Month: October 2021

  • DTX Ermənistana casusluq edən şəxsi həbs etdi

    Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.

    Bu barədə DTX məlumat yayıb.

    Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

    İstintaq zamanı məlum olmuşdur ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

    Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.

    Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Саакашвили в тюрьме объявил голодовку

    Экс-президент Грузии Михаил Саакашвили, которого задержали на родине, объявил голодовку и требует встречи с консулом Украины.

    Как передает Report, об этом журналистам сообщила омбудсмен Грузии Нино Ломджария после встречи с бывшим президентом.

    “Когда я вошла, он [Саакашвили] находился у врача и проходил медицинское обследование. Потом нам дали возможность пообщаться в камере. Михаил Саакашвили сказал, что объявляет голодовку”, – сказала Ломджария.

  • Saakaşvili həbsxanada aclıq elan edib

    Bu gün saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.

    “Report” xəbər verir ki, Gürcütanın ombudsmanı Nino Lomjariya keçmiş prezidentlə görüşdən sonra jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, keçmiş prezident Ukrayna konsulu ilə görüş tələb edir.

    “Mən həbsxanaya daxil olanda o, tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi. Mixeil Saakaşvili aclıq elan etdiyini dedi”, – Lomjaria deyib.

  • Şirvanda piyadanı avtomobil vurub

    Şirvan sakini, Şahpələngov Qurbanxan Təbiət oğlunu “QAZel” markalı avtomobil vurub.

    Median.Az APA-ya istinadən bildirir ki, yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Михаил Саакашвили женился на депутате Верховной Рады Украины

    Экс-глава делегации Украины в ОБСЕ, а ныне депутат Рады Украины от партии “Слуга народа” Лиза Ясько разместила в соцсети видеообращение Михаила Саакашвили, из которого стало известно, что третий президент Грузии женился.

    Об этом сообщает местное бюро Report.

    “Мы с Лизой решили сообщить всем, что начинаем новую жизнь, у меня новая семья, у меня была очень хорошая жизнь, отличное прошлое, но так случилось, что мы встретились, несмотря на все предыдущие отношения, за что я очень благодарен всем, сегодня я и Лиза Ясько вместе, и мы хотим, чтобы все поняли наши отношения и пожелали нам счастья”, – заявил Михаил Саакашвили.

    Информация о романе Саакашвили с 31-летней Ясько в украинских СМИ появилась еще в начале 2020 года, однако официально никто из них не подтверждал это.

    С середины 1990-х годов экс-президент состоял в браке с Сандрой Рулофс. Бывшая первая леди и 53-летний Саакашвили имеют двух общих детей. Их развод не афишировался.

  • Mixeil Saakaşvilinin ukraynalı deputatla evləndiyi məlum olub

    Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Ali Radasının “Xalqın qulluqçusu” partiyasından deputatı Liza Yasko ilə evləndiyi məlum olub.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.

    Videoda M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: “Biz yeni həyat, yeni ailəyə başlayırıq… İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”.

    Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

    53 yaşlı M.Saakaşvili və 31 yaşlı L.Yasko arasında eşq macərasının yaşanması barədə məlumatlar ötən ilin əvvəlində Ukrayna mətbuatında yer alsa da, onların heç biri bunu təsdiqləmirdi.

  • “Taliban” arxeoloji qazıntı aparmağı qadağan etdi

    Əfqanıstanda arxeoloji qazıntı işlərinin aparılmasına qadağa qoyulub.

    Qərar “Taliban” təşkilatının hərbi komissiyası tərəfindən qəbul edilib.

    Mənbə yazır ki, sözügedən qərarın verilməsinin hansı zərurətdən irəli gəldiyi barədə hələlik məlumat verilmir.

    Mənbə: “Bakhtar News Agency”

  • Koronavirus BU TARİXDƏ başa çatacaq: ÜST ELAN ETDİ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarına görə, dünyada COVID-19-a yoluxmada azalma müşahidə olunur.

    Median.Az xəbər verir ki, ÜST yeni yoluxma sayının hər həftə 400 min azalaraq 4 milyondan 3,6 milyona düşdüyünü bildirib.

    Təşkilatın Xalq Sağlamlığı, Ətraf və İqlim Dəyişikliyi departamentinin direktoru Maria Neira vaksinasiyanın davam etdiyi müddətdə bütün koronavirusla bağlı yaşanan böhranın 2022-ci ilin martına qədər bitəcəyini proqnozlaşdırdıqlarını açıqlayıb: “Hər şey peyvəndlənmənin sürətləndirilməsindən və dərman preparatlarının mövcudluğundan asılı olacaq, çünki bəzi ölkələrdə bu hələ də narahatedici formadadır”. (publika.az)

  • Şəhərlərarası sərnişin daşımaq üçün hava taksilərindən istifadə olunacaq

    Yaponiyanın məşhur avtomobil korporasiyası “Honda Motor” peyklərin kommersiya məqsədli buraxılışı üçün təkrar istifadə edilə bilən raket və xüsusi aerodromlardan istifadə etmədən böyük şəhərlərin ərazilərində sərnişin daşımaq üçün nəzərdə tutulmuş konvertoplanlar hazırlamağa başlayıb.

    Məlumata görə, bu layihələrin 2030-cu ilə qədər praktiki səviyyəyə qaldırılması gözlənilir.

    Helikopter və təyyarənin imkanlarını birləşdirən sərnişin konvertoplanlarının hazırlanması isə 2025-ci ilə qədər planlaşdırılıb və təxminən 2030-cu ildən etibarən bazara çıxarılacaq.

    Sürəti saatda 250 km-ə qədər olan və yanacaq doldurmadan 400 km uçuş məsafəsinə malik olan bu maşınlar şəhər konqlomeratlarında sərnişin daşımaq üçün nəzərdə tutulub.

    Belə hava taksilərinin uçuş və eniş üçün göydələnlərin damlarından istifadə edə biləcəyi güman edilir.

    Mənbə: “Yomiuri”

  • Saatlıda 2 qardaş bıçaqlanıb

    Saatlı rayon sakinləri, 1998-ci il təvəllüdlü Zeynalzadə Zeynal Nəsimi oğlu və onun qardaşı 2001-ci il təvəllüdlü Zeynalzadə İmanverdi Nəsimi oğlu həmyerliləri olan Mahmudov Tərlan tərəfindən bıçaqlanıb.

    Median.Az APA-ya istinadən bildirir ki, hər 2 qardaş Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.