Month: November 2021

  • Dünya çempionatı: Azərbaycan yığması iki medalı təmin etdi

    Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

    Bu gün Azərbaycanın iki təmsilçisi 1/4 final görüşünə çıxıb.

    Belə ki, əvvəlcə 86 kq çəki dərəcəsində çıxış edən Loren Alfonso Dominges rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.

    Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.

    Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.

    Ardınca isə +92 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev növbəti döyüşünə çıxıb.

    Hindistanlı Narender Berval ilə üz-üzə gələn Abdullayev qələbə qazanaraq yarımfinala yüksəlib və o da Loren Alfonso Dominges kimi ən az bürünc medalı təmin edib.

  • Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

    Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

    Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

    Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Акт об амнистии коснется 15 тысяч человек

    В случае принятия Акта об амнистии в Азербайджане, данный документ коснется около 15 тысяч человек.

    Об этом сказал председатель комитета Милли Меджлиса по правовой политике и государственному строительству Али Гусейнли в ходе заседания комитета в рамках обсуждения законопроекта “Об объявлении амнистии по случаю 8 Ноября – Дня победы”.

    Следует отметить, что законопроект внесен в парламент по представлению Президента Азербайджана Ильхама Алиева.

  • Amnistiya Aktı 15 min nəfəri əhatə edəcək

    Azərbaycanda Amnistiya Aktı qəbul edilsə, bu, 15 min nəfərə şamil ediləcək.

    Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında komitə sədri Əli Hüseynli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı bildirib.

    Qeyd edək ki, qərar layihəsi Prezident İlham Əliyevin təqdimatı ilə parlamentə daxil olub.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 47 133 человека.

    При этом 35 349 из них получили первую дозу препарата, 11 784 – вторую.

    Об этом второго ноября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 9 708 264 дозы вакцины от COVID-19.

    При этом 5 293 969 человек получили первую дозу препарата, 4 414 295 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47133 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11784 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 9708264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5293969, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4414295 təşkil edir.

  • В Азербайджане 31 человек скончался от коронавируса – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 178 новых случаев инфицирования коронавирусом, 2 010 человек вылечились и были выписаны домой.

    Об этом второго ноября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончался еще 31 пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 534 748 человек, 7 132 – скончались, 497 363 – вылечились, 30 253 – продолжают лечение.

    В республике проведенор 5 214 586 тестов на COVID-19 (за последние 24 часа – 11 889).

  • Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü – FOTO

    Son sutkada Azərbaycanda koronavirusa 2 178 yeni yoluxma faktı qeydə alınıb, 2 010 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.

  • Vilayət Eyvazov hava limanına polis rəisi təyin etdi- FOTO

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Samir Səfərov Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatının Füzuli Hava Limanının Xətt Polis Məntəqəsinə rəis vəzifəsinə təyin edilib.

    O, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində çalışıb.

  • Çingiz Abdullayev “Neftçi”nin darmadağını barədə: “Bayern” də 0:5 uduzmuşdu”

    “Bu gün “Neftçi” Azərbaycan çempionudur. Ötən mövsüm biz “Qarabağ”a öz meydanımızda 0:6 hesabı ilə uduzmuşduq. Amma komanda çempion oldu. Bu gün də inanırıq ki, komanda çempionatı uğurla başa vuracaq. Biz “Neftçi”ni sevirik, həmişə də onunla birgə olacağıq”.

    Bunu Oxu.Az-a “Neftçi” klubunun Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayev deyib.

    O, Azərbaycan Premyer Liqasının IX turunun oktyabrın 30-da “Azersun Arena”da baş tutmuş görüşündə “Neftçi”nin “Qarabağ”a 0:4 hesablı darmadağınına münasibət bildirib. Onun sözlərinə görə, bu hesab komandanın sonda çempion olmasına mane olmur:

    “0:4 hesabı ilə uduzmaq hələ heç nə demək deyil. “Bayern” də Almaniya Kubokunda Mönhenqladbax “Borusiya”sına 0:5 hesabı ilə uduzdu. İndi 0:4 uduzmaq da heç nəyi dəyişmir. Biz yenə də Azərbaycan çempionu sayılırıq”.

    Qeyd edək ki, “Qarabağ” ötən ilin noyabrın 8-də “Neftçi”yə səfərdə 6:0 hesabı ilə qalib gəlmişdi.