Month: November 2021

  • Abşeronda şəhidlərin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı oldu

    Abşeron rayonunda şəhid əsgər Məcidov Səbuhi Ağalətif oğlunun və şəhid əsgər Quliyev Teymur Zamin oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti, gənclər və KİV nümayəndələri iştirak edib.

    Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Məktəblilər vətənpərvərlik şeirləri səsləndirib.

    Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

    RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

    Allah şəhidlərimizə rəhmət eləsin.

  • Bakıda 6 aylıq körpəsini boğaraq öldürən ataya hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq körpəsini qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

    İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.

    ///
    Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq körpəsini qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

    İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.

  • Caliber: Иран готовит Армению к новой войне с Азербайджаном – ВИДЕО

    Дипломатию Персидской империи, которая в прошлом занимала обширные территории, некоторые исследователи называют “дипломатией золота”, то есть отношения с нужными государствами подкреплялись солидной финансовой, продовольственной, военной и иной помощью. Материальное поощрение использовалось персидскими правителями в качестве выражения благодарности за лояльность, понимание и для достижения целей во внешней политике, укрепления своей власти за пределами империи без проведения военных мероприятий.

    И хотя времена Персидской империи давно позади, тем не менее в своей внешней политике и дипломатии современный Иран зачастую продолжает использовать “дипломатию золота”.

    Сегодня ряд организаций и движений, которые во всем мире считаются террористическими, тайно или явно спонсируются Тегераном. В качестве благодарности они либо следуют в фарватере внешней политики Ирана, либо выполняют те или иные не всегда деликатные поручения клерикального режима.

    Но Иран оказался благодетелем и спонсором не только террористических организаций, но и некоторых государств, интересы которых четко совпадают с иранскими. И Армения – одно из них.

    Подробнее – в очередном выпуске аналитического YouTube-проекта Caliber.

  • “Caliber”: “İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır” – VİDEO

    İran imperiyası çoxdan süqut etsə də, bu ölkə özünün xarici siyasətində keçmişdə istifadə etdiyi “qızıl diplomatiya”sını yürütməkdə davam edir.

    “Caliber” hərbi-analitik layihəsinin yeni videosüjeti İran imperiyasının tarixdə həyata keçirdiyi hərbi və diplomatik ekspansiyasına və hazırkı klerikal hökumətin siyasətinə həsr edilib.

    Növbəti video təhlildə qeyd olunur ki, İran rejiminin Cənubi Qafqaz və Azərbaycana münasibətdə mövqeyi İrəvanın maraqları ilə kəsişir.

    Xüsusən Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra regionda yaranan yeni geosiyasi situasiya Tehran və İrəvanı razı salmadığından bu tandem situasiyanı öz xeyrinə dəyişmək xətti yürüdür.

    “Caliber”ə məlumatlı mənbədən daxil olan informasiyaya əsasən, son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişləndirilir, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsi ilə bərpa etməyə çalışır.

    Məhz bu səbəblərdən irəli gələrək İranın hərbi və siyasi dairələrinin İrəvana səfərlərində intensivlik müşahidə edilir.

    Daha ətraflı “Caliber”in süjetində:

  • Ожидается принятие Милли Меджлисом Акта об амнистии

    В Милли Меджлисе Азербайджана ожидается принятие Акта об амнистии в связи с 8 ноября – Днем Победы.

    Соответствующий проект документа за подписью Президента Ильхама Алиева уже поступил в парламент.

  • Azərbaycanda Amnistiya aktı qəbul olunacaq

    Milli Məclisdə 8 Noyabr – Zəfər Günü ilə bağlı Amnistiya aktı qəbul olunacaq.

    Bununla bağlı sənəd layihəsi Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olub.

  • Yeni virusun daha ağır olması ilə bağlı heç bir sübut yoxdur

    Koronavirusun “Delta” ştammının alt növü olan “AY.4.2”nin xəstəliyin daha ağır gedişatına səbəb olması barədə heç bir sübut yoxdur.

    Bu barədə Rusiya “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin bildirib.

    “Yeni virusun xəstəliyin daha ağır gedişinə, onun anticismlərin fəaliyyətinə davamlı olmasına dair heç bir sübut yoxdur”, – deyə epidemioloq qeyd edib.

    Akimkinin sözlərinə görə, bunu Böyük Britaniyanın səhiyyə orqanlarının ilkin təhlilinin nəticələrinə dair nəşri də sübut edir.

    “Onlar müəyyən edilmiş yeni gen variantı ilə “Delta” gen variantının bazası arasında xəstəxanaya yerləşdirmədə və ya ölüm riskində fərqin qəti sübutunu göstərmir”, – deyə o qeyd edib.

    “AY.4.2” variantı Böyük Britaniyada aşkar edilib. Britaniyalı alimlərin fikrincə, o, “Delta” ştammının 45 alt növündən biridir. London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.

  • На Азербайджанский инвестиционный холдинг возложены новые обязанности – УКАЗ

    Внесено изменение в “Устав Азербайджанского инвестиционного холдинга”.

    Соответствующий указ 2 ноября подписал Президент АР Ильхам Алиев.

    Согласно документу, на Азербайджанский инвестиционный холдинг (АИХ) возложены новые обязанности.

    Согласно поправке, в обязанности АИХ будет входить утверждение стандартов корпоративного управления государственными предприятиями.

  • Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırıldı – FƏRMAN

    “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”də dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmanla Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb.

    Dəyişikliyə əsasən, dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri sırasına daxil edilib.

  • Ötən ay xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb

    Oktyabr ayı üçün xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən “Report”a verilən məlumata görə, ötən ay üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

    Qeyd olunub ki, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 95, Rusiya Federasiyasından 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslar isə, iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

    Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.