
Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayıb.
Belə ki, impiçmenti minimal tələb olunan 100 deputat əvəzinə, sadəcə, 86 deputat dəstəkləyib.
Bu səbəbdən də Salome Zurabişvili öz postunu saxlayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayıb.
Belə ki, impiçmenti minimal tələb olunan 100 deputat əvəzinə, sadəcə, 86 deputat dəstəkləyib.
Bu səbəbdən də Salome Zurabişvili öz postunu saxlayıb.

Sabah saat 12:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılacaq.
Median.Az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günədək ümumilikdə 623 reys həyata keçirilib, 25 545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası ictimai-siyasi, iqtisadi və sosial sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edib.
Müxtəlif istiqamətlər üzrə yaranmış qarşılıqlı faydalı Azərbaycan-Türkmənistan əməkdaşlığının yüksək səviyyəsini qeyd etmək istərdim. Tam əminəm ki, bizim münasibətlərimiz iki ölkənin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm”.

В польской Познани мужчина с ножом напал на группу дошкольников.
Отмечается, что дети находились на прогулке.
К ним подошел неизвестный с ножом, он угрожал дошкольникам, после чего ранил пятилетнего мальчика и сбежал с места нападения.
Пострадавший находится в тяжелом состоянии.
Полиция разыскивает нападавшего.
Источник: радиостанция RMF

Polşanın Poznan şəhərində bıçaqlı şəxs məktəbəqədər yaşlı uşaqlara hücum edib.
Gəzintiyə çıxan uşaqlara naməlum şəxs bıçaqla yaxınlaşıb. O, məktəbəqədər yaşda olan uşaqları hədələyib. Bundan sonra beş yaşlı uşağı yaralayıb və hücum yerindən qaçıb.
Məlumata görə, zərərçəkənin vəziyyəti ağırdır.
Qeyd edək ki, polis hücum edən şəxsi axtarır.
Mənbə: RMF radiostansiyası

“Birləşmiş Ştatlar İsrailin müdafiəsi üçün lazım olan bütün yardımların davam etməsini təmin edəcək”.
Bu barədə ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.
“İsrail hücumlara cavaba davam etmək məcburiyyətində qaldığına görə, düşünürəm ki, sizin özünüzü müdafiə etmək üçün lazım gələn hər şeyə sahib olduğunuzdan əmin olmalıyıq”, – deyə Ağ Ev rəhbəri bildirib.
ABŞ lideri əlavə edib ki, o, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Vaşinqtonun İsrailə dəstəyini dünyaya nümayiş etdirmək üçün Təl-Əvivə gəlib.
İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri Vaşinqtonun göstərdiyi qeyd-şərtsiz dəstəyə görə ABŞ-yə minnətdar olduğunu bildirib.
“Mən sizin dəstəyinizi hər gün görürəm, bu müharibənin əvvəlindən bəri mövcud olan əməkdaşlığın miqyası ölkələrimiz arasındakı gözəl müttəfiqlik tarixində həqiqətən görünməmiş bir səviyyəyə çatıb”, – deyə Netanyahu bildirib.
Baş nazir bu dəstəyi İsrailin özünü müdafiə etməsi uçun ABŞ-nin Təl-Əvivi lazım olan vasitələrlə qeyd şərtsiz təchiz etmək öhdəliyində, o cümlədən düşmənlərə göndərilən açıq mesajda və bu sözləri hərəkətlə dəstəkləmək üçün bölgəyə göndərilən iki aviadaşıyıcı döyüş qrupunda gördüklərini vurğulayıb.
Netanyahu Baydenə müraciətində HƏMAS-ın İŞİD-dən daha pis olduğunu bildirib və radikal qrupun hərəkətlərini nasistlərin cinayətləri ilə müqayisə edib.
“Sivil dünya nasistləri, İŞİD-i məğlub etmək üçün birləşdiyi kimi, HƏMAS-ı məğlub etmək üçün də birləşməlidir. Sizi əmin edə bilərəm ki, İsrail HƏMAS-ı məğlub etmək üçün həmrəy olub. Biz HƏMAS-ı məğlub edəcəyik, bu dəhşətli təhlükəni həyatımızdan siləcəyik”, – deyə Netanyahu bildirib.
Mənbə: TASS

Tibb müəssisəsində əmək hüququnun pozulması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı “Berlin Ailə və Uşaq Klinikası” MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.
Fakt üzrə Yasamal Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Министерство иностранных дел (МИД) Турции поделилось в своем аккаунте в соцсети Х публикацией по случаю Дня восстановления государственной независимости Азербайджанской Республики, который отмечается 18 октября.
“Поздравляем Азербайджан с 32-й годовщиной восстановления независимости”, – говорится в посте.
Bağımsızlığının yeniden tesisinin 32. yıl dönümü vesilesiyle #CanAzerbaycan’ı kutluyoruz!#TekMilletİkiDevlet

Türkiyə Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə qurumun “X” səhifəsində paylaşım edilib.
“Müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə Can Azərbaycanı təbrik edirik”, – deyə paylaşımda bildirilib.
Bağımsızlığının yeniden tesisinin 32. yıl dönümü vesilesiyle #CanAzerbaycan’ı kutluyoruz!#TekMilletİkiDevlet
Özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevə hökm oxunub.
Median.Az report-a istinadən xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən A.Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ötən prosesdə prokuror A.Babayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
O, zərərçəkmişlərə 2 milyon 500 min manat miqdarında ümumilikdə ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə A.Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.
Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına A.Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, A.Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.