Month: October 2023

  • Livanla sərhəddə yerləşən İsrail şəhəri atəşə məruz qalıb

    İsrailin şimalında Livanla sərhəddə yerləşən Metula şəhəri atəşə məruz qalıb.

    Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, öz növbəsində İsrail ordusu cavab tədbirlərinə əl atıb.

    Ehtimal edilir ki, Livanla sərhəddə yerləşən Metula şəhəri “Hizbillah” qruplaşması tərəfindən atəşə tutulub.

    Mənbə: “Israel Defense Forces” “Telegram” kanalı

  • ВОЗ внесла Азербайджан в список стран, где ликвидированы корь и краснуха

    В результате проводимых с 2014 года в Азербайджане профилактических мер против инфекционных заболеваний не зарегистрированы локальные случаи заражения корью и краснухой. В результате, Всемирная организация здравоохранения внесла нашу страну в список стран, где эти инфекции ликвидированы.

    Как сообщили в пресс-службе Министерства здравоохранения, с начала 2023 года распространение заболевания корью наблюдается в Европейском регионе, а также в соседних странах – Турции, Российской Федерации, Иране, Казахстане и Грузии. В связи с этим, за прошедший год в Азербайджане наблюдались редкие случаи заражения корью, от людей прибывших из других стран, преимущественно среди непривитых детей.

    Известно, что профилактика любого инфекционного заболевания более эффективна, чем заражение и дальнейшее лечение от него. По этой причине, согласно действующему в стране “Календарю профилактических прививок” детей прививают от ряда инфекционных заболеваний, в том числе и от кори.

    “В целях охраны здоровья детей и предотвращения случаев заражения корью не привитых по каким-либо причинам детей рекомендуется вакцинировать, вакциной КПК против кори, эпидемического паротита и краснухи. Вакцинирование проводится в детских поликлиниках по месту жительства”, – сообщили в пресс-службе Минздрава.

  • Nazirlik: “Son doqquz ildə ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib”

    Azərbaycan Respublikasında yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib.

    Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

    Nəticə olaraq, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib.

    2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur.

    Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib.

    Məlumdur ki, istənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir. Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.

    Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur.

  • Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevi təbrik edib

    Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Möhtərəm Prezident,

    Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözləri öz həqiqi təsdiqini tapıb. Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşub, dünya birliyində öz layiqli yerinə ucalıb.

    Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri Sizin gərgin zəhmətinin və titanik əməyinizin bəhrəsi olub. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə və nəhayət qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarıb.

    Son illərə qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilib və ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırıb. Bunun nəticəsində yüzminlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşıb.

    Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilib və Azərbaycanın ay-ulduzlu bayrağı zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılıb.

    Möhtərəm Prezident, Siz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamısınız. Siz ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz və insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.

    Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüzminlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaq. Sizin müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğunuz prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyiniz görüş məsələnin önəmindən xəbər verir.

    Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir və bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.

    Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir. Biz gələcəyə Prezident, qalib sərkərdə və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur və fəxarət duyuruq.

    Dərin hörmətlə

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov

    Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov

    Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov

    Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov

    Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

    Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov

    Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov

    Qəyyumlar Şurasının sədri Mürvət Həsənli”.

  • На одной из трасс Баку снижен скоростной предел

    На трассе Зыхская кольцевая развязка – аэропорт в Баку скоростной предел снижен на 20 км/ч до 90 км/ч.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ).

    Отмечено, что причиной подобной меры является наблюдаемая в настоящее время в столице ветреная погода.

    На аэропортовском шоссе на информационных табло установлен знак “Сильный ветер”. Водителей просят соблюдать установленный скоростной режим.

  • Bakıda bir yolda sürət həddi endirilib

    Bakının Zığ dairəsi-Hava limanı yolunda sürət həddi 20 km/saat azaldılaraq 90 km/saata endirilib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, sürət həddinin endirilməyinə səbəb hazırda Bakıda müşahidə edilən küləkli hava şəraitidir.

    Aeroport şosesində isə məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Стали известны имена других исполнителей геноцида в Мешели

    Стали известны имена других членов незаконных армянских вооруженных формирований, которые наряду с Вагифом Хачатряном обвиняются в совершении массовой резни азербайджанцев в Мешели Ходжалинского района в декабре 1991 года.

    Как сообщает Report, имена обвиняемых были обнародованы в ходе очередного заседания суда по делу Вагифа Хачатуряна, которое рассматривается в административном здании Ясамальского районного суда под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Это жители села Бадара Ходжалинского района – Эмест Бахшиевич Саркисян, Армаис Бахшиевич Саркисян, Беник Астанович Гаспарян, Хорен Меликович Абрамян, Армен Саркисович Аванесян, Вова Армаисович Саркисян, Гарий Николаевич Хачатурян, Николай Бегларович Хачатурян, Армен Гарагенович Абрамян, Эдуард Арменович Абрамян, Зина Арменович Абрамян, Вахид Арменович Абрамян, Карен Ашотович Оганян, Наорик Ашотович Оганян, Гурген Беникович Гаспарян, Валерий Бенкович Гаспарян, Альберт Меликович Давидян, Самвел Рафикович Саакян, Асатур Бахшиевич Осипян, Карлен Бахшиевич Хачатрян, Эдуард Бегларович Исраэлян, Артур Вартанович Авакян и Сурик Армаисович Саркисян, а также Верди Аллахвердиян, Вилен Вердиян, Гриша Магишович, Славик Ардемович, Гавруша Задурович, Рубен и Андроник.

    Согласно обвинению, вышеперечисленные лица принимали участие в деятельности незаконного вооруженного формирования, в состав которого входили также армяне-националисты, прибывшие в Карабахский регион Азербайджана из Республики Армения.

    Отметим, что жертвами массовой резни азербайджанцев в селе Мешели Ходжалинского района 22 декабря 1991 года стали 27 азербайджанцев, 21 человек получил ранение различной степени тяжести, двое жителей села были взяты в заложники, а 340 человек изгнаны из своих домов. В целом, жителям села был нанесен ущерб на сумму 13 568 060 манатов, государству – на 130 800 манатов.

  • Meşəlidə azərbaycanlılara qarşı terror aktı törədən ermənilərin adları – SİYAHI

    Hazırda məhkəməsi keçirilən Vaqif Xaçaturyanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14 nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adları məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər – Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Žina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikovic Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglaroviç, Avakyan Artur Vartanoviç və Sarkisyan Surik Armaisoviçlə, habelə Verdi Allahverdiyan, Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç. Qavruşa Zaduroviç, Ruben və Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər.

    Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli ləyaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döyməyə, nalayiq sözlərlə təhqir etməyə, öldürməklə hədələməyə, əmlaklarını məhv etməyə və onların fiziki məhvinə yönəlmiş digər addımlar atmağa başlayıblar.

  • HƏMAS dəyişdirə biləcəyi girovlar barədə açıqlama verdi

    HƏMAS dəyişdirə biləcəyi girovlarla bağlı açıqlama verib.

    Bu açıqlama ilə hərəkatın nümayəndəsi Xalid Məşəl çıxış edib.

    Onun sözlərinə görə, HƏMAS girovları İsrail həbsxanalarında olan altı min fələstinli ilə dəyişə bilər.

    Qeyd edək ki, daha əvvəl HƏMAS 200-250 nəfəri girov götürdüyünü bildirmişdi.

    Mənbə: “Politika stranı” “Telegram”

  • Хачатрян узнал еще одну свою жертву – ВИДЕО

    В административном здании Ясамальского районного суда проходит очередное судебное заседание по уголовному делу Вагифа Хачатряна, обвиняемого в совершении геноцида в составе незаконных армянских вооруженных формирований 22 декабря 1991 года в селе Мешели Ходжалинского района.

    Перед началом заседания один из пострадавших Ибрагим Нурмамедов подошел к обвиняемому.

    Между ними состоялся небольшой диалог, и подсудимый заявил, что узнает человека, которого подверг пыткам 31 год назад.

    Напомним, что на подготовительном заседании Вагиф Хачатрян также столкнулся с мужчиной, которого он пытал во время первой Карабахской войны.