Month: October 2023

  • AzTU-nun tələbəsi vəfat edib

    Azərbaycan Texniki Universitetinin (AzTU) I kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev vəfat edib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə o, universitetə gedərkən baş verib. İlkin ehtimala görə, B.Paşayev ürəktutmasından vəfat edib.

    O, bu gün Biləsuvar rayonunun Çinarlı kəndində dəfn olunub.

  • Ət bazarında yeni fırıldaq – VİDEO

    Bəzi qəssablar alıcıya dana əti əvəzinə camış əti təklif edirlər.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, 10 manatlıq camış ətini alıb, 50 faiz baha, 15 manata dana əti adıyla vətəndaşlara satılır! Belə faktların olduğunu qəssablar da təsdiqlədilər.

    25 ildir ki, bu işlə məşğul olan qəssab deyir ki, camış əti gec bişir, qaynadanda da kəfi çox olur.

    Alıcılar isə bildirdi ki, camış ətiylə dana ətini ayırd eləmək bir o qədər də asan deyil.

    Qəssab Kamal İbrahimov isə bildirdi ki, dana əti alanda aldanmamaqdan ötrü gərək həmişə tanıdığın qəssaba müraciət edəsən.

    Ancaq qəssablar onu da bildirdilər ki, adətən camış ətində xəstəliklər olmur.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Hakerlər bu oyunlara viruslar yükləyiblər

    Valve şirkəti özünün Steam platformasında uzun zamandır ki, iki faktorlu autentifikasiya sistemindən istifadə edir.

    Daha əvvəllər istifadəçilər tez-tez bir-birilərinin hesablarını oğurlayırdılar. İndi isə məlum olub ki, kimlikləri bilinməyən hackerlər bir sıra oyun tərtibatçısının Steam hesablarını hack edərək onların oyunlarına viruslar yükləyiblər. Valve bildirib ki, virusa yoluxmuş oyunlar yüzlərlə istifadəçinin Steam kitabxanasında mövcuddur.
    Həmin oyunlara sahib istifadəçilər artıq elektron poçt vasitəsilə bu barədə məlumatlandırılıblar. Sözügedən kiberhücumun miqyası böyük olmayıb və Valve tez bir zamanda hadisəyə reaksiya verib. Buna baxmayaraq şirkət öz platformasına bəzi dəyişiklikləri əlavə edib. Belə ki, şirkət oyun tərtibatçılarının Steam-dəki autentifikasiya proseslərini dəyişib. Bundan sonra oyun tərtibatçısı Steam hesabına mobil telefon və SMS üzərindən login təsdiqi vasitəsilə daxil ola biləcək.

  • Bakı həbsxanasında daha bir ölüm

    Bakıda həbsxanada daha bir məhkum ölüb.

    Hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb.

    Orada saxlanılan məhkum İntizam İsgəndər oğlu Məmmədov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • Bu insanlar qoz ləpəsi yeməməlidir – SƏBƏB

    Bəzi zamanlarda qoz ləpəsi yemək mədə ağrısı və ya ishal kimi bəzi gözlənilməz əlamətlərə səbəb ola bilər.

    Median.Az xarici mediaya istinadla xəbər verir ki, fındıq zülal, vitamin və minerallarla zəngin qidalı və sağlam qidadır. Ancaq onların istehlakı müəyyən kateqoriyalı insanlar üçün zərərli ola bilər.

    Mütəxəssislər bildirir ki, liflə zəngin olan qoz-fındıq ləpəsi bəzi mədə-bağırsaq xəstəliyi olan insanlara pis təsir edə bilər. Çünki tərkibindəki yüksək lif həzm problemləri yaradır. Nəzərə almaq lazımdır ki, qoz-fındıq ləpəsi bəzi hallarda mədə-bağırsaq sağlamlığına müsbət təsir göstərsə də, problemləri daha da pisləşdirə bilər. Xüsusilə qoz-fındıq ləpəsi yedikdən sonra qəbizlik, şişkinlik, qaz, qusma, ishal və ya mədə ağrısı kimi mənfi əlamətlərlə qarşılaşdığınız halda həkimə müraciət etməyiniz tövsiyə olunur.
    Mütəxəssisin fikrincə, qoz ləpəsi normal miqdarda yeyildikdə, uzun müddət toxluq hissi yaratdığından arıqlamağa kömək edir. Bununla belə, məhsulun həddindən artıq istehlakı, əksinə, çox yüksək kalorili olduğu üçün artıq çəki artımına səbəb ola bilər. Ona görə də pəhriz saxlayan insanlar onları yeməməlidir.
    //lent.az

  • Valideynlərin NƏZƏRİNƏ: 2-11-ci sinif şagirdləri…

    23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

    Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23-31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

    Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

    Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə yeni dələduzluq üsulu

    Sosial şəbəkədə yeni dələduzluq üsulu yayılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, insanlarda inam yaratmaq məqsədilə müxtəlif dövlət rəsmilərinin şəkilləri paylaşılaraq saxta müsahibə mətni yazılır. Və keçidə keçən ziyarətçiləri müxtəlif saytların saxta giriş səhifəsi qarşılayır.

    Müsahibə mətnində qeyd olunan investisiya saytı tamamilə dələduzluq əməlləri üçün nəzərdə tutulub və hər hansı bir yatırım zamanı sizə geri ödəniş olunmur, üstəlik ödənilən vəsaitlər mənimsənilir.

    Qeyd edək ki, bu və bunun kimi xəbərlərə inanmamağını, şəxsi məlumatlarınızı həmin keçidlərə daxil etməkdən çəkinməyiniz tövsiyə olunur.

  • Yol hərəkəti qaydalarını heçə sayan məşhurlar – Kimin nə qədər cəriməsi var?

    Yolda sürət həddini aşanlar… İşıqforun qırmızı işığında keçənlər… Avtomobilləri cərimə meydançasına aparılanlar… 18 – 6500 AZN aralığında cərimələnənlər….

    Bu dəfə söhbət yol hərəkəti qaydalarını pozan şou-biznes əhlindən gedir.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, bahalı malikanələri və lüks avtomobilləri ilə gündəmdən düşməyən məşhurlar qayda pozunutuları və onlara yazılan böyük məbləğdə cərimələrlə də sosial şəbəkələrin və medianın müzakirə obyektinə çevriliblər. Sadaladığımız qanun pozuntuları arasında tanınmışların daha çox sürət həddini aşma, təhlükəsizlik kəmərindən istifadə etməmə hallarına rast gəlinir.

    Onlar qaydalara bu cür yanaşaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Verilişlərdən birində Xalq artisti Niyaməddin Musayev həmkarı Məleykə Əsədova ilə rayonlardan birinə tədbirə gedən zaman yolda artıq vaxt itkisi olmasın deyə sükan arxasında Əsədovanın əyləşdiyini, yolda bir neçə dəfə radara düşdüyünü, hətta radarları 120 km sürətlə keçdiyini etiraf edib. Müğənni Şəbnəm Tovuzlu bir neçə dəfə təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil sürüb. İfaçı maşını idarə edərkən polis əməkdaşlarının yanından keçib və onlara əhəmiyyət də verməyib.

    Məşhurlar sadəcə özlərinin deyil, zaman-zaman övladlarının həyatlarını təhlükəyə atacaq qayda pozuntularına yol veriblər. Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin azyaşlı oğlu Məhəmməd Əli ilə sükan arxasına əyləşdiyi görüntüləri paylaşmışdı. Kadrlarda onun körpəsinin həyatını təhlükəyə atdığı əks olunmuşdu. İdmançı Kamil Zeynallı isə “Gelandewagen” markalı avtomobilinin sükanını 10 yaşlı qızına etibar edərək onun həyatını təhlükəyə atmışdı.

    Tanımışlara yol hərəkəti qaydalarına riayət etmədikləri üçün müəyyən məbləğdə cərimələr də tətbiq olunur. Bəzən onlar bu cəriməni vaxtlı-vaxtında ödəyir, bəzən isə yığılır və məbləğ artır. Mətbuatda yer alan xəbərə əsasən, müğənni Ayaz Qasımovun 6500 AZN-dən çox cəriməsi olub və bu cərimə ona daha çox işıqforun qırmızı işığında keçdiyi üçün yazılıb. Yayılan xəbərlərdən sonra sənətçinin köməkçisi cərimənin ödənildiyini bildirib. Bir müddət əvvəl verilişə qatılan Əməkdar artist Nigar Şabanovanın isə cəmi 18 AZN cəriməsi olduğu müəyyən edilib.

    Məşhurlar efirə qonaq olarkən yol hərəkəti qaydalarını pozduqlarını, lakin bəzən polislərin onlar tanınmış şəxs olduqları üçün güzəştə getdiklərinni bildiriblər. Lakin bu xoşagəlməz vəziyyətin baş verməsi, eyni zamanda bunu yaxşı iş görürmüş kimi milyonlarla tamaşaçı qarşısında etiraf edilməsi heç də müsbıt hal deyil.

    Məsələ isə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq. O saytmıza açıqlamasında bildirdi ki, məşhur şəxslərin öz adlarından istifadə edərək yol qaydalarını pozması cəmiyyətdə onlara qarşı ikrah hissi yaradır:

    “İstər tanınmış şəxs, istərsə də hər hansı bir ictimai xadim olsun. Hər kəs qanunlara hörmətlə yanaşmalıdır. Məşhur insanların öz nüfuzundan istifadə etməsi doğru hal deyil. Bu cəmiyyətdə olan digər insanlarda onlara qarşı ikrah hissi oyadır. Biz artıq adi vətəndaşlardan yol hərəkəti qaydalarına riayət etməli olduqlarını bildirəndə bizə etiraz edirlər”.

    Araz Əsgərli çalışdığı illər ərzində belə hallarla şəxsən özünün də rastlaşdığını etiraf edib və tanınmış şəxsləri qayda pozuntularına yol verməməyə çağırıb:

    “Mənim iş təcrübəmdə belə hallar çox olub. Özüm şəxsən yol hərəkəti qaydalarına riayət etmədiyi üçün tanınmış şəxslərdən birinə irad bildirmişəm. Onlar bu nüfuzu məşhurluğu pis niyyətlə istifadə etməməlidir. Bu gün ölkəmizdə Azərbaycan polisi qayda-qanunların icrası zamanı öz qətiyyətli mövqeyini nümayiş etdirir ki, heç bir halda narazılıq yaranmasın. Biz çalışırıq ki, adi vətəndaşlarla yanaşı, nüfuzlu və tanınmış şəxslər də yol-hərəkəti qaydalarına riayət etsinlər. Təhlükəsizlikləri üçün mütləq kəmərdən istifadə etsinlər. Onlar xalq üçün bir nümunə olmalıdır. Yaxşı olduqdan sonra adi vətəndaşlarımız da onlardan yaxşı nümunə götürəcəklər. Məşhurlar da öz məsuliyyətlərini dərk etməlidir və qayda pozuntularına yol verməməlidirlər, onlara yazılan cərimələri də vaxtlı-vaxtında ödəməlidirlər”.

    Avtomobillə yolda olarkən özümüzün və digər yol iştirakçılarının həyatına təhlükə yaranmasın deyə qaydalara əməl etmək lazımdır. Çünki təhlükə gələndə bu adi vətəndaşdır və ya tanınmış şəxsdir deyə bir seçim etmir. Qanunlara riayət edərək yaşayaq ki, həyatımızı təhlükədən qoruyaq.

  • Bu həftə bürclərə nə vəd edir? – Ehtiyatlı olun, yoxsa…

    Bu həftədə, 16 oktyabrdan 22 oktyabra qədər hər bürcü nə gözləyir?

    Median.Az lent.az-a istinadən həftə üçün proqnozu təqdim edir.

    Qoç

    Özünüzü ifadə etmə ehtiyacınız artacaq, buna görə də adi haldan çox daha qətiyyətli və məqsədyönlü olacaqsınız. Peşəkar sahədə bacarıqlarınızı tam üzə çıxarmağa imkan verəcək yeni çağırışlar sizi gözləyir.

    Şəxsi həyatınızda tərəfdaşınızın ehtiyaclarını unutmamalı və hər hansı güzəştlərə hazır olmalısınız.

    Buğa

    Dəyərlərinizin və prioritetlərinizin yenidən qiymətləndirilməsi dövrünə başlayacaqsınız – həyatınızda həqiqətən nəyin vacib olduğunu düşünməyə başlayacaqsınız. Önümüzdəki günlərdən özünüzü təkmilləşdirmək və harmoniya tapmaq üçün istifadə edin.

    Ehtiyatlı davranmağa və diqqətlə planlaşdırmağa başlasanız, maliyyə sahəsi sabit vəziyyətə gələcək.

    Əkizlər

    Yaxın günlərdə başqa insanlarla ünsiyyət qura biləcəksiniz. Çox tapşırıq və ünsiyyət asanlığı bir sıra layihələri uğurla başa çatdırmağa kömək edəcək.

    Ehtiyatlı olun və anlaşılmazlıqların qarşısını almaq üçün tələsməyin.
    Şəxsi cəbhədə sizi xoş anlar, eləcə də perspektivli yeni tanışlıqlar gözləyir.

    Xərçəng

    Şəxsi və daxili təcrübələr bu həftə birinci yerdə olacaq. Yalnızlığa və düşünməyə ehtiyac hiss edəcəksiniz. Ancaq bu günlərdə ailə və yaxınlarınız sizin üçün xüsusilə önəmli olacaq. Onlarla vaxt keçirmək fürsətini qaçırmayın.

    Peşəkar sahədə vaxtınızı ayırın və yavaş hərəkət edin, tələsik qərarlar verməyin.

    Şir

    Qarşıda sizi aktiv və məşğul həftə gözləyir. Şəxsi cazibə və xarizma ən yaxşı şəkildə olacaq və bu, sosial əlaqələrdə və peşəkar işlərdə çox kömək edəcəkdir. Riskli işlərdən çəkinin və ağıllı davranın.

    Şəxsi sferada gərginlik ola bilər. Ancaq səbir və anlayış münaqişələri tez həll etməyə kömək edəcək.

    Qız bürcü

    Önümüzdəki günlər mənəvi axtarış və özünüzü analiz ilə dolu olacaq. Dünyadakı yeriniz və həyatınızda hansı dəyişiklikləri istədiyinizi düşünəcəksiniz. Bu günlər planlar qurmaq və yeni hədəflər təyin etmək üçün əlverişli olacaq.

    Romantik münasibətlərdə səmimi və açıq olun – bu, partnyorunuzla inam yaradacaq.

    Tərəzi

    Bu həftə Tərəzilər üçün əsas məsələ balans məsələsi olacaq. Həyatınızın bütün sahələrində, xüsusən də şəxsi münasibətlərdə harmoniyaya can atacaqsınız. Rahatlıq zonanızdan çıxmaqdan qorxmursunuzsa, qarşınızda yeni imkanlar açılacaq.

    Vacib məsələlərdə bütün cəsarətinizi və qətiyyətinizi göstərin və istədiyinizə nail ola biləcəyinizə əmin olun.

    Əqrəb

    Bu həftə özünüzü xüsusilə enerjili və qətiyyətli hiss edəcəksiniz. Sizin bəsirətiniz, yenilikçi düşüncəniz və hər şeyin mahiyyətini görmək bacarığınız çətin vəziyyətlərdə kömək edəcək. Yeni bir layihəyə başlamaq və ya gözlənilən vəzifələri həll etmək istəyirsinizsə, indi ən yaxşı vaxtdır.

    Şəxsi sferanızda ehtiraslar, parlaq emosiyalar və yeni təəssüratlar gözləyin.

    Oxatan

    Bu həftə xüsusilə ünsiyyət və tanışlıq sahəsində sizə çoxlu xoş vəziyyətlər və anlar bəxş edəcək. Ünsiyyət bacarıqları ən yaxşı səviyyədə olacaq və bu, vacib tapşırıqları və layihələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.

    Maliyyə məsələlərində diqqətli olun, qərar qəbul etməyə tələsməyin. Romantik münasibətlər sferasında isə incəlik sizi gözləyir.

    Oğlaq

    Qarşıdakı günlərdə sizi sabitlik və etibarlılıq gözləyir. Səyləriniz və işiniz xüsusilə karyera sahəsində öz bəhrəsini verməyə başlayacaq. Liderlik keyfiyyətlərinizi göstərmək şansını əldən verməməyə çalışın.

    Şəxsi sferada sevdiyiniz insanın hisslərini qəbul etmək və anlamaq üçün səbirli olun. Diqqət və qayğı göstərin.

    Dolça

    Bu həftə intellektual fəaliyyət ön plana çıxacaq. İdeyalar və düşüncələr hazırcavab olacaq, oxumaq və ya elmi iş asan olacaq. Maraqlı təkliflər və ya layihələr ola bilər.

    Hisslərinizi və diqqətinizi ən yaxınlarınıza göstərmək üçün anları qaçırmamağa çalışın.

    Balıq

    Bu həftə emosiyalar yüksək olacaq. Ətrafınızdakı dünyaya qarşı xüsusilə həssas olacaqsınız və bu, şeylərin mahiyyətini daha dərindən başa düşməyə səbəb olacaq.

    Adi kiçik şeylərdə sevinci qaçırmamaq üçün özünüzü hisslərinizə və duyğularınıza qərq etməməyə çalışın.

  • İtburnunun heç yerdə rast gəlinməyən FAYDALARI: virusa, xərçəngə, infarkta son

    Daim qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlərə xoş xəbərimiz var.

    Median.Az lazımi miqdarda nizamlı olaraq istifadə edilməsi təqdirində təbii ağrıkəsici olan itburnunun bir çox yerdə rast gəlinməyən faydalarını təqdim edir.

    Həm meyvəsi, həm çayı, həm də yağı mətbəx və gözəllik masanızın vazkeçilməzi olacaq itburnu saçdan dırnağa qədər hər hüceyrənizin qayğısına qalacaq.

    Qış aylarında tənəffüs yolları xəstəliklərinin müalicəsində şəfa qaynağı olaraq istifadə olunan itburnu çayı təbiətdə öz-özünə yetişən zəhmətsiz bir bitkidir. Orta əsrlərdə infeksion xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan itburnu tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İtburnu həm də zəngin antioksidant qaynağıdır.

    Faydaları:

    Qırmızı və bənövşəyi meyvə və tərəvəzlər antioksidant baxımından ən zəngin bitkilər hesab olunur. İtburnu da bu sıraya daxildir. Bu potensialı sayəsində orqanizmdəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.

    Ürək və damar sisteminin sağlamlığını qoruyur. Damar sərtliyi, yüksək xolesterol və qan təzyiqinin artmasına ənəl olur və miokard infarktının qarşısını alır.

    Orqanizmdən toksin, infeksiya və iltihabların atılmasından sonra immun sistemini qüvvətləndirir.

    Mədə turşuluğunu balanslaşdırır.

    Qadınların xüsusi günlərində ağrıların azalmasına yardımçı olur.

    Bağırsaqların işinə yardım edərək qəbzliyin qarşısını alır.

    Sızanaq və qara nöqtə ləkələrinin müalicəsində istifadə edilir. Dərinin nəm balansını qoruyur.

    Oynaq ağrılarının təbii dərmanıdır.

    Yanlış qidalanma və zərərli vərdişlərdən sonra əmələ gələn iltihablanı bədəndən kənarlaşdırır.

    İtburnu çayı arıqladırmı?

    Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.

    İtburnu çayının hazırlanması

    1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.

    İtburnu yağının faydaları:

    Dərinin nəm balansını qoruyur, qırışları açır, hüceyrələri yeniləyir, Günəş ləkələrini sağaldır. Saç dərisində meydana gələn bakteriyaları azaldır. Kəpək və saç tökülməsi ilə mübarizə aparır.
    //milli.az