Month: October 2023

  • Qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazarlara nəzarət necə olacaq?

    Dünən Nazirlər Kabineti yanında “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclası keçirilib. İclasda süni qiymət artımının qarşısını almaq üçün Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı qərar alınıb. Bazarlara nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

    Bu qiymət izləmə sistemi vasitəsilə qiymətlərə və bazara nəzarət mümkün olacaqmı? Bazarlardakı süni qiymət artımının qarşısını necə alınacaq? Tək nəzarət kifayət edirmi?

    Valyuta.az bu sualları iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

    Natiq Cəfərli bildirib ki, inflyasiya ilə mübarizə məqsədilə hökumət zaman-zaman belə iclaslar keçirir, amma burda başqa bir önəmli məsələ var:

    “Azərbaycanda pərakəndə satış zamanı qiymətlər dövlət tərəfindən tənzimlənmir. Düzdür, qiyməti dövlət tərəfindən tənzimlənən müəyyən sahələr var. Kommunal xidmətlərin, enerji daşıyıcılarının, dizel yanacağının, 92 markalı benzininin, istiliyin qiymətini dövlət tənzimləyir. Digər sahələrdə dövlət tənzimlənməsi yoxdur deyə, dövlət monitorinqinin nə işlə məşğul olacağı bir az şübhəli, problemli görünür. Onlar əgər bazar payı çox yüksək olan inhisarçıların bazara qiymət diktəsi ilə məşğul olacaqlarsa, lap yaxşı. Amma bununla da Antiinhisar Xidməti məşğul olmalıdır”.

    İqtisadçı bildiirb ki, zaman-zaman belə xəbərlər yayılır:

    “Bununla vətəndaşlarda belə təəssürat yaratmağa çalışırlar ki, bəli, biz işləyirik, qiymətləri ucuzlaşdırmağa çalışacağıq. Amma real həyatda bunun həyata keçirilməsi mexanizmləri çox zəifdir. Çünki bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Süni qiymət artımı baş veribsə, deməli bazar iqtisadiyyatının elementləri, institutları zəifdir. Burda da rəqabəti, bazar institularını gücləndirmək lazımdır”.

  • “Sədərək Yusif” məhkəməyə verildi – 300 min manatlıq qalmaqal

    “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimfəyli məhkəməyə verilib.

    Qaynarinfo xəbər verir ki, iddiaçı Nəcəfov Arazxan Ponu oğludur. Arazxan Nəcəfov Yusif Qədimbəyli ilə yanaşı, qardaşları Yunis Qıdimbəyli və Ənvər Qədimov barəsində iddia qaldırıb. O, həmçinin “Sədərək” firmasını də məhkəməyə verib.

    İddiaya Nəsimi Rayon Məhkəməsində baxılacaq. Anar İbadzadə iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxti barədə açıq mənbələrdə məlumat yoxdur. İşin mahiyyəti də bəlli deyil.

    Araşdrımalarımız zamanı məlum olub ki, Arazxan Nəcəfov 20 il “Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, məcburi köçkün, eyni zamanda Qarabağ veteranıdır. Devalvasiya zamanı onun biznesi dayanıb və Ticarət Mərkəzinə 30 min manat borcu yaranıb.
    2016
    -cı ildə Yusif Qədimbəylinin adamları onun Ticarət Mərkəzindəki mağazasını qapadıb. Mağaza bağlanan zaman Arazxan Nəcəfovun orada 300 min manat dəyərində malı olub.

    Yusif Qədimbəylinin adamları həmin malı da ələ keçiriblər.

    Arazxan Nəcəfov onlardan malını geri istəsə də xeyri olmayıb. Bu baxımdan, o məhkəməyə üz tutub.

  • Sevdiyi qızın evinin işığını söndürən şəxs həbs edildi

    Abşeronda sevdiyi qızın evinə hücum edən şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-1, yaşayış kompleksinin həyətində baş verib.

    Belə ki, 1992-ci ildə Bərdə rayon, Soğanverdilər kəndində doğulmuş Təyyar Hüseynov (soyad şərti) 3 ildir münasibətdə olduğu və son bir ildə ayırıldığı Afət adlı qadının telefonuna zəng edib. O, Afətlə münasibətlərinin yenidən bərpa olmasına cəhd edib. Telefonu açmadığına görə qızın evinə gedib və qapısını döyüb. Afətin qapını açmadığına görə əsəbiləşərək, onun ünvanına ucadan nalayiq söyüşlər söyüb. Daha sonra isə blokda yerləşən sayğacdan işığı söndürüb. Bundan qəzəblənən Afət polisə şikayət edib.

    Təyyar Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Təyyar Hüseynov İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati həbs olunub.

  • Unun qiyməti bahalaşıb? – Şirkətlər təkzib edir

    Azərbaycanda unun qiymətinin bahalaşması ilə bağlı ölkə mətbuatında məlumat yayılıb.

    Qaynarinfo xəbər verir ki, məlumatda topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olduğu bildirilib.

    Bununla bağlı Azərbaycanda un şirkətlərinin bir neçəsi ilə əlaqə saxladıq.

    “Karmen” MMC unun qiymətinin qalxması ilə bağlı məlumatı təkzib edib. Qurum bildirib ki, son bir ayda 50 kiloluq un kisəsi 26 manat 95 qəpiyə təklif olunur.

    “Karat” MMC-dən də unun qiymətində heç bir artım olmadığını qeyd ediblər. Şirkət bildirib ki, hazırda 50 kliloluq unun kisəsi 26 manat 95 qəpiyə satılır. Şirkətdən bildirildi ki, onlara unun qiymətinin bahalaşması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

    “Qarabağ Un” MMC-dən isə 50 kiloluq un kisələrinin 26 manat 80 qəpiyə satıldığı qeyd edilib. Şirkətdən unun qiyməti ilə bağlı artımın olmadığı da vurğulanıb.

  • Rusiyanın itkiləri açıqlandı

    Ukrayna müharibənin 597-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

    Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

    Məlumata əsasən, Rusiya indiyə qədər 285 920 hərbçi, 4931 ədəd tank, 9313 ədəd zirehli döyüş maşını, 6807 ədəd artilleriya sistemi, 811 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 546 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9203 ədəd avtomobil texnikası, 5264 ədəd PUA, 1531 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 967 xüsusi avadanlıq itirib.

  • Ombudsman: “Ermənistan mediasında azərbaycanlılara qarşı aqressiv və alçaldıcı ifadələrin sayının artması qəbuledilməzdir”

    “Son günlər Ermənistana məxsus kütləvi informasiya vasitələrində (KİV), xüsusən də sosial şəbəkələrdə azərbaycanlılara qarşı aqressiv və alçaldıcı ifadələrin sayının artması bizi haqlı olaraq narahat edir”.

    Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “X” hesabında paylaşıb.

    “Hesab edirik ki, xüsusilə sülh danışıqlarının həlledici əhəmiyyət kəsb etdiyi indiki həssas dövrdə bəzi erməniəsilli insanların düşmənçiliyi təbliğ edən bu cür neqativ hərəkətlər pozucu məqsədlərə xidmət edir və qəbuledilməzdir. Azərbaycanofobiya siyasətinin təzahürü olan etnik əsaslı nifrət nitqi çağırışları təkcə Azərbaycanla Ermənistan arasında münasibətlərə deyil, həm də regionda ümumi davamlı sülh və təhlükəsizliyə mane olur”, – Ombudsman əlavə edib.
    //report

  • Azərbaycanın həndbol millisi növbəti oyununda da məğlub olub

    Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən “IHF Trophy”də növbəti oyununa çıxıb.

    Yığma Bolqarıstan ilə üz-üzə gəlib.

    Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilmişdi.
    //report

  • Mingəçevirdə işçinin əmək hüquqlarını pozan şirkət rəhbəri 20 min manat cərimələnib

    Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.

    Qurumdan bildirilib ki, araşdırma zamanı “TMS GROUP” MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

    Fakt üzrə Mingəçevir Şəhər Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

    Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.

  • Станция метро “Гянджлик” перейдет на усиленный режим работы

    ЗАО ‘‘Бакинский метрополитен’’ внесет изменения в работу метрополитена в день матча между сборными Азербайджана и Австрии по футболу в рамках отборочного раунда ЧЕ-2024.

    Об этом сообщили в ЗАО ‘‘Бакинский метрополитен’’.

    Матч между сборными пройдет 16 октября в 20:00 по бакинскому времени на Республиканском стадионе имени Тофика Бахрамова.

    В связи с этим будет введен усиленный режим работы на расположенной рядом с ареной станции ‘‘Гянджлик’’. Также, на станциях ‘‘28 Мая’’ и ‘‘Нариман Нариманов’’ будут внедрены резервные механизмы наблюдения.

    Для обеспечения комфорта и безопасности пассажиров будет выделена дополнительная рабочая сила и составы.

  • Metronun “Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək

    Azərbaycanın kişilərdən ibarət milli futbol komandasının 2024-cü il UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.

    Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

    Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.