Month: October 2021

  • Dünyada təbiət üçün ilk təhlükəsiz qəbiristanlıq açılıb

    Belçikanın Drongen şəhərində dünyanın təbiət üçün ilk təhlükəsiz qəbiristanlığı açılıb.

    Bura yalnız ekoloji cəhətdən təmiz dəfnlər üçün nəzərdə tutulub: məzar daşları olmadan tamamilə bioloji olaraq parçalanan tabutlar.

    Ərazidə qəbirlər arasında asfaltlanmış yollar və sərhədlər yoxdur, yalnız taxta skamyalar və lövhələr var. Mərhumun xatirəsini yad etmək üçün qohumlar və ya dostlar ərazidə olan albalı ağaclarından birinə onun adı yazılmış bir quş yuvası asa bilərlər.

    Yeni qəbiristanlıqdakı yerlər satılmır, onlar 25 il müddətinə kirayəyə götürülə bilər – layihənin yaradıcılarının hesablamalarına görə, bu müddət ərzində insan bədəni tamamilə təbiətlə birləşəcək.

  • Güclü zəlzələ nəticəsində sərnişin qatarı relsdən çıxdı

    Yaponiyada baş verən güclü zəlzələ zamanı hərəkətdə olan sərnişin qatarı qismən relsdən çıxıb.

    İnsident nəticəsində yaralıların olduğu bildirilir, lakin onların sayı barədə hələlik məlumat verilmir.

    Hadisə Yaponiyanın paytaxtı Tokioda baş verib.

  • Ermənistan COVID-19-a yoluxanları dövlət hesabına müalicə etməkdən imtina edir

    Ermənistanda peyvənd olunmaqdan imtina edən, lakin koronavirusa yoluxan xəstələrin müalicəsi pullu ola bilər.

    Bu barədə Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan məlumat verib.

    R. Xaçatryanın sözlərinə görə, hazırda bununla əlaqədar müzakirələr davam edir, yekun qərar hələ verilməyib.

    O, əlavə edib ki, koronavirusa yoluxmuş şəxsin müalicəsi təxminən 800 min drama (təxminən 1 600 ABŞ dollarına – red.) başa gəlir.

    Mənbə: “Sputnik” Ermənistan

  • Скончалась доцент АГПУ

    Скончалась доцент кафедры философии и социальных наук факультета истории и географии Азербайджанского государственного педагогического университета (АГПУ) Земфира Зулалова.

    Об этом сообщили в АГПУ.

    Руководство, научно-педагогический и студенческий состав университета выражает глубокие соболезнования семье и близким скончавшегося педагога.

  • ADPU-nun dosenti vəfat edib

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Zemfira Zülalova vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət Pedeqoji Universiteti məlumat yayıb.

    Bildirilib ki, ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı diləyib.

  • Koronavirusa yoluxan teatr direktoru: “Daha dözə bilmirəm”

    “Vəziyyətim yaxşıdır, el dili ilə desək, üzü bu yana doğru gəlirəm”.

    Bunu koronavirusa yoluxan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

    Əməkdar artist bildirib ki, həkimlər bir neçə gündən sonra təkrar analiz nümunələri götürəcəklər:

    “Xəstəxanada darıxıram. Həkimlərə deyirəm ki, daha dözə bilmirəm, burada çətindir. Həkim deyir ki, “sən sağalmaq istəyirsən, yoxsa geri qayıtmaq? Ona görə də səbirli olub, dözməlisən”.

    Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bir müddət əvvəl koronavirusa yoluxub. Direktor hazırda Zığ modul tipli xəstəxanada müalicə olunur.

    //Qaynarinfo.az

  • В центре азербайджанского города объявились медвежата – ВИДЕО

    Сегодня утром на улицах Балакена, к изумлению горожан, появились медвежата.

    Нежданные лесные гости были замечены и возле села Махамалар Балакенского района.

    Местные жители запечатлели на камеру убегающих по дороге в сторону леса животных.

    Представляем эти видеокадры.

  • Azərbaycanda ayılar şəhər mərkəzində vahimə yaratdı – YENİLƏNİB + VİDEO

    “Bu gün səhər saatlarında Balakən rayonunun Mahamalar kəndindən keçən yolda iki ayı balasına rast gəlinib”.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan video görüntülərdən aydın olur ki, bu heyvanlar bala ayılardır:

    “Ayılar iki yaşında olduqda ana ayı balaları özündən ayırır və balaların təbii instinktlərə yiyələnməsi, özlərinə yem axtarması üçün onlar artıq sərbəst həyat tərzi keçirməyə başlayırlar. Çox güman ki, balalar kəndin yaxınlığındakı meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsümdür, ayılar da meyvələrlə, giləmeyvələrlə qidalandığına görə ehtimal ki, kənd ətrafındakı bağlarda qida axtarışında olublar. Səbəblərdən biri də kənd evlərindəki itlərin onları hürkütməsi ola bilər.

    Belə olan təqdirdə bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək qətiyyən olmaz. Çünki bu zaman heyvanlar stresə düşürlər və onlarda aqressivləşmə baş verir. Göründüyü kimi onlar körpədirlər. Əksinə, müdaxilə olmazsa, onlar ərazini sakit şəkildə tərk edəcəklər”.

    “Videodan göründüyü kimi insanlar onları nəqliyyat vasitələri ilə təqib edirlər. Belə olanda, əksinə insanın özü üçün təhlükə yaranır. Bu baxımdan şəhər mərkəzlərində, hər hansı yaşayış məskənlərində vəhşi heyvan görünən zaman müdaxilə etmədən onların ərazini tərk etmələrinə şərait yaratmaq lazımdır.

    Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerlərində zaman-zaman müşahidə olunur. Bu baxımdan insanları duyarlı olmağa, daha həssas davranmağa çağırırıq” – deyə o əlavə edib.

    * * * * *

    Balakəndə ayı balaları peyda olub.

    Səhər saatlarında Balakən şəhərinin küçələrində qaçan ayı balaları vahiməyə səbəb olub.

    Digər görüntü isə Balakənin Mahamalar kəndi yaxınlığında lentə alınıb.

    Lentə alınan görüntülərdə avtomobil yolu ilə qaçan vəhşi heyvanların meşəyə tərəf qovulduğu deyilir.

    Həmin videogörüntüləri təqdim edirik:

  • Депутат Рады Антон Поляков найден мертвым в такси

    В ночь на пятницу умер народный депутат Антон Поляков. Об этом информировала Нацполиция Киева (Украина).

    “8 октября в правоохранительные органы поступила информация о том, что в Днепровском районе столицы обнаружили мертвым Антона Полякова – народного депутата Украины. Оперативный дежурный немедленно направил на место происшествия следственно-оперативную группу и другие профильные службы”, – говорится в сообщении.

    Предварительно установлено, что мужчине стало плохо по дороге в такси. Правоохранители вызвали скорую, но спасти ему жизнь не удалось.

    Сейчас на месте происшествия полицейские проводят все необходимые первоочередные следственные действия для установления обстоятельств смерти народного депутата. Тело погибшего будет направлено на судебно-медицинскую экспертизу, которая должна установить причину смерти.

    По данному факту начато уголовное производство по статье об умышленном убийстве с пометкой “Естественная смерть” (ч. 1 ст. 115) Уголовного кодекса Украины. Продолжаются следственные действия.

    Источник: korrespondent.net

  • Ukraynada deputat taksidə ölü tapıldı

    Ukraynada Ali Radanın deputatı, 33 yaşlı Anton Polyakov ölü tapılıb.

    “Bu gün, oktyabrın 8-də, Kiyev polisi Ukrayna millət vəkili Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapıldığı barədə məlumat aldı”, – deyə polis idarəsindən bildirilib.

    Məlum olub ki, o taksidə gedərkən halı pisləşib. Təcili yardım həkimləri millət vəkilinin həyatını xilas edə bilməyiblər.

    Hadisə barədə araşdırma aparılır.

    Xatırladaq ki, bir il əvvəl Polyakov Kiyevdə döyülmüşdü.