Month: November 2021

  • 11 yaşlı uşağın dünyaya gətirdiyi körpə öldü

    Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 11 yaşlı ananın uşağı bu gün dünyasını dəyişib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsindən bildirilib.

    Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı – 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

    Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi.

  • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə tibbi yoxlamanın aparılması Qaydası”na dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Dəyişikliyə əsasən, yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim-məsləhət komissiyasının rəyinin surəti və s.) istintaq orqanı, prokuror, məhkəmə ilə yanaşı, Səhiyyə Nazirliyinə də veriləcək.

  • Bu şəxslərə əlavə maaş və mükafat ödənilir

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödəyib.

    Agentlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

    Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

    Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

    Qeyd olunub ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyul və avqust ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

    Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi noyabrın 1-dək uzadılıb.

  • Helikopterlərimiz erməni tanklarını belə məhv edib – Müharibənin heç yerdə görmədiyiniz KADRLARI

    Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin də böyük payı olub.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, helikopterlərimiz döyüş vaxtı böyük çətinliklərə rəğmən düşmənin texnikalarının sıradan çıxarmağı bacarıb.

    Müharibə vaxtı lentə alınan və heç yerdə yayımlanmayan görüntüləri sizlərə təqdim edirik:

  • Maşından küçəyə zibil atanlara XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və sərnişinlərə müraciət edərək ətraf-mühitə ziyan vurmamağa çağırış edib.

    İdarədən daxil olan məlumatda qeyd edilir ki, yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur: “Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.

    Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər”.

    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub: “Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq və xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla bərabər eyni zamanda mədəniyyətin göstəricisi kimi qiymətləndirilə bilər”.

  • Azərbaycanlı general düşmən hədəflərini darmadağın edən lazer bombalardan danışdı – VİDEO

    “Biz “Su-25″lə yeni bombalar tətbiq etdik. Xüsusən lazer yönümlü bombaları ki, bizə dəqiq zərbə endirməyə imkan verib”.

    General-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib.

    “Vətən Müharibəsindən qabaq deyirdilər ki, iki dəfə bomba eyni yerə düşə bilməz. Biz göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olar”, – deyə Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.

  • Ordumuzun bir il öncə işğaldan azad etdiyi ərazilər – SİYAHI

    Bu gün Müzəffər Azərbaycan Ordusunun bir sıra kəndləri işğaldan azad etməsindən bir il ötür.

    Ötən il bu vaxt yeddi kənd işğaldan azad edilib.

    Həmin əraziləri təqdim edirik:

    Cəbrayıl rayonu üzrə: Çapand və Qoşabulaq kəndləri;

    Zəngilan rayonu üzrə: Dərə Gilətağ, Böyük Gilətağ;

    Qubadlı rayonu üzrə: İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

  • Hikmət Mirzəyev ilk dəfə Şuşa döyüşlərindən danışdı – VİDEO

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

    Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

    Musavat.com xəbər verir ki, filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

    Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə yer alıb.

    “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”, – o duyğularını dilə gətirib.

  • Васиф Талыбов уволил генерала

    Заместитель министра внутренних дел Нахчыванской Автономной Республики (НАР) генерал-майор Сабухи Новрузов освобожден от занимаемой должности.

    Как сообщает manset.az, соответствующее распоряжение подписал председатель Верховного меджлиса НАР Васиф Талыбов.

    Другим приказом В.Талыбова С.Новрузов назначен заместителем председателя Государственного таможенного комитета Нахчыванской Автономной Республики.

  • Vasif Talıbov generalı işdən çıxardı

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzov vəzifəsindən azad olunub.

    Manset.az-ın məlumatına görə, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

    V.Talıbovun digər əmri ilə, S.Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.