Month: October 2021

  • СМИ: Премьер-министр Грузии подаст в отставку

    Премьер-министр Грузии Ираклий Гарибашвили подаст в отставку.

    Отмечается, что в правящей партии “Грузинская мечта” возникло недовольство неудачными результатами в регионах на выборах в органы местного самоуправления, прошедших в стране 2 октября. Усугубил ситуацию международный скандал.

    По информации телеканала, И.Гарибашвили на посту главы правительства сменит действующий министр регионального развития и инфраструктуры Ираклий Карселадзе.

    Источник: телеканал “Пирвели”

  • Gürcüstan KİV: “Qaribaşvili baş nazir postundan istefa verir”

    Gürcüstan KİV-də Baş nazir İrakli Qaribaşvilinin vəzifəsindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

    Bu barədə yerli “Pirveli TV” etibarlı mənbəyə istinadən məlumat yayıb.

    Qaribaşvilinin istefası ilə bağlı xəbər hakim “Gürcü arzusu”nun oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərində regionlarda uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirilir. Buna beynəlxalq qalmaqal da əlavə olunub.

    Qeyd edilir ki, İ.Qaribaşvilini ölkənin hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edəcək.

    “Pirveli TV” səhər saatlarından əksər deputatlardan şərh almağa çalışsa da, onlar bu barədə heç bir şey bilmədiklərini deyiblər.

  • В Шабране выявлен чайный дом, работавший в нарушение карантинного режима: задержаны восемь человек

    Сотрудники Шабранского РОП выявили на территории города чайный дом, функционировавший в нарушение карантинного режима.

    Об этом говорится в сообщении губинской региональной группы пресс-службы МВД.

    Согласно информации, принадлежащий Рауфу Амирасланову объект работал в ночное время, что является нарушением.

    Задержаны восемь человек, в их отношении приняты меры в соответствии с законодательством.

  • Şabranda karantin qaydalarını pozan çay evi aşkarlandı: Səkkiz nəfər saxlanıldı

    Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Şabran RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

    Ümumilikdə səkkiz nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

  • Bakıda iki gün əvvəl asfaltnan yolu yenidən qazdılar – Kim büdcəyə qənim kəsilib? (FOTOFAKT)

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iki gün öncə təmir edilərək təhvil verilən yol yenidən qazılıb.

    Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində iki gün əvvəl təmiri başa çatan yol yenidən qazılıb. Bu barədə tanınmış jurnalist Pərviz Musayev paylaşım edib.

    Nəticədə sözügedən ərazidən üçüncü mikrorayan dairəsi adlanan əraziyə qədər və dairədan Ceyhun Səlimov keçəsinə tərəf olan istiqamətlərdə səhər saatlarından etibarən tıxac yaranıb.

    Maraqlı olan məqam isə AAYDA yolu iki gün əvvəl təhvil verərkən ərazidəki bütün kommunikasiya xətlərinin yenilənməsi işlərinin oktyabr ayının 5-də tam olaraq yekunlaşdırıldığını açıqlamasıdır.

    AAYDA-nın sözcüsü Anar Nəcəfli hadisə ilə bağlı deyib ki, yolun qazılmasına səbəb qəza olub:

    “Yenicə əsaslı təmirdən çıxmış Nəsimi rayonu, Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib. Təəssüflər olsun ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır. Küçənin təmiri zamanı əlaqələndirmə olmasaydı qaz, su və istilik xəttləri yenilənməzdi”.





  • “Məktəbdə ilk partada oturmaq üçün 200, ikinci parta üçün isə 100 manat verirlər” – İDDİA

    Cəsarət Valehov: “4500 məktəb var, bütün məktəblərdə pul yığılması ilə bağlı eyni vaxtda yoxlama apara bilmərik”

    5 oktyabr Beynəlxalq Müəllimlər gününü arxada qoyduq. Bu dəfə də Müəllimlər günü valideynlərin narazılığı olmadan ötüşmədi. Belə ki, müəllimlərin “mənim üçün pul yığılmasın” deməsi müsbət qarşılanmayıb. Bizimlə söhbətdə “əvvəllər pul yığılmasına etiraz edilirdi, indi niyə etiraz edirsiniz” sualına valideynlərdən biri, Lətifə Əliyeva belə cavab verib: “Əvvəllər bütün sinif üzrə hər valideyn 10 manatdan yığırdıq, sinif adından hədiyyə alıb verirdik. İndi bəzi müəllimlərə bu pul azlıq edir. Ona görə elan veriblər ki, pul yığılmasın. Kim istəsə özü alsın. Özümüz də alanda baha başa gəlir. Almamaq da olmur. Elə valideynlər var ki, müəllimə 50, 100 manatlıq hədiyyə alır, pul verir. Uşaqlarımız arasında fərq qoyulur. Bu da bizə pis təsir edir”.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, övladı bu il birinci sinfə gedən digər valideyn Sevinc Məmmədova (ad şərtidir) isə başqa səbəbə görə şikayətçidir: “Mənim şikayətim dərsdə ilk partada oturanlarla bağlıdır. Övladımın boyu balacadır, müəllimədən xahiş etdim ki, ön partada otursun. Dediyimə məhəl qoymadı. Ən hündür uşağı ilk partada oturdub. Sonradan o biri valideynlərdən eşitmişəm ki, ilk partada oturmaq üçün 200 manat, ikinci partada oturmaq üçün 100 manat verirlər. Düzdür, bunu açıq şəkildə demirlər. Amma valideynlər bizə deyiblər. Müəllim adına layiq olun, insaflı olun bir az. Uşaqlar arasında niyə ayrı-seçkilik salırsınız?”

    Səkinə adlı digər valideyn isə deyilənlərlə razılaşmayıb: “Hər il bu vaxt belə söhbətlər açılır. Hər kəs hədiyyə alanda sevinir, nə olar ki, müəllimi də bir gün sevindirsək. Guya başqa sahənin adamlarına hədiyyə verilmir?! Niyə müəllimləri hədəfə alırsız. Mən özüm də uşaq vaxtı hədiyyə aparmışam, indi də övladımın müəlliminə aparıram”.

    Göründüyü kimi, valideynlər arasında müxtəlif fikirlər səsləndirilir, narazılıqlar, şikayətlər edilir. Bəs, görəsən, deyilənlər həqiqətə uyğundurmu? Ümumiyyətlə, Müəllimlər günü ilə bağlı Təhsil Nazirliyinə şikayət daxil oldumu? Bu və digər suallarla bağlı “Yeni Müsavat”a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov cavab verib: “Müəllimlər günü ilə bağlı hər hansı neqativ xəbər bizə daxil olmayıb. Ancaq pozitiv xəbər almışıq. O ki qaldı digər şikayətlərə, məktəbdə qeyri-qanuni pul yığımları olmamalıdır. Əgər bu baş verərsə, kim bunu edirsə, bununla bağlı Təhsil Nazirliyinin ”Qaynar Xətti”nə (146 nömrəsinə) anonim olmadan məlumat verilməlidir. Bəzən bizə sorğular gəlir ki, məktəblərdə pul yığılır. Ölkədə 4500 məktəb var, bütün məktəblərdə pul yığılması ilə bağlı eyni vaxtda yoxlama apara bilmərik. Bu mümkün deyil. Ola bilər ki, hansısa məktəbdə belə faktlar var. Amma bunu konkret olaraq deyən şəxsin özü də məlumatları təfərrüatla deməlidir ki, bizim də xəbərimiz olsun, araşdırma apara bilək. O ki qaldı müxtəlif qruplarda hansısa müzakirələrin getməsinə, kiməsə hədiyyənin alınması, bunun bahalı, qeyri bahalı olması məsələsinə, bunu biz nizamlaya bilmərik. Bilirsiniz, məktəbə yardım etmək olar. Bu, təbii olan bir məsələdir. Bu, bütün dünyada baş verən bir prosesdir. Məktəblərə valideynlərin könüllü olaraq yardım etməsi mümkündür. Çox da yaxşı bir ənənədir. Belə olan halda, icma nümayəndələri həmin yardımları, hədiyyələri edərkən onu məqsədli şəkildə edirlər. Tutaq ki, müəyyən maliyyə vəsaitləri ilə məktəbin kitabxanasına kitablar alınır. Yaxud da idman meydançası müəyyən qədər təmir olunmalıdır. Bununla bağlı kifayət qədər misallar çəkə bilərik. Bu, başqa bir məsələdir. Amma bir məktəb rəhbərliyinin, müəllimin “mənə bu qədər vəsait gətirin” deməsi qeyri-qanunidir”.

    Cəsarət Valehov

    C.Valehov “Bəzən fond pulu yığılmasına etiraz edilir, amma məktəblərdə əlavə dərs vəsaitləri üçün lazım olan ”katric”, kağızları almağa pul lazımdır. Təhsil Nazirliyi tərəfindən məktəblər bu kimi vəsaitlərlə təmin edilirmi?” sualına da cavab verib: “Təbii ki, təchizatın müəyyən təminatları var. Ola bilər ki, hansısa məktəblərdə bu təminatlar yetərli olmasın. Mən bunun əksini desəm, fikrim tam qəbul olunmayacaq. Bu, məktəb-icma fəaliyyətində özünü göstərməlidir. Məktəblə icmanın, valideynlər şurasının, valideynlər komitəsinin hər hansı bir münasibəti varsa, yardım etmək, könüllü şəkildə bu işləri görmək istəyən insan varsa, niyə də olmasın?! Bunu xüsusi rejimə salmaq, ”mütləq verməlisiniz” demək isə doğru deyil”

  • Sərxoş sürücünün maşını bu halda duracağa aparıla bilməz

    Yol hərəkəti qaydalarının pozulmasına görə bir neçə hal var ki, həmin hallarda nəqliyyat vasitəsi Dövlət Yol Polisi İdarəsinin mühafizə olunan duracağına yerləşdirilir. Avtosfer.az xəbər verir ki, bunlardan biri də nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunmasıdır. Lakin, sürücü sərxoş olan zaman bu halda nəqliyyat vasitəsi duracağa aparıla bilməz.

    O hal hansıdır?

    İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsində qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən zaman, onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda avtomobil duracağa yerləşdirilir. Qanunun bu normasına görə sərxoş sürücü yol polisi əməkdaşı tərəfindən saxlanılan zaman onunla birlikdə gedən sərnişinin sürücülük hüququ varsa, bu halda avtomobil duracağa aparıla bilməz. Yəni, sərnişin sükan arxasına keçərək sərxoş sürücünü mənzil başına kimi apara bilər. Lakin bu o demək deyil ki, sürücü məsuliyyətdən kənarda qalır.
    Belə halda sərxoş sürücünün sürücülük vəsiqəsi əlindən alınır və ona müvəqqəti sürmə talonu verilərək sərbəst buraxılır.

  • В Баку автомобиль сбил женщину

    В Бинагадинском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу Фатьму Гаджиеву (1985 г.р.).

    Пострадавшая была госпитализирована в больницу бригадой врачей скорой медицинской помощи. У нее диагностирован перелом правой голени.

    По данному факту ведется расследование.

  • Bakıda avtomobil yolu keçən qadını vurub

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Müşfiqabad qəsəbəsində 1985-ci il təvəllüdlü Fatma Hacıyeva yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Прогноз погоды в Азербайджане на 8 октября

    8 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, утром местами моросящий дождь, ветер северо-восточный.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне составит ночью 11-13, днем – 16-18 градусов тепла.

    Атмосферное давление – 772 мм ртутного столба, относительная влажность воздуха ночью – 60-70%, днем – 45-50%.

    Согласно медико-метеорологическому прогнозу, 8 октября на Абшеронском полуострове ожидаются умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеозависимых людей.

    Завтра в некоторых районах Азербайджана ночью и утром ожидаются дожди, на остальной территории страны – погода без осадков, утром местами туман, ветер восточный.

    Температура воздуха ночью – 9-13, днем – 15-18 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 0-3 градуса выше нуля.