Month: October 2021

  • Bakıda 20 nömrəli məktəb-liseydə karantin müddəti uzadıldı – RƏSMİ

    Son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVID-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

    Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

    Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

    Xatırladaq ki, bir müddət əvvəl Bakıda 20 nömrəli məktəb-liseydə dərslərin distant formaya keçirildiyi barədə məlumat yaymışdıq.

  • О коридоре, войне и простом армянском парне – ВИДЕО

    То, что сегодня происходит на освобожденных территориях: восстановление и запуск проектов инфраструктурного характера, визиты зарубежных делегаций, освещение каждого посаженого дерева и каждой открытой подстанции, все это важно, как продолжение в первую очередь, информационной войны с мировым армянством, которая ведется, несмотря на то, что война – по крайней мере 44 дневная, завершилась год назад.

    Об этом говорится в очередном выпуске аналитического YouTube-проекта Caliber.

  • “Cailber”in yeni süjeti: “Bizə heç kimə heç nəyi sübut etmək lazım deyil” – VİDEO

    “Cailber” layihəsinin “YouTube” səhifəsində “Dəhliz, müharibə və sadə erməni gənci barədə” (“O koridore, voyne i prostom armyanskom parne”) adlı süjet təqdim olunub.

    “İşğaldan azad edilmiş ərazilərimizdə bu gün baş verənlər infrastrukturun bərpası və yeni layihələrin işə salınması, əcnəbi nümayəndələrin səfərləri, hər əkilən ağacın, hər tikilən yarımstansiyanın açılışının işıqlandırılması ilk növbədə qlobal erməniçiliklə informasiya müharibəsində vacibdir, baxmayaraq ki, müharibə bir il əvvəl bitib”, – deyə reportajda bildirilir.

    Kadrlarda Azərbaycan ərazilərinin işğalı dövründə erməni diasporunun pulu ilə “Qədim erməni dağlarında “cənnət” haqqında” danışılanlara baxmayaraq, ermənilərin necə miskin şəkildə yaşadıqlarını göstərən kadrlar əks olunub və Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ərazidə görülən quruculuq işlərindən danışılıb.

    “Cəmi bir il keçib amma artıq Füzuli-Şuşa yolu tikilib, iki qardaş ölkənin iki qardaş lideri Füzuli Beynəlxalq Aeroportunun açılışını edib”, – deyə videoda vurğulanıb.

    “Bizə heç kimə heç nəyi sübut eləmək lazım deyil. Sadəcə düşmənin vaxtilə ilə etdiklərini və bizim gördüklərimiz, görməyə davam etdiyimiz işləri göstərmək kifayətdir”, – filmdə bildirilib.

    Daha ətraflı “Caliber”in yeni süjetində:

  • Rusiya Premyer Liqası tarixinin bombardiri dəyişib

    “Zenit” komandasının futbolçusu Artyom Dzyuba Rusiya çempionatları tarixində ən yaxşı bombardirlər siyahısında birinci yerə yüksəlib.

    33 yaşlı hücumçu 144-cü qolunu vurub. O, son olaraq, Premyer Liqada XIII turun Moskva “Dinamo”suna 1:4 hesabı ilə uduzduqları görüşdə fərqlənib.

    Daha əvvəl rekord 143 dəfə fərqlənmiş Oleq Veretennikova məxsus idi. Üçüncü pillədə isə 139 qolla Aleksandr Kerjakov qərarlaşıb. Həm Veretennikov, həm də Kerjakov karyeralarını artıq başa vurub.

    Qeyd edək ki, Artyom Dzyuba “Zenit”dən əvvəl “Spartak”, “Tom”, “Rostov” və Tula “Arsenal”ının formasını geyinib.

  • Dünya çempionatı: Azərbaycan boksçusu daha bir döyüşdən qalib ayrılıb

    Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.

    60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.

    Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu Sərxan Əliyev 71 kq çəkidə 1/16 final görüşünü keçirəcək. Onun rəqibi şotlandiyalı Stiven Nyuns olacaq.

  • Səudiyyə Ərəbistanı Livan səfirindən ölkəni tərk etməsini tələb edib

    Səudiyyə Ərəbistanı Livanın krallıqdakı səfirindən ərazisini iki gün ərzində tərk etməsini tələb edib.

    Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, Səudiyyə Ərəbistanı həmçinin Livandan bütün idxallara ümumi qadağa qoyub.

    Qeyd edilir ki, bütün bunlara səbəb Livanın informasiya naziri Corc Kordahinin Yəməndəki müharibəni Səudiyyə Ərəbistanının “təcavüzkarlığı” kimi xarakterizə etməsi olub. Səudiyyə Ərəbistanı nazirin ittihamlarının yayılmasından bir neçə gün sonra buna cavab olaraq Livanın krallıqdakı səfirinə 48 saat ərzində ərazisindən çıxmağı tələb edib, eləcə də həmin ölkədən idxalı dayandırıb.

    Xatırladaq ki, Livanın informasiya naziri Corc Kordahi təkcə Səudiyyə Ərəbistanını deyil, Birləşmiş Ərəb Əmirliklərini də Yəməndəki müharibədə iştirakda ittiham edib.

  • Ucarda ana doğuşdan sonra ölüb

    Ucarda ana doğuşdan sonra dünyasını dəyişib.

    “Report” xəbər verir ki, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, 1989-cu il təvəllüdlü Gülnar Mirzə qızı Mehdiyeva bu gün saat 13 radələrində doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

    Körpə əməliyyat olunaraq götürülüb. Lakin iki dəfə əməliyyat olunmasına baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Qadın saat 22:00 radələrində xəstəxanada ölüb.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla baglı araşdırma aparılır.

  • Dörd aylıq körpə uşaq sığınacağına verildi

    Azərbaycanda dörd aylıq körpə uşaq sığınacağına gətirilib.

    Bununla bağlı məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz “Facebook” profilində paylaşıb.

    O bildirib ki, körpələr valideynlərin səhlənkarılığının cəzasını çəkməli deyil.

  • İrandan gətirilən 64 ton kartof geri qaytarıldı

    İrandan fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən ümumi çəkisi 23.7 ton və hüquqi şəxs “ZE-DENT” MMC tərəfindən idxal edilən ümumi çəkisi 40.45 ton ərzaqlıq kartof məhsulu partiyalarına baxış keçirilib.

    Bu barədə AQTA məlumat yayıb.

    Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

    Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” – kartofun qonur çürüməsi) aşkar edilib.

    Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İrana geri qaytarılması barədə qərar qəbul edilib.

  • Yeni dövlət rüsumları müəyyənləşir

    Yeni dövlət rüsumları müəyyənləşir.

    Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə, tikinti obyektinin istismarına icazənin verilməsinə, dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə, balıqovlama və ovçuluq biletlərinin verilməsinə, dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyinin verilməsinə, dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına, idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə, baytarlıq arayışının verilməsinə görə dövlət rüsumu tutulacaq.