Month: October 2021

  • Yaponiyada təyyarə və qatar səfərləri ləğv edildi

    Sakit Okeanda yaranan və həftə içi Şərqi Çin dənizinə doğru hərəkət edən “Mindulle” tayfunu Yaponiyanın Honsu adasının cənubunda təsirli olmağa başlayıb.

    Haneda hava limanında 120-dən çox uçuş, Çiba və İbaraki prefekturalarında qatar səfərləri qasırğa səbəbindən ləğv edilib.

    Hündürlüyü 11 metrə çatan dalğalar Kanto bölgəsinin cənub-şərqindəki İzu adasının sahillərinə çırpılır, bölgə əhalisindən torpaq sürüşmələrinə və çay sellərinə qarşı ayıq-sayıq olmaları istənilib.

    Yaponiya Meteorologiya Agentliyi bildirib ki, Honsunun şimalına doğru gedəcək tayfunun saatda 100 kilometr sürətlə əsən küləyi Tokio və ətraf əyalətlərə təsirini davam edəcək.

  • “Simpsons” serialı 11 il əvvəl Birləşmiş Krallıqda yanacaq böhranını xəbər verib?

    Dünya gündəmində bir çox hadisələr haqqında proqnozlar verən və əksəriyyətinin doğru olduğu “Simpsons” serialı ilə bağlı yeni bir iddia ortaya atılıb.

    Serialdan görüntüləri sosial mediada paylaşan insanlar Böyük Britaniyada yanacaq böhranının orada yaşandığını deyirlər.

    Serialın sözügedən bölümü 2010-cu ilin noyabr ayında ekranlara çıxıb.

    “Lisa Simpson, bu sənin həyatın deyil” (“Lisa Simpson, this isn’t your life) adlı bölümdə Homer xarekterini canlandıran Maggie obrazına oyuncaq qazanmaq üçün yanacaq götürür. Paylaşım rekordları qıran səhnədə Homer avtomobilinin baqajını yanacaqla doldurur.

  • ABŞ “Pfizer” vaksininin saxlanma müddətini uzadıb

    ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirus əleyhinə “Pfizer” vaksininin saxlanma müddətini yeniləyərək daha üç ay uzadıb.

    Yenilənmiş qaydalara əsasən, 2021-ci ilin mayında istehsal olunan “Pfizer-BioNTech” COVID-19 vaksininin yararlılıq müddəti daha üç ay, 2022-ci il fevralınadək uzadılıb. Əvvəl bu müddət altı aya bərabər idi.

    Beləliklə, “Pfizer” vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti doqquz ay təşkil edir.
    Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı “Sinovac”, “Pfizer” və “Sputnik V” vaksinlərindən istifadə olunur.

    “Pfizer” vaksini ölkədə iyunun 7-də dövriyyəyə daxil olub. Bu vaksinlə peyvəndlənən vətəndaşlar Avropa İttifaqı ərazisində sərbəst hərəkət edə bilər.

    “Pfizer” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il dekabrın 31-də təsdiqlənmiş ilk vaksin olub.

  • Əfqanıstanda yaşayış binasında güclü yanğın baş verib – VİDEO

    Əfqanıstanın Nəngərhar vilayətində yaşayaş binalarının birində güclü yanğın baş verib.

    Yanğının qəsdən yaxud ehtiyyatsızlıq nəticəsindən baş verməsi barədə hələlik məlumat verilmir.

    Güclü yanğın nəticəsində ətrafı qalın tüstü bürüyüb.

    Ölən və xəsarət alanlar barədə də informasiya yoxdur.

    Xatırladaq ki, Əfqanıstanda “Taliban”ın siyasi hakimiyyəti ələ keçirməsindən sonra ölkədə terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilir.

  • Qvineyada qiyamçıların lideri Prezident oldu

    Qvineyada hərbi qiyam nəticəsində hakimiyyətə gələn polkovnik Mamadi Dumbuya keçid dövrünün Prezidenti kimi and içib.

    Mərasim Qvineyanın paytaxtı Konakridə baş tutub.

    And içmə mərasimində çıxıç edən polkovnik Mamadi Dumbuya bəyan edib ki, o, Qvineya xalqı qarşısında ölkənin suverenliyinə sadiq qalacağına və Keçid Xartiyasının müddəalarına riayət edəcəyinə zəmanət verir.

    M. Dumbuya bildirib ki, özü və keçid şurasının üzvləri qarşıda keçiriləcək seçkilərə qatılmayacaqlar.

    Xatırladaq ki, sentyabrın beşində Qvineyada hərbi çevriliş olub. Çevriliş nəticəsində Prezident Alfa Konde həbs edilib.

    Qeyd edək ki, polkovnik Mamadi Dumbuya əvvəllər Fransanın əcnəbi legionunda xidmət edib.

  • В Москве лифт с женщиной упал с 15 этажа

    Лифт с 65-летней россиянкой внутри рухнул с 15 этажа жилого дома в районе Коммунарка на юго-западе Москвы (РФ).

    Инцидент произошел в жилом комплексе “Москвичка” на улице Василия Ощепкова.

    Пострадавшая выжила, но получила ушиб шейного и поясничного отделов позвоночника и была госпитализирована. Источник сообщил, что она работает учительницей в школе №338.

    Родственники женщины намерены судиться с управляющей компанией, отвечающей за работу лифта.

    Другие подробности инцидента уточняются.

    Источник: lenta.ru

  • Moskvada içərisində yaşlı qadının olduğu lift 15-ci mərtəbədən şaxtaya düşdü

    Moskvanın cənub-qərbindəki Kommunarka rayonunda yerləşən yaşayış binasında içində 65 yaşlı qadının olduğu lift 15-ci mərtəbədə qırılaraq şaxtaya düşüb.

    Qadın boyun və bel nahiyəsindən zədələr alsa da sağ qalıb.

    Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

    Onun Moskva şəhərində yerləşən məktəblərdən birində müəllim işlədiyi məlum olub.

    Qadının yaxınları liftin işindən məsul olan idarəni məhkəməyə verəcəklərini bildiriblər.

    Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

  • Belarusun xarici ölkələrində yerləşən səfirliklərində xüsusi əməliyyat keçirilib

    Vyana polisi Belarusun Avstriyada yerləşən səfirliyinin binasında partlayış təhlükəsi ilə əlaqədar xüsusi əməliyyat keçirib.

    Xəbəri Avstriyanın hüquq-mühafizə orqanları da təsdiq edib.

    Polis qeyd edib ki, əməliyyat günorta saatlarından etibarən davam edib.

    Əməliyyat diplomatik nümayəndəliyin binasında partlayış təhlükəsi ilə əlaqədar daxil olan məlumat əsasında aparılıb.

    Əməliyyat vaxtı qonşu binaların sakinləri evlərini tərk etmək məcburiyyətində qalıb.

    Lakin hüquq-mühafizə orqanları partlayış təhlükəsi ilə əlaqədar daxil olan məlumatın haradan gəldiyini deməyiblər.

    Xatırladaq ki, bu gün Belarus Respublikasının Qırğız Respublikasındakı səfirliyinin binası da təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

  • В Билясуваре грузовик насмерть сбил пешехода, водитель скрылся с места ДТП

    В Билясуварском районе произошло дорожно-транспортное происшествие.

    Как передает Report, грузовой автомобиль Ford сбил переходившего дорогу Акифа Гусейнова (1963 г.р.).

    Пострадавший с тяжелыми травмами был доставлен в центральную районную больницу, однако, несмотря на усилие врачей, спасти его жизнь не удалось.

    Водитель грузовика скрылся с места происшествия.

    По данному факту ведется расследование.

  • Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü hadisə yerindən uzaqlaşıb

    Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

    Belə ki, “Ford” markalı yük avtomobili Biləsuvar şəhər sakini, 1963-ci il təvəllüdlü Hüseynov Akif Hidayət oğlunu vurub.

    Yaralı piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qəzanı törədən “Ford” markalı yük avtomobili hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı araşdırma aparılır.