Month: October 2021

  • Azərbaycanda koronavirusla bağlı elektron resept sisteminin tətbiqi planlaşdırılır

    Azərbaycanda koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır, elektron resept sisteminin tətbiqi planlaşdırılır.

    Median.Az
    Trend-ə istinadən xəbər verir ki, bu barədə oktyabrın 7-də Milli Məclisdə Səhiyyə komitəsinin təşkilatçılığı ilə “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə bildirilib.

    Fikir mübadiləsi şəraitində keçən tədbirdə dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.

    Dinləmələrə dəvət olunan Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər barədə məlumat veriblər, deputatların suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

  • Windows 11 rəsmi şəkildə istifadəyə verilib

    Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib. Windows 11 vasitəsilə çalışan yeni Microsoft Surface kompüterlərinin sabah satışa çıxacaqlarına baxmayaraq şirkət Windows 10 ilə çalışan uyğun kompüterlərdə yeni əməliyyat sisteminə keçid imkanını artıq aktivləşdirib. Əgər siz bir neçə müddət bundan öncə Windows 10 vasitəsilə çalışan kompüter almısınızsa çox güman ki, artıq Windows 11-ə keçid edə bilərsiniz. Qeyd etmək lazımdır ki, Microsoft yeni əməliyyat sisteminin istifadəyə verilməsi prosesini mərhələli şəkildə reallaşdıracaq.

    Bu isə o deməkdir ki, bütün kompüterlər bugün Windows 11-ə keçid etmək imkanına sahib olmayacaqlar. Microsoft hələ Windows 11-in təqdimatı zamanı bildirmişdi ki, Windows 10 vasitəsilə çalışan və yeni əməliyyat sisteminin tələblərinə uyan bütün kompüterlərdə Windows 11 2022-ci ilin ortasına kimi istifadəyə veriləcək. Başqa sözlə desək, bəzi istifadəçilər Windows 11-i hələ yarım ildən bir qədər çox gözləməli olacaqlar.

    Kompüterinizin Windows 11 yenilənməsini dəstəkləyib-dəstəkləmədiyini Windows 10-un ayarlarındakı “Windows Update” bölməsindən öyrənmək olar. Bununla yanaşı istifadəçilər yeni əməliyyat sisteminin ISO obrazını yükləyərək onu fərdi şəkildə quraşdıra bilərlər. Qeyd etmək lazımdır ki, Windows 11 yenilənmiş istifadəçi interfeysini, vidjetləri, Start panelini yeilənmiş Microsoft Store mağazasını və inteqrasiya edilmiş Microsoft Teams platformasını əldə edib. Bunlar yeni əməliyyat sistemində reallaşdırılmış yeniliklərin bir hissəsidir. Yaxın gələcəkdə Windows 11 hətta Android tətbiqlərin dəstəyini də əldə edəcək.

  • Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləri

    Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur – isti və soyuq yeməklərə, turşulara əlavə olunur.

    Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.

    Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir – burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.

    Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır, həzm prosesləri yaxşılaşdırır.

    Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti – 3 gün. 1 həftədən sonra müalicə kursu təkrar olunur.

    Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və içmək olmaz.

    Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və vannaya əlavə olunur.

    Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.

    İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu buxar havada olan mikrobları öldürür.

    Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.

    Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.

    Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.

    Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.

    Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki, iltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün belə vasitə düzəltmək olar: 10 dənə xırdalanmış quru dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış sahələrinə çəkilir.

  • Azərbaycan neftinin maya dəyəri açıqlandı

    2020-ci ildə 1 ton neftin istehsal maya dəyəri 118,85 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4 % azalıb.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik hesabatında qeyd olunub.

    Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 16,4%, sosial sığortaya ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1%, digər vergilər 5,7% və s. təşkil edir.

    Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil etdib.

    Neftin maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər xidmətlər üzrə xərclərin azalması hesabına baş verib. Belə ki, material xərcləri 5 121 min manat (15,2%), elektrik enerjisi xərcləri 1 349 min manat (17,6%), əsaslı təmir və texniki xidmət xərcləri 25 795 min manat (17,8%), nəqliyyat xərcləri 15 656 min manat (10,8%), mədən vergisi 2 711 (3,9%), digər xidmətlər 6 150 min manat (10,5%) azalıb.

  • Bu halda məcburi peyvəndlənmə aparıla bilər – Viktor Qasımov

    Azərbaycanda yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür və yalnız valideynlərin razılığı əsasında aparılır. Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin əhali arasında peyvəndləmənin məcburi olması ilə bağlı bir sıra fikirlərə aydınlıq gətirmək istəyirəm. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda göstərilir ki, əhalinin müəyyən xəstəliklərə qarşı peyvəndlənməsi könüllü aparılır, lakin müəyyən yoluxucu infeksiyalar baş verdikdə məcburi peyvəndlənmə aparıla bilər.

    Qaynarinfo xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr zamanı deyib.

    V. Qasımov bildirib ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda həmin yoluxucu xəstəliklərin və məcburi peyvəndlənəcək əhali qruplarının siyahısı yer alıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə də baxmaq mümkündür”.

    Nazir müavini qeyd edib ki, Azərbaycanda uşaqların dispanserizasiyası qanunvericiliklə tənzimlənsə də, yaşlı əhalinin dispanserizasiyası aparılmır. Bildirib ki, yaşlıların dispanserizasiyası məsələsinə baxılacaq.

  • Əfqanıstan qonşu dövlətlərə olan borcunu unikal üsulla ödəyəcək

    Əfqanıstan elektrik xərclərinə görə qonşu dövlətlərə olan borclarını ölkədən qaçan məmurların əmlakını satmaqla ödəməyi düşünür.

    Bundan əlavə, illərdir elektrik enerjisi ödəməyən yerli sakinlərin mülkü də hərraca çıxarılacaq.

    Məlumata görə, Əfqanıstanın elektrik təchizatı üçün dörd qonşu dövlətə ümumilikdə 62 milyon dollar borcu var.

  • Türkiyə İranla sərhəd keçid məntəqəsini bağlamayıb

    Türkiyənin İranla sərhədlərini bağladığı iddia edilən məlumatlar həqiqətə uyğun gəlmir.

    Bu barədə Trend-ə Türkiyədəki etibarlı mənbədən bildirilib.

    Mənbənin qeyd etdiyinə görə, Türkiyənin Van əyalətindəki Kapykei keçid məntəqəsini bağlayan İran olub, bundan sonra Ankara bu keçid məntəqəsini açmaq üçün Tehrana müraciət edib. Hazırda danışıqlar gedir.

    Mənbə əlavə edib ki, Ankara İran da daxil olmaqla qonşu ölkələrlə yaxşı qonşuluq münasibətlərinin inkişafında maraqlıdır.

    Qeyd edək ki, bu gün ermənipərəst Rusiya mətbuatı İranla Azərbaycan arasındakı sərhəddəki gərgin vəziyyət səbəbiylə Türkiyənin İran yük maşınlarının keçməsi üçün sərhəd keçid məntəqələrini (keçid məntəqələrini) bağladığı barədə məlumat yayıb.

  • Almaniyada yüksək səslə azan oxunmasına icazə verilib

    Almaniyada müsəlmanların yaşadığı Kölndə müəyyən qaydalar çərçivəsində azan oxunmasına icazə verilib.

    Bununla bağlı şəhər meri Henrietta Reker açıqlama verib.

    Vicdan azadlığına işarə edən Reker bildirib ki, müsəlmanlar şəhərin ayrılmaz bir hissəsidir:

    “Şəhərimizdə kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyə dəyər verildiyini göstərir”.

    Kölndə oxunacaq cümə namazı ilə bağlı bəzi qaydalar da müəyyən edilib. Belə ki, azanın müddəti 10 dəqiqəni keçməməli, səsi çox yüksək olmamalıdır.

    Qeyd edək ki, Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    По данным Бюро исследований землетрясений, толчки были зафиксированы в 18:12 по местному времени.

    Очаг землетрясения магнитудой 3,2 находился на глубине 62 км.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ olub.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanlar yerli vaxtla saat 18:12-də qeydə alınıb.

    3,2 maqnitudalı zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.