Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

    Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

    Oxu.az xəbər verir ki, 77 kq-da yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada rusiyalı Roman Vlasovla üz-üzə gəlib.

    Görüşdən 1:2 hesabı ilə məğlub ayrılan Süleymanov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

  • Dünya çempionu qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib

    Yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqlar+ı ilə qeyd edib.

    “Report”un məlumatına görə, 82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı iki ölkənin bayrağını götürərək, xalça üzərində dövrə vurub. Türkiyə yığmasının məşqçiləri ona təqdirəlayiq hərəkəti qarşılığında təşəkkür ediblər.

    Qeyd edək ki, Rafiq Hüseynov Hüseynov finalda türkiyəli Burhan Akbudakı məğlub edib. Bu, onun ilk dünya çempionluğudur.

  • Rusiyalılar fəal şəkildə Azərbaycandakı Yeni İl turları ilə maraqlanırlar

    İyunun 10-dan hava sərhədləri açılandan Azərbaycana səfər edən rusiyalıların sayı 70 min nəfər təşkil edib. Bu barədə Turizm Bürosunun Rusiya üzrə regional meneceri Fidan Axundzadə məlumat verib.

    “İyunun 10-dan, sərhədlər açılandan etibarən 70 minə yaxın rusiyalı Azərbaycanda olub. Xaricdən gəlmə sayına görə Rusiya liderdir. Lakin pandemiyaya görə, Azərbaycana ümumi gəlmə sayı 80% azalıb”, – Axundzadə Yekaterinburqda keçirilən mətbuat konfransında bildirib.

    Median.Az
    aviatravel.az-a istinadən bildirir ki, “RATA-news” portalı yazır ki, “TUI Rossiya” şirkətində aiareyslər açılandan sonra ilk həftələr bron həcminin davamlı artımı müşahidə olunub, ancaq sonra ajiotaj azalıb, tələbat 2019-cu ilin səviyyəsinə qdər bərpa olmayıb.

    “PAC Group” şirkətində Azərbaycana bronların əksər hissəsi qrup şəklində və fərdi ekskursiya turlarının payına düşür. Şərab və qastronomik proqramlara tələbat var, otellər ayrıca bron edilir. Dağ-xizək məhsuluna tələb başlayıb, lakin o qədər də fəal deyil. Bronların əsas həcmi 4-5 ulduzlu otellərin payına düşür, səfərlər 3-5 günlük planlaşdırılır.

    “Azərbaycana fəal tələb müşahidə etmirik, insanlar hələ ki dənizdə istirahəti seçirlər, yay mövsümü hər yerdə sona çatmayıb”, – “De Vizu” şirkətinin baş drektoru Aleksey Lebed bildirib. O vurğulayıb ki, Azərbaycanın dağ-xizək kurortlarının Rusiya bazarında irəliləməsi indi başlayıb, “baxaq, bu tələbatın formalaşmasına gətirəcək ya yox”.

    “Jarkov-tur” şirkətinin baş direktoru Andrey Jarkov da təsdiq edib ki, Azərbaycanda dağ-xizək kurortları barədə hələlik xəbər almırlar, ancaq ekskursiya proqramlarına tələbat var, istirahət günləri turları alırlar. Artıq Yeni il tarixləri ilə maraqlanırlar, yenə də qısa zaman üçün. Ənənəvi olaraq Naftalanda müalicəyə tələbat var. Lakin, ümumilikdə bu istiqamət pandemiyadan əvvəl olduğundan nəzərə çarpacaq dərəcədə az satılır.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Tirist axınının azalması COVİD-19-a görə qüvvədə olan məhdudiyytlərlə əlaqədar olub. 2020-ci ildə Azərbaycana səfər edən turistlərin ümumi sayından 28,3%-ni rusiyalılar təşkil edib (birinci yer). 2019-cu ildə Azərbaycana Rusiyadan rekord sayda turist səfər edib – 930 min nəfər.

  • Çində daha çox əhali qrupuna COVID-19 əleyhinə 3-cü doza peyvəndin vurulması planlaşdırılır

    Çinin səlahiyyətli qurumları xaricdən COVID-19 virusunun yeni variantlarının axını ehtimalının yüksək olması fonunda daha çox əhali qrupuna 3-cü doza (buster doza) peyvənd vurmağı planlaşdırır.

    Median.Az
    AZƏRTAC-a istinadən bildirir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi artıq bununla bağlı yerli hökumətlərə təlimat göndərib. İlkin mərhələdə COVID-19 infeksiyasına qarşı hər 2 doza peyvəndi ən azı 6 ay əvvəl qəbul etmiş və yüksək risk qrupuna aid olanlara, o cümlədən hava və dəniz limanlarında, sərhəd-keçid məntəqələrində, xidmət sektorunda çalışanlara, tibb işçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və yaşı 60-dan yuxarı olanlara buster doza vurulur. Hazırda buster doza yalnız Quandon, Cıcian və Henan vilayətlərində tətbiq olunur.

    Çinli mütəxəssislər COVID-19 pandemiyası ilə mübarizənin ən vacib halqasının vaksinasiya olduğunu, pandemiya dövründə virusun yeni və daha təhlükəli ştamlarının sürətlə yayılmasının buster dozaya ehtiyac yaratdığını bildirirlər. Hesab olunur ki, 2 doza peyvəndin qəbul edilməsi sayəsində bədəndə COVID-19 infeksiyasına qarşı yaranan anticisimlərin qorunma səviyyəsi təxminən 6 aydan sonra azalmağa başlayır. Buster doza isə immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağa imkan verir.

    Çinin səlahiyyətli qurumları ölkədəki epidemik vəziyyətdən asılı olaraq növbəti mərhələdə bütün əhali qrupuna 3-cü doza vaksinin vurulmasını istisna etmir.

    Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası ötən ilin dekabrında başlayıb. İlk mərhələdə xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Cari ilin fevralında isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən indiyədək ölkədə 2 milyard 216 milyon doza peyvənd vurulub. Çin bu göstəriciyə görə dünyada birincidir. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

  • ÜST ilk dəfə malyariyaya qarşı peyvəndi geniş istifadə üçün tövsiyə edib

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya əleyhinə hazırlanmış ilk peyvəndin uşaqlar üçün geniş istifadəsini tövsiyə edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus bu barədə məlumatı açıqlayarkən, malyariyaya qarşı mübarizədə “tarixi gün” yaşandığını bildirib. Qeyd edilib ki, ÜST 20019-cu ildən bəri Qana, Keniya ə Malavidə aparılan pilot layihə çərçivəsində vurulmuş RTS,S peyvənd maddəsinin yoxlanılması başa çatıb. ÜST peyvəndin Afrikanın Cənubi Saxara regionu və dünyada malyariyaya yüksək və orta yoluxma riskinin mövcud olduğu digər regionlarda tətbiqini tövsiyə edib.

    Qeyd edilib ki, riskli regionlardakı uşaqlara iki yaşadək dörd peyvənd dozası vurulmalıdır. “Uzun zamandan gözlənilən uşaqlar üçün malyariyaya qarşı peyvənd elm, uşaqların sağlamlığı və malyariya ilə mübarizədə dönüş nöqtəsidir”,- deyə T.Qebreyesus tibbi nailiyyəti yüksək qiymətləndirib.

    Malyariya dünyada, əsasən də Afrikada hər il azı 400 min insanın həyatına son qoyur. Ölüm hallarının əksəriyyəti beş yaşadək uşaqlar arasında baş verir. Cənubi Saxara ölkələrində malyariya hər il orta hesabla 12 milyard ABŞ dolları həcmində xərclərə səbəb olur və bu regionda ölüm hallarının yarısı malyariya səbəbindən baş verir.

    ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, malyariya əsrlərdən bəri Afrikanın Cənubi Saxara regionunda böyük insani fəlakətə çevrilib: “Biz uzun zamandan bəri təsirli peyvənd maddəsini gözləyirdik”.