Month: November 2021

  • Bakıda qaçırıldığı iddia olunan 14 yaşlı qız tapıldı

    Bakıda qaçırıldığı iddia olunan yeniyetmə qız tapılıb.

    Bu barədə Xəzər Rayon 3-cü polis Polis Şöbəsindən məlumat əldə edib. Bildirilib ki, noyabrın 2-də itkin düşmüş 2007-ci il təfəllüdlü yeniyetmə M.N. polis şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

    Qeyd edək ki, yeniyetmənin qaçırılması barədə xəbər yayılmışdı. İddialara görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib. Yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, dərhal axtarışlar başlayıb.

  • Ermənistanın keçmiş baş prokurorunun həbs müddəti 2 ay uzadılıb

    Ermənistan İstintaq Komitəsinin sabiq sədri, keçmiş baş prokuror Aqvan Ovsepyanın həbs müddəti 2 ay uzadılıb.

    “Report” bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.

    Ovsepyanın vəkili Sasun Rafaelyan bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək.

    Qeyd edək ki, Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olub.

    O qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.

  • Çində koronavirus yenidən artmağa başladı

    Koronavirusun ilk ortaya çıxdığı Çində yoluxma sayı yenidən artmağa başlayıb.

    Xəstəliyin yayılmasının qarşısını almaq üçün səlahiyyətlilər tədbirləri sərtləşdirib.

    “Disneyland”ə əylənməyə gedən 34 min insanın eyni anda testdən keçməsi təəccüb yaradıb. 220 xüsusi avtobusla evlərinə yola salınan insanların hamısının testi neqativ çıxıb. Ancaq onlardan yenə də iki gün evdə qalmaları istənib.

    Eyni zamanda, Çinin şərqindəki Jianqxi əyalətində bir nəfərdə virus aşkar edildikdən sonra bütün işıqforlarda qırmızı işıq yanıb. Yerli səlahiyyətlilərin sözlərinə görə, bu tədbir hərəkətliliyi azaltmaq məqsədi daşıyır.

    Mənbə: Sondakika.com

  • Moskva aeroportlarında 150-dən çox aviareys təxirə salınıb

    Axşam saatlarında Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarından həyata keçrilməli olan 150-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

    Buna şəhərin üzərini alan qatı duman səbəb olub.

    Əlverişsiz hava şəraitinin gecə yarısınadək davam edəcəyi bildirilib.

    Qeyd edək ki, bu gün səhər saatlarında da adıçəkilən hava limanlarından qalxmalı olan 200-dən çox reys yubadılıb və ya ləğv olunub.

    Mənbə: “RİA Novosti”

  • 2200 dollar, qoyun və əkin sahəsinə 9 yaşlı qızı aldı: “Pərvanə ucuz, atası kasıb idi” – FOTO

    Əfqanıstanda bir ailə doqquz yaşlı qızlarını 2200 dollara evlənmək üçün 55 yaşlı kişiyə satıb.

    Bir neçə ay əvvəl 12 yaşlı qızını satan ata Abdul Malik bu dəfə “CNN International” kameraları qarşısında doqquz yaşlı qızı Pərvanəni satışa çıxarıb.

    Səkkiz nəfərlik ailəsinin ölməməsi üçün bu addımı atmağa məcbur qaldığını söyləyən ata qızının qarşılığında 55 yaşlı Qurban adlı kişidən pulla yanaşı qoyun və əkin sahəsi də alıb.

    Hazırda bir arvadı olduğunu söyləyən Qurban adlı şəxs azyaşlını evində işlədəcəyini söyləyib:
    “Pərvanə ucuz idi və atası çox kasıbdır. Pula ehtiyacı var. Evimdə çalışacaq, onu döyməyəcəm”.

  • В работе Instagram произошел сбой

    Пользователи социальной сети Instagram в ряде стран жалуются на сбои в работе сервиса.

    Об этом свидетельствуют данные сайта Downdetector, который отслеживает сбои и отключения популярных интернет-ресурсов.

    Так, большинство пользователей жалуются на работу приложения, отмечаются сбои при соединении с сервером и при работе сайта.

    Проблемы с работой платформы наблюдаются, в том числе, в России, США, Великобритании, Австралии, Франции и других.

  • İnstaqram istifadəçiləri sosial şəbəkənin işindən şikayətlənirlər

    Bir sıra ölkələrdə instaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin işindəki nasazlıqdan şikayətlənirlər.

    Bunu məşhur internet resurslarının nasazlıqları və əlaqənin kəsilməsini izləyən “Downdetector” saytının məlumatları göstərir.

    Belə ki, əksər istifadəçilər tətbiqdən şikayətlənir, serverə qoşularkən və saytın fəaliyyətindəki nasazlıqlar qeyd olunur.

    Sosial şəbəkənin işində problemlər, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, Avstraliya, Fransa və s. Ölkələrdə müşahidə edilir.

    Xatırladaq ki, instaqramda təkcə oktyabrda azı 5 dəfə nasazlıq müşahidə olunub. Ötən ay sosial şəbəkədə dəfələrlə problemlər qeydə alınıb.

  • Замминистра обороны Армении пообещал, что военнослужащие не останутся в палатках

    “Я не могу ответить на этот вопрос, потому что некомпетентен”, – в беседе с журналистами в Нацсобрании заявил замминистра обороны Армении Карен Брутян в ответ на вопрос о том, какова на сегодняшний день ситуация на границах страны.

    Как передает Median.Az со ссылкой на местные СМИ, в связи с утверждением, что много говорится о проблемах с инфраструктурами, что там палатки и так далее, замминистра сказал: “Ни один военнослужащий не останется в палатках, все будут обеспечены надлежащими условиями. Мы интенсивно работаем, чтобы проблем не было”.

    Он отметил также, что стремятся к эффективному управлению финансами в Министерстве обороны.

  • Ermənistanın müdafiə nazirinin müavini hərbçilərin çadırlarda qalmayacağını vəd verib

    Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyan parlamentdə jurnalistlərin ölkənin sərhədlərində baş verənlər barədə sualı cavablandırmaqdan imtina edib.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    O, bu suala cavab verə bilməyəcəyini, həmin məsələnin səlahiyyətindən kənar olduğunu qeyd edib.

    “Biz Müdafiə Nazirliyində maliyyə idarəçiliyinin effektiv olmasını təmin etməyə çalışırıq”, – nazir müavini bildirib.

    Karen Brutyan Müdafiə Nazirliyinin infrastrukturunda problemlərin həll ediləcəyini vəd verib: “Bir nəfər də olsun, hərbçi çadırlarda qalmayacaq, hər kəsə lazımi şərait yaradılacaq. Biz intensiv işləyirik”.

  • Назван объект, с которым столкнулась подлодка США в Южно-Китайском море

    Атомная подводная лодка ВМС США USS Connecticut столкнулась в Южно-Китайском море с не отмеченной на карте подводной горой.

    Об этом сообщает новостной портал института ВМС США (USNI).

    В публикации отмечается, что расследование инцидента, произошедшего 2 октября, закончилось на прошлой неделе. Вывод об этом будут рассмотрены командующий Седьмым флотом ВМС США вице-адмиралом Карлом Томасом. Ему предстоит определить, будут ли приняты дополнительные меры в связи со случившимся.

    “В ходе расследования было установлено, что подлодка ВМС США USS Connecticut столкнулась с не отмеченной на карте подводной горой в международных водах в Индо-Тихоокеанском регионе. Командующий Седьмого флота США определит целесообразность последующих действий, включая привлечение к ответственности”, – отметила официальный представитель Седьмого флота Хейли Симс.

    В начале октября американская атомная подводная лодка USS Connecticut столкнулась в Южно-Китайском море с неизвестным предметом, в результате чего пострадали 11 моряков.