Month: October 2021

  • Sabah hava necə olacaq?

    Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 11-13, gündüz 16-18 dərəcə olacaq. Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə olacaq.

    Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

  • При взрыве в религиозной школе в Афганистане погибли семь человек

    Əfqanıstanın şərqindəki Xost əyalətində mədrəsədə baş verən partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb, 15 nəfərdən artıq insan yaralanıb.

    Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl bombası partladılıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl də Kabildə İdgah məscidi yaxınlığında partlayış baş verib. Faciə nəticəsində 12 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

  • Əfqanıstanda mədrəsədə partlayış: Yaralılar var

    Əfqanıstanın şərqindəki Xost əyalətində mədrəsədə baş verən partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb, 15 nəfərdən artıq insan yaralanıb.

    Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl bombası partladılıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl də Kabildə İdgah məscidi yaxınlığında partlayış baş verib. Faciə nəticəsində 12 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

  • В Загатале задержали мужчину, ранившего ножом двух человек

    В Загатальский РОП поступила информация о том, что двое жителей района были госпитализированы с ножевыми ранениями.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, было установлено, что между пострадавшими, которыми оказались жители села Ашагы Тала Сафар Зейналов и Эльчин Газиев, и их односельчанином Исламом Омаровым произошел конфликт, в ходе которого последний нанес им удары ножом.

    И.Омаров был задержан сотрудниками полиции.

    По данному факту в Загатальском РОП возбуждено уголовное дело, проводится расследование.

  • Zaqatalada iki nəfəri bıçaqlayan şəxs tutuldu

    Zaqatala rayon sakinləri olan iki nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri – Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

  • Ильхам Алиев и Владимир Путин обсудили ситуацию в регионе

    Президент АР Ильхам Алиев 7 октября позвонил российскому коллеге Владимиру Путину, сообщает пресс-служба главы Азербайджанского государства.

    Ильхам Алиев поздравил российского лидера с днем рождения, пожелал ему крепкого здоровья и новых успехов в государственной деятельности, направленной на развитие и процветание страны.

    Владимир Путин поблагодарил Президента АР за внимание и поздравление.

    Подчеркнув успешное развитие азербайджано-российских дружественных отношений в различных сферах, главы двух государств выразили уверенность в дальнейшем укреплении двустороннего сотрудничества, обменялись мнениями по его перспективам.

    В ходе телефонного разговора была также обсуждена ситуация в регионе.

  • İlham Əliyev və Vladimir Putin bölgədəki vəziyyəti müzakirə etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

    Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.

  • Şahdağda qar örtüyünün hündürlüyü səkkiz santimetrə çatıb – FAKTİKİ HAVA

    Oktyabrın 7-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb.

    Düşən yağışın miqdarı Zaqatala, Astarada 30 mm, Lerikdə 26 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21 mm, Tovuzda 20 mm, Quba, Qusarda 19 mm, Oğuzda 17 mm, Şəki, Kişçayda (Şəki) 16 mm, Yardımlıda 15 mm, Altıağacda 14 mm, Nabranda 13 mm, Şabranda 11 mm, Sarıbaşda (Qax) 10 mm, Qəbələdə 9 mm, Gədəbəydə 7 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6 mm, Xınalıq, Ləzə, Lənkəranda 5 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1 mm-dək olub.

    Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

    Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova vəfat edib.

    Bu barədə Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında məlumat verib.

    “Onun rəhbərlik etdiyi elmi seminarın 3 il üzvü oldum. Həddindən artıq ədalətli, zəhmətkeş, vicdanlı, elmə dəyər verən alimlərimizdən idi. Onun yazdığı “İctimai inkişaf və dil” monoqrafiyasında modernləşmə, kommunikasiya, milli identikliyin formalaşmasında dil amili problemləri nəzərdən keçirilib. Allah rəhmət eləsin!” – E.Əliyev qeyd edib.

  • Где сейчас работает покинувший Space TV Вагиф Мустафаев?

    Вагиф Мустафаев после своего ухода с руководящего поста в Space TV занимает должность профессора кафедры кинематографического и телевизионного искусств Азербайджанского государственного университета культуры и искусств.

    Недавно режиссер завершил съемки полнометражного художественного фильма Fəryad-2.

    Отметим, что В.Мустафаев – лауреат Государственной премии, народный артист Азербайджана. Его фильмы были удостоены наград на ряде международных фестивалей.

    С 2006 по 2021 год В.Мустафаев занимал должность руководителя телеканала Space TV.

    Источник: modern.az