Month: October 2021

  • ABŞ 5-11 yaşlı uşaqlar üçün təsdiqlənən peyvəndlərin adlarını açıqladı

    ABŞ Qida və Dərman İdarəsi (FDA) 5-11 yaş arası uşaqlar üçün “Pfizer-BioNTech” koronavirus peyvəndini təsdiqləyib.

    Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) noyabrın 2-də yekun qərarı verməli olacaq.

    Xatırladaq ki, bundan əvvəl ABŞ tibbi tənzimləyicisinin ekspert komissiyası 5-11 yaşlı uşaqlara koronavirus peyvəndini tövsiyə etmişdi. Məlumata görə, bu yaş qrupunda təxminən iki milyon insan COVID-19-a yoluxub, onlardan 8300-ü xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin üçdə birinin reanimasiyaya ehtiyacı olduğu vurğulanıb.

  • В Физули обнаружены оружие и боеприпасы – ВИДЕО

    На освобожденных от оккупации территориях Азербайджана сотрудники полиции продолжают профилактические мероприятия с целью обнаружения оружия и боеприпасов.

    Как сообщили в бардинской региональной группе пресс-службы МВД АР, в результате проведенного сотрудниками Физулинского РОП мероприятия на освобожденной части района были обнаружены 3 автомата, 2 пулемета, 2 гранатомета, 1 “Фагот” (противотанковый ракетный комплекс), 185 различных снарядов, 75 детонаторов и 4 100 пуль различного калибра.

  • Füzulidə silah-sursat aşkar edilib – VİDEO

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbir uğurla nəticələnib. Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Faqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

  • Кадры тяжелого ДТП в Загатале – ВИДЕО

    В Азербайджанском сегменте Сети распространились кадры тяжелого ДТП в селе Ашагы Тала Загатальского района.

    В результате аварии столкнулись ВАЗ-2106, управляемый жителем села Юхары Тала Нематом Айдамировым, и Mercedes, за рулем которого находился житель села Ашагы Тала Тарлан Гасанов.

    Водитель “Жигули” Н.Айдамиров был доставлен в Загатальскую центральную районную больницу с различными травмами. Его состояние оценивается как средней степени тяжести.

    Н.Айдамиров – учитель Загатальского ПТУ, которое находится в селе Ашагы Тала.

    По данному факту в Загатальском РОП ведется расследование.

  • Zaqatalada baş verən ağır qəzanın görüntüləri – VİDEO

    Zaqatalada iki avtomobilin toqquşması ilə baş verən ağır qəzanın görüntüləri yayılıb.

    Video sosial şəbəkədə paylaşılıb.

    Məlumatlara görə, hadisə ötən gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

    Qəza zamanı Zaqatala rayonu Yuxarı Tala kənd sakini Nemət Şaban oğlu Aydəmirovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili Aşağı Tala kənd sakini Tərlan Yaşar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

    Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan VAZ-2106 markalı avtomobilin sürücüsü N. Aydəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    N. Aydəmirov rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən Zaqatala Peşə Məktəbinin müəllimidir.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • В Имишли сгорел дом: есть пострадавший

    В селе Аранлы Имишлинского района произошел пожар.

    Как сообщили в МЧС Азербайджана, сгорели легковоспламеняющиеся конструкции одноэтажного дома общей площадью 120 кв. м.

    В результате происшествия пострадал один человек. Близлежащие постройки были защищены от огня.

    Пожар потушен.

  • İmişlidə ev yanaraq kül oldu: Xəsarət alan var

    İmişli rayonunun Aranlı kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Стало известно, кто изнасиловал 11-летнюю девочку в Имишли – ПОДРОБНОСТИ + ВИДЕО

    Стали известны некоторые подробности в связи с родившей ребенка 11-летней девочкой в Имишли.

    Сотрудники Baku TV посетили семью несовершеннолетней.

    Сообщается, что 27 октября мать девочки – Гюнай Шукюрова обратилась к свекру, сказав, что ее нужно показать врачу из-за скопления жидкости в животе.

    После этого бабушка несовершеннолетней Санубер ханым отвела ее к врачу, где выяснилось, что 11-летняя девочка находится на 31-й неделе беременности.

    Отец девочки Шамхал Шукюров скончался несколько лет назад. После этого ее мать стала сожительствовать с Гурбаном Фараджовым.

    “Гюнай прожила с нами полтора года, и никаких проблем не возникало. После того как она переехала в отчий дом, мой одноклассник Гурбан сосватал ее и они начали жить вместе. А недавно мы узнали, что он изнасиловал девочку. Вчера она родила ребенка. Теперь неизвестно, где будет жить этот ребенок – его не принимает ни семья отчима, ни матери”, – сказал дядя девочки Сабутай Шукюров.

    В ходе расследования выяснилось, что Г.Фараджов несколько раз насиловал несовершеннолетнюю.

    С.Шукуров заявляет, что мать девочки намеренно скрывала случившееся.

    Напомним, по данному факту прокуратура Имишлинского района возбудила уголовное дело, ведется следствие.

  • İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qızın kim tərəfindən zorlandığı məlum olub – TƏFƏRRÜAT + VİDEO

    İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.

    Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub.

    Bildirilib ki, Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək, qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.

    Bundan sonra azyaşlının nənəsi Sənubər xanım qızını götürərək, həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.

    Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.

    “O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, – bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.

    Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.

    S.Şükürov qeyd edib ki, anası bilərəkdən hadisəni gizlədib.

    Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

  • Daha bir ölkədə beş yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

    Malayziya hökuməti 5 yaşından 12 yaşa qədər uşaqların koronavirusa qarşı peyvəndlənməsinə başlamaq niyyətindədir.

    Bunun üçün ölkə “Pfizer-BioNTech” vaksinin partiyasını alacaq.

    Bu barədə ölkənin səhiyyə naziri Xairi Camaluddin bildirib.

    Camaluddin qeyd edib ki, uşaqların peyvənd edilməsi üçün digər peyvəndlər, xüsusən də Çin dərmanı olan “Sinovac” da nəzərdə tutulur.

    Sentyabrın 20-də Malayziya 12 yaşından yuxarı şəxslərin peyvənd kampaniyasına başlayıb. Yeniyetmələrə “Pfizer-BioNTech” və “Sinovac” peyvəndləri vurulur.

    Camaluddin qeyd edib ki, yeniyetmələrin 62%-i bu günə qədər tam peyvənd olunub, 82%-i isə ilk dozanı vurdurub.