Month: October 2023

  • Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir? – FOTO

    Xocalının Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçatryanın ötən gün keçirilən ilk məhkəməsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri də Murad Tofiq oğlu Hüseynovdur.

    “Qafqazinfo” xəbər verir ki, eyni zamanda, Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı səkkiz yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.

    Dünənki məhkəmədə Vaqif Xaçatryanla üz-üzə dayanan zərərçəkmiş Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də xalası Məhbubəni, onun övladları – Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.

    Tofiq Hüseynovun övladlarını – Murad, Yasəmən, Əfsanəni isə Xocalıdan çıxan axırıncı helikopterlə xalaları Mehparə xanım çıxarıb. Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova isə tapılmayıb. Onun ermənilər tərəfindən qətlə yetirilməsi faciədən 16 il sonra üzə çıxıb. Belə ki, Hüseynovlar ailəsi rusiyalı jurnalistin Xocalıda çəkdiyi kadrlara baxanda babasıgilin evinin qarşısına Məxmər xanımın, bacısı Məhbubənin və onun övladları Çinarə ilə Çingizin meyitini görüblər. Bunadək ailə onları əsir bilirmiş…




  • Arayik Arutyunyan Bakıda həbsxanada nə istəyib? – Vəkili DANIŞDI (VİDEO)

    “Arayikin səhhəti normaldır. Saxlanma şəraitindən razıdır. O, heç bir narazılıq bildirməyib”.

    Bu sözləri Axar.az-a Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.

    O bildirib ki, Arayikin müdafiəsi üçün hər bir şərait yaradılıb.

    “Kitab istəyirdi, təmin edilib. Arayik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Arayikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəyəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Arayik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəyəm”, – o bildirib.

  • Армяне Аскерана раскритиковали односельчанина, верящего в дружбу с азербайджанцами – РЕДКИЕ АРХИВНЫЕ КАДРЫ

    В соцсетях распространяются архивные кадры, запечатлевшие собрание армян поселка Аскеран Ходжалинского района Азербайджана в уже далеком 2005 году. Практически все запечатленные на видео жители поселка заявили, что не хотели бы возвращения изгнанных азербайджанцев, пишет Caliber.Az.

    Отмечается, что только один из собравшихся армян, имя которого неизвестно, заявил, что если вопрос решится положительно, дружба с азербайджанцами обязательно продолжится. Это его заявление вызвало недовольство окружающих.

    “Я что видел, то и говорю. В Агдаме я в аварию попал, и азербайджанец мою машину в своем дворе спрятал, чтобы ГАИ меня не поймало. Это было. Разве не дружба это? Это что, партия приказала? Разве враг врагу помогает?” – заявил он.

  • 2005-ci ilin görüntüləri: Əsgəranda ermənilərin azərbaycanlılarla dostluq əlaqələrinin müzakirəsi – VİDEO

    Sosial şəbəkələrdə 2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran qəsəbəsində ermənilərin toplantısını əks etdirən arxiv görüntüləri yayılıb.

    Tədbirdə vəziyyətin müsbət yöndə həll olunacağı təqdirdə azərbaycanlılarla dostluğun davam etməsi müzakirə olunur. Amma sakinlər buna etiraz edir, qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini deyirlər. Onlardan yalnız biri azərbaycanlılarla dostluğun davam etməsinin tərəfdarı olduğunu bildirir:

    “Mən öz bildiyimi, gördüyümü deyirəm. Ağdamda mən avtomobil qəzasına düşmüşdüm. Bir azərbaycanlı maşınımı öz həyətində gizlətdi ki, yol polisi tutmasın. Bu olub! Məgər bu, dostluq deyil? Bunu partiya əmr etmişdi?”

    Bu zaman yanındakı erməni bunun dostluq deyil, sadəcə, zərərçəkənə kömək olduğunu deyir. Sakin isə öz sözünün üstündə duraraq həmin qonşusundan soruşur:

    “Məgər düşmən düşmənə kömək edər?”

  • İƏT XİN başçılarının fövqəladə iclası keçiriləcək

    Oktyabrın 18-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Toplantıda İsrail-Fələstin münaqişəsi və bölgədə yaranmış son durum müzakirə olunacaq.

    Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.

    Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

  • Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılır – SƏRƏNCAM

    Prezident İlham Əliyev Özbəkistanla imzalanan sənədi təsdiqləyib.

    Bu barədə President.az xəbər verir.

    Bildirilir ki, dövlət başçısı 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Президент Азербайджана Ильхам Алиев принял главу ТРСК Эрсина Татара – ФОТО

    14 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял Президента Турецкой Республики Северного Кипра (ТРСК) Эрсина Татара.

    Как сообщает АЗЕРТАДЖ, на встрече было выражено удовлетворение углублением отношений между народами тюркского мира, основанными на их исторической привязанности друг к другу, и наличием возможностей для расширения сотрудничества наших народов в гуманитарной, культурной, образовательной, спортивной сферах.

    Отметив в связи с этим роль Организации тюркских государств (ОТГ) как эффективной платформы, Президент Азербайджана выразил надежду на то, что народы тюркского мира и впредь будут развивать отношения в различных сферах. Глава нашего государства сказал, что Азербайджан всегда вносил вклад в тесное сплочение тюркского мира и дальше будет оставаться приверженным идеям единства тюркского мира.

    На встрече говорилось о деятельности Турецкой Республики Северного Кипра в качестве наблюдателя в рамках Организации тюркских государств. Было подчеркнуто, что ТРСК уже долгое время имеет статус наблюдателя в Организации экономического сотрудничества и Организации исламского сотрудничества. Поэтому вполне логично, что Турецкая Республика Северного Кипра имеет статус наблюдателя и при ОТГ.

    Эрсин Татар в свою очередь поздравил Президента Ильхама Алиева по случаю полного обеспечения суверенитета Азербайджана. Он также выразил удовлетворение мероприятиями, проведенными в рамках организованных в Баку Дней культуры Северного Кипра, поблагодарил Президента Азербайджана за созданные условия.

    На встрече были обсуждены вопросы сотрудничества в сферах туризма, науки, образования и обмена студентами.

    В завершение Президент Турецкой Республики Северного Кипра вручил главе нашего государства памятный подарок.



  • İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib – FOTO

    Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib.

    Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd edib.

    Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir.

    Ersin Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, həmçinin, Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

    Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

    Sonda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.



  • Евро-2024: Состоятся еще 7 матчей отборочного этапа

    Сегодня завершится VII тур отборочного этапа Евро-2024.

    Как сообщает Report, в группах C, G и H будут сыграны семь матчей.

    Действующий чемпион континента Италия примет Мальту. Другая встреча в группе C состоится между Украиной и Северной Македонией.

    В группе G Литва станет гостьей Болгарии, а Сербия – Венгрии.

    В группе H пройдут матчи Северная Ирландия – Сан-Марино, Словения – Финляндия и Дания – Казахстан.

    Команды, вышедшие в финал в этих группах, станут известны в следующих турах.

    Евро-2024, отборочный этап

    VII тур

    Группа С

    17:00 Украина – Северная Македония

    22:45 Италия – Мальта

    Положение в группе: Англия – 13 очков (5 игр), Италия – 7 (4), Украина – 7 (5), Северная Македония – 7 (5), Мальта – 0 (5)

    Группа G

    20:00 Болгария – Литва

    22:45 Венгрия – Сербия

    Положение в группе: Венгрия – 10 (4), Сербия – 10 (5), Черногория – 8 (5), Болгария – 2 (5), Литва – 2 (5)

    Группа Н

    17:00 Северная Ирландия – Сан-Марино

    20:00 Словения – Финляндия

    22:45 Дания – Казахстан

    Положение в группе: Словения – 13 (6), Дания – 13 (6), Финляндия – 12 (6), Казахстан – 12 (6), Северная Ирландия – 3 (6), Сан-Марино – 0 (6).

    Отметим, что время всех матчей указано бакинское.

  • AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun keçiriləcək

    Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulacaq.

    “Report”un məlumatına görə, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçiriləcək.

    Son qitə çempionu İtaliya Maltanı qəbul edəcək. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı sınağa çəkəcək.

    G qrupunda Litva Bolqarıstanın, Serbiya Macarıstanın qonağı olacaq.

    H qrupunda isə Şimali İrlandiya – San Marino, Sloveniya – Finlandiya və Danimarka – Qazaxıstan matçları gerçəkləşəcək.

    Bu qruplarda final mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına növbəti turlarda aydınlıq gələcək.

    AVRO-2024, seçmə mərhələ

    VII tur

    C qrupu

    17:00. Ukrayna – Şimali Makedoniya

    22:45. İtaliya – Malta

    Xal durumu: İngiltərə – 13 (5 oyun), İtaliya – 7 (4), Ukrayna – 7 (5), Şimali Makedoniya – 7 (5), Malta – 0 (5)

    G qrupu

    20:00. Bolqarıstan – Litva

    22:45. Macarıstan – Serbiya

    Xal durumu: Macarıstan – 10 (4), Serbiya – 10 (5), Monteneqro – 8 (5), Bolqarıstan – 2 (5), Litva – 2 (5)

    H qrupu

    17:00. Şimali İrlandiya – San Marino

    20:00. Sloveniya – Finlandiya

    22:45. Danimarka – Qazaxıstan

    Xal durumu: Sloveniya – 13 (6), Danimarka – 13 (6), Finlandiya – 12 (6), Qazaxıstan – 12 (6), Şimali İrlandiya – 3 (6), San Marino – 0 (6)