Month: October 2023

  • Bakıda daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik edilib – VİDEO

    Sıxlığın aradan qaldırılması məqsədilə daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Nəsimi rayonu, Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində aparılan növbəti monitorinq zamanı Səməd Vurğun küçəsindən sola dönən zaman yolda sıxlığın yaranması müşahidə edilib. Problemi aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün yorayrıcındakı işıqforun iş rejiminə dəyişiklik edilərək Məhəmməd Füzuli küçəsi istiqamətində yaşıl işığın müddəti artırılıb. Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb.

  • Мария Захарова: Разблокирование коммуникаций – ключевой элемент армяно-азербайджанской нормализации

    Разблокирование транспортных коммуникаций на Южном Кавказе – ключевой элемент армяно-азербайджанской нормализации.

    Об этом сказала Trend официальный представитель Министерства иностранных дел Российской Федерации Мария Захарова.

    “Разблокирование транспортных коммуникаций на Южном Кавказе – ключевой элемент армяно-азербайджанской нормализации, выстраиваемой на базе комплекса трехсторонних договоренностей на высшем уровне 2020-2022 годов. Данным вопросом поручено заниматься Трехсторонней рабочей группе (ТРГ) под сопредседательством вице-премьеров России, Азербайджана и Армении. На сегодняшний день проведено 12 заседаний ТРГ (последнее – 2 июня), в деталях рассмотрен пакет перспективных железнодорожных и автомобильных маршрутов”, – сказала Захарова, отвечая на вопрос о преимуществах проекта Зангезусркого коридора.

    Она упомянула, что по итогам 12-го заседания ТРГ констатирован прогресс в согласовании модальностей разблокирования транспортных коммуникаций между Азербайджаном и Арменией.

    “Достигнуто общее понимание относительно реализации конкретных шагов по восстановлению и организации железнодорожного сообщения по маршруту Араздейен – Джульфа – Мегри – Горадиз. В работе исходим из необходимости соблюдения принципов взаимности, уважения суверенитета и юрисдикции обеих стран”, – добавила Мария Захарова.

    Она также подчеркнула, что успех на треке разблокирования коммуникаций даст дополнительный импульс другим направлениям трехсторонней работы. Это касается, в том числе разработки мирного договора между Азербайджаном и Арменией, делимитации армяно-азербайджанской границы и запуску диалога общественников и парламентариев.

  • Zaxarova: “Zəngəzur dəhlizində dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub”

    Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsas elementidir.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    “Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupuna həvalə edilib. Bu günə kimi Üçtərəfli İşçi Qrupunun 12 iclası keçirilib. Dəmir yolu və avtomobil marşrutlarının perspektivi detallı nəzərdən keçirilib”, – deyə rusiyalı diplomat vurğulayıb.

    M.Zaxarova qeyd edib ki, Üçtərəfli İşçi Qrupunun 12-ci iclasının yekunlarına əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üsullarının razılaşdırılmasında irəliləyiş qeydə alınıb.

    “Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üçün konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Biz öz işimizdə hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayət etmək zərurətindən çıxış edirik”, – deyə Mariya Zaxarova əlavə edib.

    O, həmçinin vurğulayıb ki, kommunikasiyaların blokdan çıxarılması istiqamətində əldə olunan uğurlar Üçtərəfli İşçi Qrupunun işində əldə olunan uğurlar digər sahələrdəki fəaliyyətlərə də əlavə təkan verəcək.

    “Bu, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və ictimai fəallarla parlamentarilər arasında dialoqun başlanmasına da aiddir”, – deyə M.Zaxarova fikrini tamamlayıb.

    Mənbə: Trend

  • Bakıda müəssisədə üzərinə isti su tökülən iki nəfər ölüb

    Zabratda iki şəxsin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Комитет ООН потребовал от Армении исполнения требований Общины Западного Азербайджана

    Комитет ООН по экономическим, социальным и культурным правам потребовал от Армении выполнить требования, выдвинутые Общиной Западного Азербайджана.

    Информацию об этом распространила община.

    В заявлении отмечается: “Как мы уже сообщали, Община Западного Азербайджана представила в Комитет ООН по экономическим, социальным и культурным правам подробный параллельный доклад в связи с четвертым периодическим докладом о выполнении Республикой Армения Международного пакта об экономических, социальных и культурных правах. Кроме того, в заседании комитета принял участие представитель общины Кямал Джафаров.

    В упомянутом параллельном отчете община проинформировала о нарушении Арменией пакта и других международных конвенций по правам человека, изгнав проживавших там азербайджанцев, и призвала комитет принять срочные меры по устранению нарушений прав человека.

    На днях комитет опубликовал заключительные замечания и рекомендации, касающиеся реализации Арменией указанного пакта. Многие комментарии, высказанные общиной, в частности, вопросы, поднятые в связи с дискриминацией со стороны Армении, нарушением ею прав национальных меньшинств, а также культурных прав, невыполнением обязательств по сохранению культурного наследия Азербайджана и пренебрежением обязательствами в отношении прав беженцев, нашли отражение в итоговом документе комитета.

    Комитет призвал Армению зарегистрировать культурные и религиозные памятники, которые принадлежат национальным меньшинствам и которым в настоящее время грозит исчезновение, принять меры по их защите, выделив необходимые финансовых ресурсов, а также другие соответствующие меры.

    Комитет также заявил, что законодательство и практика Армении нарушают права национальных меньшинств и беженцев, и потребовал от Армении принять необходимые меры для исправления ситуации в этой сфере.

    Отражение в документе комитета вопросов, поднятых Общиной Западного Азербайджана, является важным шагом на пути восстановления защищенных международными конвенциями прав азербайджанцев, изгнанных из Армении. Община продолжит предпринимать усилия в этом направлении”.

  • BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib

    Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib.

    Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

    Qeyd edilib ki, icmanın nümayəndəsi Kamal Cəfərov komitənin iclasında iştirak edib.

    “İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat vermiş və komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

    Bu günlərdə komitə Ermənistanın sözügedən paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib. İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər komitənin yekun sənədində öz əksini tapıb.

    Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırmışdır.

    Komitə, həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirib və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib.

    Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək”, – deyə məlumatda vurğulanıb.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 1,03 доллара (0,27%) и составила 94,28 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,08% azalaraq 94,28 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • BMT: Qəzzanı bir milyon adam tərk edib

    Hazırda davam edən İsrail-Fələstin münaqişəsi nəticəsində Qəzza zolağında evlərini tərk edən sakinlərin sayı 1 milyona çatıb.

    Bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi bildirib.

    Ofisdən, həmçinin bildirilib ki, hazırda Qəzzada ikihəftəlik ərzaq ehtiyatı, mağazalarda isə cəmi 4-5 günlük ərzaq məhsulları qalıb.

    Mənbə: TASS

  • Община Западного Азербайджана осудила антиазербайджанское заявление Австралии

    Община Западного Азербайджана осудила вчерашнее антиазербайджанское заявление правительства Австралии.

    Об этом говорится в заявлении Общины.

    В заявлении отмечается, что Австралия, истреблявшая аборигенов, не признавшая их права по сей день, в свое время проголосовавшая против декларации ООН о правах коренных народов, и участвовавшая во вторжении в Ирак, – одна из последних стран, которая может давать советы Азербайджану.