Month: October 2021

  • Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə

    Bu yaxınlarda Balkan ölkələrinin bir qrup jurnalisti Azərbaycanda səfərdə olub.

    “Report” xəbər verir ki, media nümayəndələri bir sıra məqalə və reportajlar hazırlayıblar.

    Bosniyalı jurnalistlər Adis Delikoviç və Emir Morina hazırladıqları iki reportajdan birini – Qarabağla bağlı 30 dəqiqəlik filmi sentyabrın 21-də Bosniya İctimai Kanalının (BHRT) praym-taymında (saat 20.00) təqdim ediblər. Filmdə Qarabağ münaqişəsinin tarixi, ötənilki müharibə və Azərbaycan Ordusunun uğurları, həmçinin erməni tərəfin vandalizm aktları və mülki əhaliyə hücumları geniş şəkildə əks etdirilib. Bakı, Gəncə, Ağdam və Şuşada çəkilmiş kadrlarda həmçinin azərbaycanlı rəsmi şəxslərin və ekspertlərin də fikirlərinə yer verilib.

    Eyni zamanda bu yaxınlarda Azərbaycana səfər etmiş jurnalist Boyan Stoykovskinin Qarabağla bağlı məqaləsi Şimali Makedoniyanın MKD.mk saytında dərc olunub. Münaqişədən sonra Qarabağın dirçəldilməsi, minalardan təmizlənməsi, köçkünlərin qaytarılması planlarına toxunan müəllif yazıda bəzi azərbaycanlı müsahiblərinin fikirlərinə də yer verib. Jurnalist Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar daha bir geniş, ingilisdilli məqaləsi Balkan regionu ilə bağlı ən böyük mətbu orqanlardan sayılan “Balkan Insight”da yayımlanıb. Qeyd edək ki, “Balkan Insight” “Facebook”da 100 minə, “Tvitter”də 60 minə yaxın izləyiciyə malikdir. Həmçinin Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar digər yazısı da işıq üzü görüb. Bundan başqa, Boyan Stoykovskinin “Zdnet” üçün yazdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yeni texnologiyalar və innovasiyalar əsasında rekonstruksiyası (“ağıllı yaşayış məntəqələri”) barəsində məqaləsi eyni platformanın fransızdilli versiyasında da yayımlanıb. Bu səhifənin “Facebook” platformasında 44 minə, “Tvitter”də 60 minə yaxın izləyicisi var.

    Bosniya İctimai Kanalının radio efirindəki “Ino magazin” proqramının qonağı müxbir Adis Delikoviç olub və proqramın bir hissəsi onun Azərbaycanla bağlı təəssüratlarına həsr olunub. Adis Azərbaycanda olduğu 7 gün müddətində hazırladığı videoreportaj barədə danışıb, ölkəmizdə ona göstərilən qonaqpərvərlikdən söz açıb. O bildirib ki, Azərbaycan ötənilki müharibədən qalib kimi çıxaraq öz torpaqlarını Ermənistandan geri ala bilib. O, münaqişənin tarixindən danışaraq Ermənistanın 90-cı illərdə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal etdiyini, BMT qətnamələrinə məhəl qoymadığını və bir milyon azərbaycanlının qaçqına çevrildiyini bildirib. Adis Şuşanın işğaldan azad olunması əməliyyatına da toxunub. İşğaldan azad olunan torpaqların tamamilə dağılmış olduğunu, Azərbaycanın hazırda böyük rekonstruksiya işləri həyata keçirdiyini qeyd edən müxbir səfər təəssüratlarını danışdıqdan sonra proqram Azərbaycan mahnısı ilə bitib.

  • Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib

    Milli Məclisin sədri Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Slovakiya spikerlərinin görüşündən sonra birgə brifinq keçirilib.

    “Report” xəbər verir ki, Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya səfəri uğurla davam edir.

    Spiker qeyd edib ki, bu, Milli Məclisin sədri səviyyəsində Slovakiyaya ilk rəsmi səfərdir:

    “Səfər müddətində Slovakiya Respublikasının Baş naziri Eduard Hegerlə və Milli Şuranın sədri Boris Kollarla konstruktiv görüşlərimiz oldu və proqrama uyğun olaraq görüşlər davam edir. Keçirilən görüşlərdə Azərbaycan-Slovakiya münasibətləri parlament müstəvisində müzakirə olundu, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimizin daha da dərinləşdirilməsi barədə fikirlərimizi bölüşdük”.

    Sahibə Qafarova jurnalistlərin diqqətinə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. O, Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini deyib.

    Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına, Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə, Slovakiyada baş verən proseslərin Azərbaycan ictimaiyyətinə obyektiv çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. O, parlamentlərarası münasibətlərin dərinləşməsinin ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

    Milli Məclisin sədri deyib ki, keçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barədə həmsöhbətlərinə məlumat verib. Vurğulayıb ki, bu müharibə nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Spiker, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə Slovakiya Parlamentinin də münasibət bildirməsi barədə istəklərini bölüşdüyünü qeyd edib.

  • Texniki Universitetin baş müəllimi vəfat edib – FOTO

    Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Elxan Məmmədov vəfat edib.

    Bu barədə Texniki Univetsitet məlumat yayıb.

    Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

    Elxan Məmmədov 1987-ci ildən 1991-ci ilə kimi AzTU-nun Elmi-tədqiqat şöbəsində mühəndis, sonra isə böyük mühəndis vəzifəsində işləyib.

    1993-cü ildən AzTU-nun müxtəlif kafedralarında baş müəllim kimi çalışıb.

  • Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 755 milyon dolları ötüb

    2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 755,1 milyon dollar təşkil edib.

    Trend bu barədə Rusiyanın Aqrar-Sənaye Kompleksinin İxracın İnkişafı Mərkəzinin icmalına istinadən məlumat verir.

    Hesabata əsasən, 2021-ci ilin yanvar-avqust aylarında Rusiyanın Azərbaycana ixracı 4,7 faiz azalaraq 390,1 milyon dollar, Azərbaycandan idxal isə 0,8 faiz artaraq 365 milyon dollar təşkil edib.

    Hesabat dövründə Rusiya Azərbaycandan xurma idxalını 2,2 dəfə, şaftalı idxalını 2,8 dəfə, kartof idxalını 24,6 faiz artırıb, pomidor ixracını 22,8 faiz, gilas və albalı idxalını 36,1 faiz, fındıq idxalını isə 8,4 faiz azaldıb.

    Eyni zamanda, Rusiya Azərbaycana şəkər ixracını 39,5 milyon dollar, taxıl ixracını 18,1 milyon dollar, kartof ixracını 5,2 milyon dollar artırıb, günəbaxan yağı ixracını 23,8 milyon dollar, şokolad məmulatlarını 3,9 milyon dollar azaldıb.

  • Aygün Kazımova qızına ad günü etdi – VİDEO

    Xalq artisti Aygün Kazımova dünən qızı İlqarəyə ad günü keçirib.

    Median.Az olay-a istinadən xəbər verir ki, məşhur müğənninin qızı 31-ci doğum gününü qeyd edib.

    A. Kazımova qızı ilə birgə fotosunu İnstaqram hesabında yayımlayıb. O, paylaşıma “Gözümün ağı- qarası, günəşim, ayım”,- şərhini yazıb.

    Xatırladaq ki, İlqarə Xalq artistinin İlqar İbrahimovla evliliyindən dünyaya gəlib.

  • Azərbaycan millisinin müdafiəçisi İrlandiya ilə oyunu buraxacaq

    Azərbaycan millisi İrlandiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

    Bu barədə AFFA məlumat yayıb.

    Bildirilib ki, Bəhlul Mustafazadə zədəli olduğü üçün yığmanın düşərgəsindən ayrılıb.

    Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – İrlandiya görüşü saat 20:00-da başlayacaq.

  • Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyası xarici mətbuatda geniş işıqlandırılıb

    Bu yaxınlarda Azərbaycanda səfərdə olan balkanlı jurnalistlər ölkəmizlə bağlı təəssüratlarını əks etdirən məqalə və reportajlar hazırlayıblar.

    “Report” xəbər verir ki, Azərbaycanda qonaq olan Bosniya İctimai Televiziyasının heyəti elə ilk gün ADA Universitetində itkin düşmüş azərbaycanlılarla bağlı reportaj hazırlayaraq axşam xəbərlərində efirə veriblər. Süjetdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və ailəsini itirmiş köçkün Müşfiq Əliyevin fikirləri yer alıb.

    Qarabağa səfər etmiş serbiyalı jurnalist Nataşa İvanoski isə çalışdığı “Blic” qəzetində səfər təəssüratları ilə bağlı ikinci məqaləsini yayımlayıb. Budəfəki yazıda Gəncədə dağıdılmış mülki bina, müəllifin “Qafqazın Xiroşiması” adlandırdığı Ağdam və Bakıdakı qənimətlər parkı barədə yazılıb, hər bir hissə müəllifin özü tərəfindən çəkilmiş şəkillərlə müşayiət olunub. Yazıda Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun şəhərin bərpası ilə bağlı Azərbaycanın planlarına, məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin gələcəklə bağlı düşüncələrinə yer verilib.

    Jurnalist Nataşa İvanoski digər məqaləsində Bakıdan Şuşaya və Ağdama qədər gördüyü bir çox detalları qələmə alaraq hər addımda Qarabağın Azərbaycana məxsus olduğunu, “Qarabağ” sözünün Azərbaycan mənşəyini, müxtəlif kəndlərdə həmin yaşayış məntəqəsinin öz şəhidlərinin əbədiləşdirdiyini, azərbaycanlıların 1990-cı illərdə qovulduqları ərazilərə yenidən qayıtdıqlarına görə qürur duyduqlarını, Füzulidəki minalı əraziləri gördüyünü, təkcə bu il 20 Azərbaycan vətəndaşının minalardan həlak olduğunu və ümumiyyətlə Qarabağın minalardan təmizlənməsinin ən azı 10 ilə başa gələcəyini, etnik nifrətin yaşayış məntəqələrini kabus şəhərlərə çevirdiyini, Cəbrayıl və Ağdamdakı dağıdılmış evləri və Azərbaycan qəbirlərini, azərbaycanlıların ötən il Şuşanı azad etdiklərini və bu əməliyyatın bir sıra hərbi akademiyaların dərsliklərinə düşəcəyini qeyd edir. Şuşada gördüyü obyektləri – Bülbül ləqəbli müğənninin, Qarabağ xanının qızı və şairə Natəvanın və Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun büstləri, şair Molla Pənah Vaqifin məqbərəsini təsvir edir. Məqalə bir çox fotolar və onların təsvirləri ilə bəzədilib.

    Qarabağ səfər edən jurnalist Boyan Stoykovski də ABŞ-ın innovasiya səhifəsi olan “Zdnet” üçün yazısını Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyasına həsr edib. Müharibə zamanı dağıdılmış infrastrukturun Bakı tərəfindən innovativ və yaşıl texnologiya ilə dirçəldilməsinin qeyd olunduğu məqalədə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun gələcək planlar, ADA-nın professoru, urbanistika üzrə ekspert Anar Vəliyevin “ağıllı şəhərlər”in əhəmiyyəti və məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin geri qayıtmaqla bağlı fikirlərinə yer verilib.

    Qeyd edək ki, “Zdnet”in təkcə “Facebook”da 280 minə yaxın, “Twitter”də isə 460 mindən çox izləyicisi var.

    Müəllif Boyan Stoykovski öz tviter hesabında da bu məqaləni paylaşıb, xəbərə xeyli reaksiya gəlib. Maraqlıdır ki, bu reaksiyalar arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, BMTM sədri Fərid Şəfiyevin, ABŞ-da yaşayan azərbaycanlı aktivist Arzu Caidin fikirləri də var.

    Stoykovskinin məqaləsi həmçinin ingilisdilli “Russia Business Today” platformasında yayımlanıb, məqalədə azərbaycanlı ekspertlərin fikirləri yer alır.

  • “Hərə bir qəhrəman oldu” layihəsinin təqdimatı keçirildi – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə Bakı Konqres Mərkəzində “Hərə bir qəhrəman oldu” adlı tədbir həyata keçirib.

    Tədbir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.

    Bərabərlərin dəstəyi xarakteri daşıyan tədbir I Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədi daşıyıb.

    Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, DOST Agentliyinin sədri Fərid Məmmədov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və başqaları iştirak ediblər.

    Çıxış edənlər şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs ediblər. Vətən müharibəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb. Belə tədbirlərdən biri kimi, “Hərə bir qəhrəman oldu” layihəsinin hazırlanaraq icra edilməsinin əhəmiyyəti qeyd edilib. Bir il davam edəcək bu layihənin Vətən müharibəsi şəhidlərinin övladlarının təhsilinə, gələcək karyerasının planlaşdırmalarına önəmli bir dəstək olduğu bildirilib.

    Sonra I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, onlara öz uğur hekayələri barədə danışıblar.
    Layihənin sonrakı mərhələsində Vətən müharibəsi şəhidlərinin övladları üçün təlimlərin təşkili, onlara peşə və karyera seçimlərində dəstək verilməsi istiqamətində işlər həyata keçiriləcək.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 38 789 человек.

    При этом 13 121 из них получил первую дозу препарата, 25 668 – вторую.

    Об этом 8 октября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 8 923 055 доз вакцины от COVID-19.

    При этом 4 863 636 человек получили первую дозу препарата, 4 059 419 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı – FOTO

    Azərbaycanda gün ərzində koronavirus əleyhinə 38 789 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

    Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 668 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 923 055, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 863 636, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 059 419 təşkil edir.