Month: October 2021

  • Pəhriz qarında piylənmə yaradır

    Pəhriz qarında piylənməyə səbəb ola bilər.

    Bu barədə yaponiyalı dietoloq Mivako Kodzima bildirib.

    Mütəxəssis əmin edir ki, qarındakı qatlar həddindən artıq yeməkdən yox, düzgün olmayan qidalanma nəticəsində əzələ itkisindən yaranır. O qeyd edib ki, gənc yaşlarda insanın korset rolunu oynayan əzələləri olur. Ancaq 30 ildən sonra onlar zəifləyirlər, buna görə də qarın çıxmağa başlayır:

    “Bu, sizi narahat etməyə başlayır və rasionunuzu məhdudlaşdırırsınız, lakin nəticədə daha çox əzələ itirirsiniz, bu da yağları yandırır və maddələr mübadiləsi azalır”.

    Kodzima qeyd edib ki, pəhrizin məqsədi bu deyil. Yeməmək yox, düzgün yemək lazımdır. Buna görə də pəhriz elə olmalıdır ki, metabolizma prosesini sürətləndirsin.

    İlk növbədə, qarnı böyüyən insanlarda bir neçə ümumi xüsusiyyət var. Bunlar daim soyuq əllər və ayaqlar, aşağı bədən tempraturdur. Həmçinin, dəyişməyən qidalanmaya baxmayaraq, çəki artımının baş verməsidir.

    Maddələr mübadiləsinin sürətləndirilməsinin mahiyyəti temperaturun artmasıdır. Buna görə də, sərin səhər yeməyi yalnız zərər verə bilər. Yalnız tərəvəz yemək olmaz, həmçinin protein mənbələri – ət və balıq istehlak etməlisiniz. Sıfır kalorili qidalar da maddələr mübadiləsini azaldır, buna görə zərərlidir.

  • Alimlər koronavirusa inanmayanların xəstəliyə daha çox tutulduğunu açıqladı

    COVID-19-la bağlı “sui-qəsd nəzəriyyəsi” tərəfdarları xəstəlikdən daha çox əziyyət çəkir.

    Bu fikirlə Amsterdan Universitenin mütəxəssisləri çıxış ediblər.

    Alimlər 2020-ci ilin aprelində Niderlandın 5745 sakini arasında sorğu keçiriblər. Burada insanların COVID-19-la bağlı iddialara hansı səviyyədə inanması araşdırılıb. Həmçinin onların pandemiya ilə ortaya çıxan qaydalara nə dərəcədə riayət etməsi də öyrənilib.

    Tədqiqatın yekunlarına əsasən, alimlər belə qənaətə gəliblər ki, xəstəliyə inanmayanlar digər insanlara nisbətən daha çox yoluxublar.

  • Koronavirusa qarşı etiraz aksiyasını əyləncəyə çevirdilər – VİDEO

    Danimarkalılar etiraz aksiyasını əyləncəyə çeviriblər.

    Belə ki, COVİD-pasportu ilə yaşamaq istəməyən sakinlər əvvəlcə əl-ələ tutub bir tərəfdən digər tərəfə doğru hərəkət etməyə başlayıblar.

    Sonra bu hərəkətləri özlərinə də gülməli gəlib və bir-birlərini pivə ilə isladıblar, “dupstep”ə qulaq asıblar.

  • Rusiyada karantin qadağaları sərtləşdirildi

    Rusiyada koronavirusa görə tətbiq edilən karantin qadağaları sərtləşdirilib.

    Ölkə Prezidenti Vladimir Putin bu barədə bölgə rəhbərlərinə göstəriş verib.

    Bu barədə Kremlin saytında xəbər dərc edilib.

    Ölkənin bölgələrində əyləncə və iaşə müəssisələrində xidmət 23:00-dan 6:00-a qədər dayandırılacaq.

    Qeyd edək ki, qonşu dövlət 8 279 573 yoluxma ilə dövlətlər arasında ilk beşlikdədir.

  • Antibiotiklərin zərərli olduğu vaxtlar açıqlandı

    Öskürək, viruslu bronxit və haymorit zamanı antibiotiklər əks göstərişdir.

    Bu dərmanlar nəzarətsiz alındıqda təsir göstərmir.

    Bu barədə məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

    “Boğazınız ağrıyır – sizə antibiotik olmaz, bronxitsiniz – antibiotiklərə ehtiyacınız yoxdur. Sadəcə gözləyin, öskürək əleyhinə dərmanlar qəbul edin. Baxın, bəlkə də infeksion (bronxit) deyil, çünki əksər hallarda infeksion olmur”, – deyə Myasnikov bildirib.

    Həkim antibiotiklərin haymorit zamanı da əks göstəriş olduğunu vurğuladı.

    “Streptokok angina zamanı temperaturunuz 40 dərəcədən yuxarı olarsa ürək xəstəliklərinin profilaktikası üçün, cinsi infeksiyalar zamanı, yaxud sizdə sətəlcəm olub (və ya var) və siz evdə müalicə alırsınızsa, xəstəxanadan kənarda antibiotik qəbul edə bilərsiniz”, – deyə həkim bildirib.

    Myasnikov antibiotiklərin bronxitin ilkin müalicəsi üçün uyğun olmadığını vurğulayıb.

  • ООН предрекла зимний голод в Афганистане

    Более половины населения Афганистана в течение зимы 2021-2022 годов столкнется с “кризисным” или “чрезвычайным” уровнем нехватки продовольствия. Негативное влияние на доступ афганцев к пище оказали засуха, вооруженный конфликт, пандемия COVID-19 и экономический кризис, заявили авторы совместного доклада Продовольственной и сельскохозяйственной организации (ФАО) и Всемирной продовольственной программы (ВПП) ООН. Данные доклада опубликованы на сайте ФАО.

    Его авторы подчеркивают, что количество жителей Афганистана, находящихся на грани голода, выросло на 37% по сравнению с апрелем этого года. От острого недоедания к концу года могут пострадать около 3,2 млн детей младше пяти лет, а порядка 1 млн из них могут умереть, если им срочно не окажут необходимую помощь. Приближающаяся зима может отрезать нуждающиеся семьи от гуманитарной помощи.

    “Мы не можем кормить людей обещаниями: финансовые обязательства должны превратиться в реальные деньги, и международное сообщество должно вместе прийти к решению этого кризиса, который быстро выходит из-под контроля”, – заявил исполнительный директор ВПП Дэвид Бизли.

    Для оказания помощи населению Афганистана может потребоваться порядка 220 млн долларов ежемесячно. ФАО утверждает, что в этом году окажет помощь более 3,5 млн человек и что ей нужно 11,4 млн долларов на срочную помощь жителям Афганистана и 200 млн долларов на сельскохозяйственный сезон 2022 года.

    Источник: news.ru

  • BMT-dən Əfqanıstanda aclıqla bağlı xəbərdarlıq: “Bir milyon uşaq ölə bilər”

    Əfqanıstan əhalisinin yarıdan çoxu 2021-2022-ci illərin qışında “böhran” və ya “ifrat” səviyyədə ərzaq çatışmazlığı yaşayacaq.

    Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatına görə, quraqlıq, silahlı qarşıdurma, COVID-19 pandemiyası və iqtisadi böhran Əfqanıstanın ərzaq əldə etməsinə mənfi təsir göstərib.

    Hesabatın müəllifləri vurğulayır ki, Əfqanıstanda aclıq həddində olan insanların sayı bu ilin aprel ayı ilə müqayisədə 37 % artıb.

    İlin sonunadək kəskin aclıq beş yaşınadək təxminən 3,2 milyon uşağa təsir edə bilər və onlardan təxminən 1 milyonu ehtiyac duyduğu təcili yardımı almazsa ölə bilər. Yaxınlaşan qış ehtiyacı olan ailələri humanitar yardımdan məhrum edə bilər.

    “İnsanları vədlərlə doyura bilmərik: maliyyə öhdəlikləri real pula çevrilməli və beynəlxalq ictimaiyyət nəzarətdən sürətlə çıxan bu böhranı aradan qaldırmaq üçün birlikdə çalışmalıdır”, – deyə WFP-nin icraçı direktoru Devid Bizlei bildirib.

    Əfqanıstan əhalisinə yardım göstərmək üçün hər ay təxminən 220 milyon dollar tələb oluna bilər. FAO bu il 3,5 milyondan çox insana yardım edəcəyini və Əfqanıstan xalqının təcili yardım üçün 11,4 milyon dollara və 2022-ci il kənd təsərrüfatı mövsümü üçün 200 milyon dollara ehtiyacı olacağını açıqlayıb.

  • В Гяндже автомобиль сбил женщину

    В Гяндже произошло ДТП с наездом на пешехода.

    Как сообщает АПА, инцидент зарегистрирован на проспекте Шаха Исмаила Хатаи.

    Автомобиль марки İnfiniti сбил переходившую дорогу женщину средних лет.

    Пострадавшая была госпитализирована. Ее состояние оценивается как тяжелое.

    По данному факту ведется расследование.

  • Gəncədə qadını maşın vurub

    Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Hərəkətdə olan “İnfiniti” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı qadını vurub.

    Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha bir dövlət ictimai nəqliyyatda maska məcburiyyətini ləğv edir

    Finlandiyanın dəmir yollarında və paytaxtdakı ictimai nəqliyyatda maskalardan istifadə tələbi qaldırılıb.

    Maskalardan istifadə tələbi bu ilin mart ayından etibarən qüvvədə olub.

    Artıq sərnişinlər səyahət zamanı maska taxıb-taxmamağa özləri qərar verə biləcəklər.

    Sentyabrda aparılan müştəri sorğusuna görə, sərnişinlərin yalnız 43%-i qoruyucu maskadan istifadə etmək istəyib, avqustda bu rəqəm 58%-dən çox olub.