Month: October 2023

  • Прогноз погоды в Азербайджане на завтра

    15 октября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром местами прогнозируется туман, будет преобладать умеренный южный ветер.

    Температура воздуха ночью составит 10-15°, днем 17-22° тепла. Атмосферное давление – 762 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем 45-50%.

    В районах Азербайджана будет преимущественно без осадков. Ночью и утром в некоторых районах ожидается туман, восточный ветер.

    Температура воздуха ночью составит 8-13°, днем 20-25° тепла, в горах ночью от 1° мороза до 4° тепла, днем 7-12° тепла.

  • Bazar günü 25 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

  • Azərbaycanda gələn il 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

    2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.

    Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.

  • Во Франции задержали восемь человек в связи с убийством учителя в школе

    Французские спецслужбы задержали восемь человек в связи с убийством учителя в коммуне Аррас на севере страны.

    Об этом сообщил телеканал BFMTV.

    По его данным, в настоящий момент под стражей находятся “восемь человек, в том числе исполнитель”.

  • Fransada məktəbdə müəllimin qətli ilə bağlı 8 nəfər saxlanılıb

    Fransanın təhlükəsizlik xidməti ölkənin şimalındakı Arras kommunasında müəllimin qətli ilə bağlı 8 nəfəri saxlayıb.

    Bu barədə BFM TV kanalı məlumat yayıb.

    Telekanal qeyd edib ki, hazırda “səkkiz nəfər, o cümlədən cinayəti törədən şəxs” həbsdədir.

  • Azərbaycanda 2 “Jiquli” toqquşdu – Ölən var

    Zaqatalada ağır yol qəzası baş verib.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub.

    Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin – Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Metroda qışqırdı, ictimai yerdə narahatlıq yaratdı: Bu gəncə dur deyən olacaqmı? – VİDEO

    Son günlər bir gəncin sosial şəbəkələrdə paylaşılan qeyri-etik davranışları müzakirələrə səbəb olub. Belə ki, videolarda oğlanın şəhərdə insanlara yaxınlaşaraq bir növ “funny prank” kontenti hazırlamaq “cəhdi” əks olunub. Lakin xarici ölkələrdə sosial platformalarda paylaşılan bu tip videolardan fərqli olaraq, Bakıdakı gəncin davranışı heç də xoş qarşılanmayıb.

    Onun videoları sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilir, hətta təhqiramiz rəylər də yazılır. Videolardan birində gəncin metro qatarında qəfil ayağa qalxaraq ucadan qışqırdığı əks olunub. Bu, qatardakı digər sərnişinlərin narahatlığına səbəb olub.

    İctimai yerlərdə etik davranış qaydalarına riayət etməyərək, ətrafdakılara hörmətsizlik göstərən gənclə bağlı isə heç bir tədbir görülməyib.

    İnsanlar bu şəxsin öz yaşıdlarına pis örnək olduğunu qeyd edirlər. Bununla yanaşı, bildirirlər ki, onun ailə üzvləri, ya da aidiyyəti qurumlar profilaktik söhbət apararaq ona səhvini izah etməlidirlər.

    Barəsində müvafiq qurumlara heç bir şikayət olmadığı üçün həmin şəxs ictimai yerlərdə bu kimi davranışlarını davam etdirir. Bəs qanun nə deyir? Şikayət yoxdursa, bu və bənzər davranışlara yol verən şəxs və ya şəxslər barəsində heç bir tədbir görülməməlidir?

    Məsələnin hüquqi tərəfini Oxu.Az-a açıqlamasında vəkil Turan Abdullazadə şərh edib. O bildirib ki, paylaşılan video və fotoşəkillərdə inzibati xətanın və cinayət əməlinin tərkibinin əlamətləri müşahidə olunur:

    “Belə ki, şəxsin ictimai asayişi pozaraq metroda heç bir səbəb olmadan qışqırması xırda xuliqanlıq, başqa şəxsin şəklini paylaşaraq üstündə təhqiramiz ifadə yazması isə şəxsi həyatın toxunulmazlığını pozma kimi şərh oluna bilər. İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır”.

  • Hadisə məşhur müğənni ilə ailə qurur

    Türkiyəli məşhur müğənni Hadisənin yenidən ailə quracağı iddia edilir.

    Məşhur biznesmen Mehmet Dinçerlərdən boşandıqdan sonra sevgi həyatını ictimaiyyətdən gizli saxlayan Hadisənin yenidən ailə quracağı deyilir.

    Bir müddətdir repçi Murda ilə eşq yaşadığı deyilən müğənninin Murdanın övladı ilə görüşdüyü, birlikdə əyləncəli zaman keçirdiyi iddia edilir.

    İki ulduz müğənninin qısa zamanda evlənəcəyi də yayılan məlumatlar arasındadır.
    //azxeber.com

  • Bu gün əsrarəngiz təbiət hadisəsi baş verəcək

    Bu gün halqavari Günəş tutulması adlanan təbiət hadisəsi baş verəcək.

    Ay Günəşin qarşısından keçərkən Günəşi tam örtmədikdə müşahidə edilən “Alov halqası” kimi tanınan halqavari Günəş tutulması Şimali, Mərkəzi və Cənubi Amerika səmalarında müşahidə ediləcək.

    NASA-nın məlumatına görə, hava şəraiti imkan verərsə, pik nöqtəsi 5 dəqiqə 17 saniyə olacaq Günəş tutulması Alyaska da daxil olmaqla ABŞ-ın bütün 49 ştatında izlənəcək.

    Azərbaycandan izlənilə bilməyən tutulma ABŞ-da Sakit okean vaxtı ilə saat 09.13-də başlayacaq.

    NASA rəsmisi Kelli Korrek, tutulma günü yerli vaxtla saat 11.30-dan başlayaraq NASA-nın Nyu Meksiko ştatının Albuquerque, Kirbyville, Texas və White Sands, New Mexico şəhərlərindən canlı görüntüləri paylaşacağını bildirib.

  • General Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiqindən sonra baş verən dəyişiklikləri açıqlayıb

    “Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun fəaliyyətin təşkili görülən işlərin keyfiyyətinin artmasında mühüm rol oynayır. Xüsusilə təyinatların kompüter proqram təminatı ilə həyata keçirilməsi şəffaflığın bariz nümunəsidir”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

    “Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşmadan söz düşmüşkən “Gizir hazırlığı məktəbi”nin fəaliyyətə başlamasını xüsusilə vurğulamaq yerinə düşər. Bu məktəbin yaradılmasında başlıca məqsəd peşəkar gizirlərin hazırlanması və komanda idarəetmədə gizir konsepsiyasından istifadənin daha da artırılmasından ibarətdir. Qeyd olunan mühüm xüsusiyyətlər və bu istiqamətdə görülən işlər mövcud problemlərin həllində, gələcək planların inkişafında və daha da sürətlənməsində mühüm rol oynayacaq”, – o bildirib.

    E.Xəlilov əlavə edib ki, Azərbaycan Ordusunun inkişaf istiqamətlərinə uyğun olaraq, zabit heyətinin vaxtında və ədalətli karyera inkişafının təmin edilməsi, onların peşəkarlıq keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə karyera inkişafının planlaşdırılmasının həyata keçirilməsi və bu məqsədlə karyera inkişafı mexanizmlərinin, metod və vasitələrinin müəyyənləşməsi perspektivdə reallaşdırılmalı olan prioritet məsələlərdəndir.