Month: October 2023

  • Qərbi Azərbaycan İcması Avstraliyanın anti-Azərbaycan açıqlamasını pisləyib

    Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin 2023-cü il oktyabrın 17-də verdiyi anti-Azərbaycan açıqlamasını rədd edir.

    Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

    Qeyd olunub ki, aborigen xalqları məhv etmiş, bu günə qədər də onların hüquqlarını tanımayan, vaxtilə BMT-nin Yerli xalqların hüquqları üzrə bəyannaməsinin əleyhinə səs vermiş nadir dövlətlərdən biri olan, saxta ittihamlarla İraqın işğalında iştirak etmiş Avstraliya Azərbaycana “öyüd-nəsihət” verəcək axırıncı ölkələrdən biri ola bilər.

    “Bu günlərdə aborigen xalqların konstitusion hüquqlarının tanınmasının əleyhinə səs vermiş bir ölkənin Azərbaycandan “gözləntilər”i, BMT-nin İnsan Hüquqları Şurasında özü düşüncəsində olan ölkələrə qoşularaq Azərbaycana qarşı çıxış etməsi riyakarlıqdan başqa bir şey deyil. Avstraliya belə zərərli bəyanatlar vermək əvəzinə, aborigenlerlə barışıq istiqamətində real addımlar atmalıdır. Avstraliya ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşmağa və səlibçi mentalitetinə son qoymalıdır”, – deyə məlumatda bildirilib.

  • МИД поделился публикацией по случаю Дня восстановления независимости Азербайджана – ФОТО

    Министерство иностранных дел (МИД) Азербайджана поделилось публикацией в своем аккаунте в Х по случаю Дня восстановления государственной независимости республики.

    “По случаю 32-й годовщины восстановления нашей независимости сердечно поздравляем всех наших соотечественников, желаем нашей свободной, независимой, сильной и победоносной Родине – Азербайджану – новых побед”, – говорится в посте.

  • XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım – FOTO

    Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibəti ilə paylaşım edib.

    Paylaşımda qeyd olunur:

    “Müstəqilliyimizin bərpasının 32-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, azad, müstəqil, güclü, müzəffər Vətənimiz Azərbaycanımıza bundan sonra da hər zaman yeni-yeni zəfərlər arzu edirik”, – deyə paylaşımda qeyd olunub.

  • В Бакинском метрополитене произошла задержка из-за неисправности в поезде

    Сегодня на станции метро “Шах Исмайыл Хатаи” были повреждены двери поезда.

    Утверждается, что один из пассажиров держал дверь рукой, из-за чего возникла проблема и поезд уехал со станции позже, произошла задержка в расписании.

    В ответ на запрос oхu.az глава пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов подтвердил, что утром в поезде, курсирующем на участке “Шах Исмайыл Хатаи” – “Джафар Джаббарлы”, произошла неисправность двери вагона.

    “Поэтому машинист и машинист-инструктор осмотрели вагон. В качестве меры предосторожности поезд был немедленно снят с линии. Другой поезд, который находился наготове, был передан линии. В расписании поездов произошла задержка на одну минуту. В настоящее время поезда ходят по обычному графику”, – сказал он.

  • Bakı metrosunda qatarda nasazlıq yarandı, gecikmə oldu

    Bakı metropoliteninin “Şah İsmayıl Xətai” stansiyasında qatarın qapıları xarab olub.

    Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Sərnişinlərdən birinin qapını əli ilə saxladığı və bu səbəbdən qapılarda problem yarandığı iddia edilir. Bu səbəbdən qatar stansiyadan gec çıxıb və qrafikdə gecikmə yaranıb.

    Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarında metronun “Şah İsmayıl Xətai” – “Cəfər Cabbarlı” mənzilində qatarın bir vaqonunun qapısında nasazlıq ehtimalı olub:

    “Bu səbəbdən maşinist və təlimatçı maşinist vaqona baxış keçiriblər. Ehtiyat tədbiri kimi qatar dərhal xətdən çıxarılıb. Müntəzəm olaraq hazır saxlanılan digər qatar xəttə verilib. Ümumi olaraq qatarların qrafikində bir dəqiqə gecikmə olub. Fasilə az olduğundan növbəti reysdə bu fərq də aradan qaldırılıb. Hazırda qatarlar normal qrafiklə hərəkət edir”.

  • Paytaxtda gənc oğlan bıçaqlanıb

    Bakının Suraxanı rayonunda dava düşüb, bir nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində baş verib.

    1992-ci il təvəllüdlü Əhməd Novruz oğlu Kəlbiyev tanışı ilə mübahisə edib. Mübahisə davaya çevrilib. Dava zamanı o, döş qəfəsindən bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Faktı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları araşdırırlar.

  • В Шахдаге выпал мокрый снег, порывы ветра ослабли – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 09:00 18 октября, на территории Азербайджана наблюдалась нестабильная погода, временами шли дожди, грозы, в Шахдаге – мокрый снег. Днем 17 октября местами дул сильный северо-западный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов республики.

    Количество выпавших осадков в Шеки, Гахе, Астаре составило 8 мм, Ярдымлы – 6 мм, Лерике, Огузе, Шахдаге, Ордубаде, Гедабее, Садараке, Мингячевире, Габале, Лянкяране, Нахчыване, Шаруре, Шахбузе, Нафталане, Гобустане, Билясуваре, Сабирабаде, Джафархане, Исмайыллы, Евлахе, Балакене, Загатале, Гейчае, Тертере – до 4 мм, в Баку и на Абшеронском полуострове – до 1 мм.

    В Губе (Грызе), Гахе, Гейгеле, Дашкесане, Шахдаге, Лерике наблюдался туман.

    Сильный северо-западный ветер, наблюдавшийся 17 октября, с утра 18-го ослаб до 8-13 м/с.

  • Şahdağa sulu qar yağıb, külək zəifləyib – FAKTİKİ HAVA

    Oktyabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda sulu qar yağıb. 17-si gün ərzində bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, düşən yağıntının miqdarı Şəki, Qax, Astarada 8 mm, Yardımlıda 6 mm, Lerik, Oğuz, Şahdağ, Ordubad, Gədəbəy, Sədərək, Mingəçevir, Qəbələ, Lənkəran, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Qobustan, Biləsuvar, Sabirabad, Cəfərxan, İsmayıllı, Yevlax, Balakən, Zaqatala, Göyçay, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

    Quba (Qrız), Qax, Göygöl, Daşkəsən, Şahdağ, Lerikdə duman müşahidə olunub.

    Oktyabrın 17-də müşahidə olunan güclü şimal-qərb küləyi 18-i səhər saatlarından 8-13 m/s-dək zəifləyib.

  • Задержан гражданин Ирана, который пытался ввезти в Азербайджан большое количество наркотиков – ВИДЕО

    Задержан гражданин Ирана, который пытался ввезти в Азербайджан большое количество наркотиков и психотропных веществ.

    Об этом сообщили в лянкяранской региональной группе пресс-службы МВД.

    Было отмечено, что в результате операции, проведенной сотрудниками Билясуварского РОП, на участке автодороги Алят – Астара, проходящем по территории села Хырмандалы, был задержан гражданин Ирана Лави Сефидгари Мохаммад, организовавший незаконный оборот наркотических средств на территории страны.

    При осмотре его автомобиля было обнаружено и изъято 4 кг наркотического средства опиум и 1 кг психотропного вещества метамфетамин.

    В результате другой операции, проведенной сотрудниками отдела на территории Билясуварского района, был задержан житель города Гянджа Исмайыл Гулиев, организовавший незаконный оборот наркотических средств. Всего у него было обнаружено 6 кг запрещенных веществ (4 кг героина и около 2 кг метамфетамина).

    За последний месяц сотрудниками Билясуварского РОП были задержаны и привлечены к следствию 17 человек, подозреваемых в незаконном обороте наркотиков.

    В ходе операций, проведенных на территории района с начала текущего года, из незаконного оборота изъято в общей сложности 105 кг наркотических средств и психотропных веществ.

  • Bakıya külli miqdarda narkotik gətirmək istəyən İran vətəndaşı saxlanılıb – VİDEO

    Bakı şəhərinə külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən İran vətəndaşı saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən İran vətəndaşı Lavi Sefidgari Mohammad Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 4 kiloqram narkotik vasitə tiryək və 1 kiloqram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığını alıb.

    Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdikləri digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər Gəncə şəhər sakini İsmayıl Quliyev saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram, o cümlədə 4 kiloqram heroin və 2 kiloqrama yaxın metamfetamin aşkarlanıb.

    Biləsuvar RPŞ əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Rayon ərazisində cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 105 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində ayrı-ayrı rayon sakinindən 21 ədəd müvafiq sənədləri olmayan odlu silah aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.