Month: October 2021

  • Rusiyada vaksin vurduran şəxslərə iki gün ödənişli istirahət veriləcək

    Rusiya Prezidenti Vladimir Putin COVID-19-a qarşı peyvəndləmənin sürətini artırmaq üçün maraqlı tövsiyə ilə çıxış edib.

    Belə ki, Vladimir Putin peyvənd vurduran Rusiya vətəndaşlarına işdən iki gün istirahət götürmək hüququnun verilməsini istəyir.

    İstirahət günləri ərzində isə işçilərin əməkhaqqı adi qaydada hesablanmalıdır.

  • Cəbrayıl rayonunun Çələbilər kəndinin işğaldan azad olunmasından bir il ötür

    Müzəffər Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları ilə işğalda olan əraziləri azad etməyə başladı.

    Ötən ilin bu gün Azərbaycan Ordusu Cəbrayılın Çələbilər kəndini işğalçılardan təmizləmişdi.

    Azərbaycan Ordusu Qarabağda irəlilədikcə Ermənistan yalan informasiyalar və həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirdi.

    Bu, Ermənistanın aciz duruma düşdüyünün göstəricisi idi.

  • Президент Турции отбыл с визитом в Азербайджан – ОБНОВЛЕНО

    Президент Турции Реджеп Тайип Эрдоган отправился с однодневным рабочем визитом в Азербайджан.

    Самолет главы государства вылетел из международного аэропорта Эсенбога в Анкаре.

    Эрдогана сопровождают министр национальной обороны Хулуси Акар, министр иностранных дел Мевлют Чавушоглу, министр окружающей среды и городского развития Мурат Курум, министр транспорта и инфраструктуры Адиль Караисмаилоглу, председатель Управления коммуникаций Администрации Президента Турции и пресс-секретарь Администрации главы турецкого государства Ибрагим Калын.

    * * * * *

    Сегодня Президент Турции Реджеп Тайип Эрдоган прибудет в Азербайджан для участия в открытии Международного аэропорта Физули. Это третий визит главы братской страны в АР в нынешнем году.

    Визит Эрдогана состоится по приглашению Президента Азербайджана Ильхама Алиева.

    Самолет главы Турецкого государства приземлится в Международном аэропорту Физули.

    Президенты примут участие в церемонии открытия этой воздушной гавани.

    Международный аэропорт Физули – первый, построенный на территории освобожденного от армянской оккупации Карабаха.

  • Ərdoğan Azərbaycana yola düşdü – YENİLƏNİB

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

    Onu Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər Esenboğa hava limanından yola salıblar.

    Səfərdə Türkiyə liderini ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.

    * * * * *

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Ərdoğanın bu gəlişi onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq.

    Bir günlük səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

    Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə lideri mərasimdə çıxış edəcək.

  • Azərbaycanın üç boksçusu dünya çempionatında mübarizəyə başlayır

    Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın daha 3 boksçusu mübarizə aparacaq.

    Oxu.Az-ın xəbərinə görə, dünən Ümid Rüstəmov (-57 kq) kubalı rəqibinə 0:3 uduzaraq mübarizəni dayandırıb.

    -51 kq
    1/16 final
    Məsud Yusifzadə – Enxmandaq Xarxuu (Monqolustan)

    -63,5 kq
    1/32 final
    Malik Həsənov – Xuan Reyes (Qvatemala)

    -92 kq
    1/32 final
    Rauf Rəhimov – Luis Vilyams (İngiltərə)

    Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir.

    2,6 milyon ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

  • Dünyanın ən sərt qışı gəlir – İqlim dəyişikliyi alimləri narahat edir

    Böyük Britaniyadakı müxalif Leyboristlər Partiyasının sözçüsü Reyçl Rivz ölkədə koronavirusa yoluxma hallarının sürətlə artdığını, ekspertlər isə bizi qarşıda ən pis qışın gözlədiyini açıqlayıb.

    Median.Az xəbər verir ki, Rivz artan yoluxmalar fonunda hökumətin təcili B planına keçməsini təklif edib. BBC-nin Endryu Marr şousuna qatılan Rivz deyib ki, hökumət A planını gerçəkləşdirməkdən daha çox iş görməlidir.

    Baş nazir Boris Conson və Səhiyyə naziri Sacid Cavid isə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, daha sərt məhdudiyyətlərə keçməməkdə günahlandırılır. İngiltərədə qış mövsümündə COVID-19 ilə mübarizə planı çərçivəsində hazırlanan strategiyaya əsasən, hazırda qüvvədə olan A planı davam edir. Plana əsasən, təxminən 30 milyon nəfər gücləndirici peyvəndlər vurdurmalıdır, 12-15 yaşlı sağlam yeniyetmələrə bir doza kifayətdir, həmçinin qapalı məkanlarda maska taxmaq şərtdir.

    Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid qış aylarında ölkədə koronavirusa yoluxanların sayının gündə 100 minə çata biləcəyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, səhiyyə işçiləri hökuməti qışda “böhrandan” qaçmaq üçün təcili olaraq bəzi tədbirlər görməyə çağırıb. Lakin hökumət bütün bu çağırışlara laqeyd qalmaqda və adekvat tədbirlər görməməkdə ittiham olunur. /publika.az

  • ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”

    “Məndən tez-tez soruşurlar ki, pandemiya nə zaman başa çatacaq?”

    Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Qebreyesus deyib.

    “Mənim cavabım belədir: pandemiya dünya onu sona çatdırmağa qərar verəndə bitəcək. Bu, bizim əlimizdədir. Bizim bunun üçün bütün alətlərimiz var. Ancaq dünya bu alətlərdən lazımı tərzdə istifadə etmir. Odur ki, pandemiyanın sonuna hələ çox var”, – deyə ÜST rəhbəri bildirib.

    Mənbə: Vesti.ru

  • Satışda olan qara çörəkləri süni rəngləyirlər? – Mütəxəssislərdən açıqlama

    Qənnadı məhsulları və içki istehsalında geniş yayılmış “koller” adlı rəng maddəsindən çörək istehsalında da istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar.

    Sovet dövründə və ondan sonrakı bir neçə ildə insanlar daha çox qara çörəkdən istifadə edirdilər. Daha doğrusu, buna məcbur olurdular. Xüsusən də kənd yerlərində…

    Çünki mağazalarda ağ un tapmaq müşkül idi. Vətəndaşlar məcbur olub ya qara un alırdılar, ya da qara unla ağ unu qarışdırıb çörək bişirməli olurdular. İndi isə əksini müşahidə edirik. Qara çörək olduqca bahadır. Müxtəlif markalar altında 250-300 qramlıq qara çörək 1,5-2 manata da satılır. Üstəlik, münasib qiymətə olan qara çörəyə də şübhə ilə yanaşılır. İddia olunur ki, guya ağ una rəng qatırlar.

    Sual yaranır: niyə əvvəllər daha ucuz başa gələn qara çörək indi ağ çörəkdən baha qiymətə satılır? Həqiqətən də aldığımız qara çörəyin tünd rəng alması üçün boyadan və ya digər qatqılardan istifadə olunur?

    Median.Az bildirir ki, mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

    Adı qara, rəngi açıq qəhvəyi

    İstehsal meneceri Sayat Quliyeva deyir ki, insanlar arasında “qara çörək mütləq tünd olmalıdır” deyə fikir formalaşıb, amma əslində belə deyil: “İstehsalatda “qara un” adlanan xammal yoxdur.

    Bu söz birləşməsi insanlar tərəfindən yaradılıb, qiyməti ucuz, keyfiyyəti aşağı deməkdir. Qara çörək kəpəkli, çovdar, birinci və ikinci növ unların qarışığından əldə olunur. Bu çörəklər tam qara deyil, tünd və ya açıq qəhvəyi rəngdə olur. “Adı qara çörəkdirsə, rəngi də tünd olmalıdır” tipli fikirləri əsas götürərək, bəzi istehsalçılar da normativlərdən kənarlaşaraq rəngli maddələrdən istifadə edirlər”.

    Əgər rəng varsa…

    Qida eksperti Fərid Səfərov bildirir ki, əgər qara çörəyin tərkibində rəng varsa, bunu yoxlamağın müxtəlif yolları var:

    “Çörəyin tərkibində rəng olub-olmadığını gözlə seçə bilmərik. Amma çörəyi suya salanda, suyun rəngi dəyişirsə, qaralırsa, deməli, rəngləndiricilərdən istifadə olunub”.

    Rəng qatılmasının səbəbi

    Sayat Quliyevanın sözlərinə görə, qara çörəyi rəng və digər qatqılar vurmadan da istehsal etmək mümkündür:

    “Çörəyin qatqısız, sadəcə xammal vasitəsilə istehsalı mümkündür. Lakin istehsalçılar qabarıq, məsaməli olması, saxlama müddətinin artırılması, yumşaq qalması üçün çörəyə müəyyən qatqılar əlavə edirlər ki, bunlardan ən birincisi rəng maddələridir. Yəni qatqıların, rəng maddələrinin istifadəsi unun maliyyətinin yüksək olması ilə əlaqəli deyil, bazarda olan rəqabətin göstəricisidir”.

    Ucuz olması üçün

    Fərid Səfərov deyir ki, çovdarı xaricdən idxal etdiyimiz üçün bu da qiymətlərə öz təsirini göstərir:

    “Qara çörəyi əldə etmək üçün lazım olan çovdar ununun ölkəmizdə istehsalı çox azdır, daha çox başqa ölkələrdən idxal olunur. Bu da qiymətə istər-istəməz təsir göstərir. Bu səbəbdən də, bəzi yerli sahibkarlar çovdar unundan deyil, ucuz olması üçün rəngləndiricilərdən və müxtəlif qatqılardan istifadə edərək qara çörək əldə edirlər”.

    Çay, qəhvə, kakao

    S.Quliyeva bildirir ki, tünd rəng əldə etmək üçün təbii vasitələrdən də istifadə olunur:

    “Qənnadı məhsulları və içki istehsalında geniş yayılmış “koller” adlı rəng maddəsindən çörək istehsalında da istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar. Kakao və qəhvə ölkəmizə idxal olunur, həmçinin maya dəyəri də yüksəkdir”.

    Qara çörəyin faydası

    Sayat Quliyevanın sözlərinə görə, xüsusi xəstəliyi olan insanların sağlamlıq baxımından qara çörəkdən istifadə etməsi çox vacibdir:

    “Əvvəllər qara çörəkdən yalnız şəkər xəstələri istifadə edirdisə, günümüzdə pəhriz saxlayanlar da üstünlük verirlər. Çünki qara çörəyin kalorisi ağ çörəyə nisbətən azdır. Həmçinin ağ çörəyə nisbətdə qara çörəyin tərkibi vitaminlər, minerallar və təbii liflərlə zəngindir. Bəzi xəstəliklərdən əziyyət çəkən insanlar qara çörəkdən istifadə etsinlər ki, bu maddələri də qəbul edə bilsinlər”.

    Qatqıların ziyanı

    Fərid Səfərov deyir ki, qara çörəyin tərkibinə qatılan qida maddələri hər insanda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər:

    “Çörəyin istehsalında istifadə olunan qatqı maddələri hər bir insana fərqli şəkildə təsir göstərə bilər. Bu, həm də istifadə edilən maddənin miqdarından da asılıdır. Bu maddələr mədə turşuluğunu artırır, mədənin selikli qişasını qıcıqlandırır, həzm sistemində problemlər, piylənmə, qəbzlik, sinir pozğunluqları, allergik reaksiyalar yaradır”.

    Tərkibini oxuyun

    Sayat Quliyeva oxuculara məsləhət görür ki, çörək alarkən tərkibi ilə mütləq maraqlansınlar:

    “Üzərində geniş məlumatlar qeyd edilməyən, özünəməxsus qablaşdırması olmayan, tərkibində kənar qatqıların qeyd edildiyi çörəkləri almasınlar”.

  • Эрдоган: Мы надеемся, что посольства впредь будут более внимательными в своих заявлениях

    В Турции под председательством президента страны Реджепа Тайипа Эрдогана прошло заседание Кабинета министров.

    После встречи, продолжавшейся около четырех часов, глава государства выступил перед представителями СМИ.

    Эрдоган отметил, что заявление посольств десяти государств в Турции относительно дела Османа Кавалы было расценено как попытка вмешаться во внутренние дела страны и на это был дан достойный ответ. Он выразил надежду, что впредь посольства стран, приверженных 41-й статье Венского соглашения, будут более внимательны в своих заявлениях.

    Источник: Haber Global

  • Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb

    Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürüb.

    “Report”un məlumatına görə, ilk yarış günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb.

    57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 finalda kubalı Osvel Kaballero Qarsia ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə uduzan idmançı mübarizəni dayandırıb.

    Azərbaycan millisi yarışa 9 boksçu ilə yollanıb.

    Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.