Month: October 2021

  • Azərbaycanda son sutkada koronavirusa 689 nəfər yoluxub – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1 816 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz 18 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6 543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.

  • İçməli suyu, yolu, işığı olmayan kənd – VİDEO

    Şəkinin yolu, işığı, içməli suyu olmayan Küdürlü kəndinin sakinləri aidiyyəti qurumlardan əlini üzərək, mətbuata üz tutub.

    Şəhər mərkəzindən çox da uzaq olmayan, 12 km məsafədə yerləşən Küdürlü kəndi gözdən və könüldən iraq düşüb. Ərazidə olan bulaqlardan su gəlmir. Çarəsiz sakinlərin günü su daşımaqla keçir.

    Kəndi iki yerə ayıran körpünün də vəziyyəti acınacaqlıdır. 20 ildən çoxdur dağılan körpü təmir edilməyib. Əvəzində yaxınlıqda dəmir konstruksiyalı ensiz körpü salınıb. İndi bu körpüdən həm məktəbə gedən uşaqlar keçir, həm avtomobillər, həm də kəndin mal-qarası.

    Sadalamaqla bitməyən Küdürlünün ən böyük problemi isə elektrik enerjisi ilə bağlıdır. Ağac parçasına bağlanan naqillər o qədər əyilib ki, hər an burada bədbəxt hadisənin qurbanı ola bilərsiniz. Yağışın yağması və küləyin əsməsi isə kəndin qaranlığa qərq olması deməkdir. Vay o günə ki, yağışlı və küləkli hava bir neçə gün davam edə. 800-ə yaxın əhalisi olan kənd problemlər girdabında boğulsa da, aidiyyəti qurumlar hələ də qaneedici cavab verməyib.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • 24 армянина объявлены Азербайджаном в международный розыск

    В связи с совершенными преступлениями против азербайджанцев в период Отечественной войны в международный розыск объявлены 24 армянина.

    Об этом заявил журналистам генеральный прокурор Азербайджана Кямран Алиев.

    По его словам, по фактам данных преступлений возбуждено 76 уголовных дел.

    “39 из них связаны с преступлениями против гражданского населения. Как известно, преступлений против мирного населения больше. Мы продолжаем работу в этом направлении”, – сказал он.

    “Около 300 человек разыскиваются в связи с преступлениями, совершенными против наших военнослужащих во время первой Карабахской войны, а также во время режима прекращения огня”, – добавил генпрокурор.

  • Azərbaycan 24 ermənini beynəlxalq axtarışa verib

    Vətən müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı 24 nəfər erməni beynəlxalq axtarışa verilib.

    Bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

    O bildirib ki, hadisələrlə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb:

    “Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir”.

    “Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın şəxs axtarışa verilib”, – deyə K.Əliyev qeyd edib.

  • Эрдоган: В ближайшие недели я совершу визит в Азербайджан

    Президент Турции Реджеп Тайип Эрдоган посетит Азербайджан в ближайшие недели.

    Об этом он сказал во время выступления в Великом национальном собрании Турции, передает Haber Global.

    “Карабахский регион Азербайджана освобожден от оккупации. Будучи в Баку и Шуше, мы разделили радость этого с нашими азербайджанскими братьями. Надеюсь, что в ближайшие недели мы снова соберемся вместе”, – добавил турецкий лидер.

  • Ərdoğan: “Yaxın həftələrdə Azərbaycana səfər edəcəm”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Azərbaycana gələcək.

    “Haber Global” məlumat verir ki, bu barədə o, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib:

    “Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığa qovuşdu. Biz də Bakıdakı və Şuşadakı azərbaycanlı qardaşlarımızın sevincini paylaşdıq. İnşallah, önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən bir araya gələcəyik. İşğal olunmuş torpaqlarını xilas etmək üçün mübarizə aparan bir ölkəyə və onu dəstəkləyən Türkiyəyə qarşı kinli münasibətləri heç vaxt unutmayacağıq. Biz qardaşlığın, dostluğun, yoldaşlığın və əməkdaşlığın dəyərini yüksək qiymətləndirən bir ölkəyik”.

  • Как сложилась судьба боевых товарищей, видео которых распространилось во время войны?

    В азербайджанском сегменте Сети во время Отечественной войны распространилось видео, на котором солдат азербайджанской армии пытается спасти раненого боевого товарища.

    Пользователей впечатлил их диалог, всех волновала дальнейшая судьба военнослужащих.

    Общественное телевидение (İTV) подготовило сюжет об этих солдатах, которые остались в живых.

  • Vətən müharibəsi zamanı təsirli görüntüləri yayılan əsgərlər sağdır? – VİDEO

    Sosial şəbəkədə yaralı səngər yoldaşını xilas etməyə çalışan əsgərin görüntüləri yayılıb.

    Belə ki, Vətən müharibəsi zamanı qeydə alınan görüntülərdəki əsgərlərin sadiqliyi, onların dialoqu izləyənləri təsirləndirib.

    Əsgər yoldaşlarının xilas olub-olmamağı hərkəsi narahat edib.

    Qeyd edək ki, hər iki əsgər sağdır. Əsgərlər barədə İctimai Televiziya sujet hazırlayıb.

    Həmin sujeti təqdim edirik:

  • Со склада Исполнительной власти Лянкяранского района совершена кража

    В Лянкяранском районе произошла кража.

    Об этом сообщает пресс-служба МВД.

    Сотрудники РОП задержали жителя Лянкярана Н.Джафарова, подозреваемого в краже из цеха и со склада, принадлежащих городскому предприятию по освещению при Исполнительной власти района, инструментов на 1 100 манатов, 100 м кабеля и 10 ламп.

  • Lənkəran Rayon İcra Hakimiyyətindən oğurluq edilib

    Lənkəran rayonunda oğurluq hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir sexdən təmir alətləri, rayon İcra Hakimiyyətinin şəhər İşıqlandırma Müəssisəsinə məxsus anbardan 1100 manat dəyərində təmir-tikinti aləti, 100 metr kabel və 10 ədəd lampa oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Cəfərov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.