Month: October 2023

  • Deputatlar üçün yeni qadağa müəyyənləşir

    Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarından xaric edilmiş, məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular arbitr ola bilməyəcəklər.

    APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.

    Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.

    Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.

    Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Декабрьские фьючерсы на марку WTI подешевели на 1,24% – до 84,48 доллара за баррель, декабрьские на Brent – на 1,03%, до 89,55 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin dekabr füçersləri 1,24% faiz ucuzlaşaraq, bir barelinin qiyməti 84,48 ABŞ dolları olub.

    “Brent” markalı neftin dekabr füçersləri 1,03% ucuzlaşaraq, bir barelinin qiyməti 89,55 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Верховный суд Азербайджана наделен новыми полномочиями

    Основания для признания или отказа в исполнении решений иностранных арбитражных судов в Азербайджане будет рассматривать Верховный суд.

    Как сообщает АПА, это нашло отражение в новом законопроекте “Об арбитраже”, который сегодня обсуждался на заседании комитета Милли Меджлиса по правовой политике и государственному строительству.

    Верховный суд рассмотрит эти вопросы на основании заявления о решении иностранного арбитражного суда.

  • Ali Məhkəməyə yeni səlahiyyət verilir

    Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslara Azərbaycan ərazisində Ali Məhkəmə baxacaq.

    APA-nın xəbərinə görə, bununla bağlı müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində yer alır.

    Ali Məhkəmə xarici arbitraj məhkəməsinin qərarı barədə ərizə əsasında bu məsələlərə baxacaq.

    Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Qanunda bu məsələ əksini tapmayıb.

  • Baş prokurorun müavini: “Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət bəsləməkdən imtina etməlidir”

    “Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət bəsləməkdən imtina etməli və reallıqları öz ictimaiyyətinə çatdırmalıdır”.

    “Report”un xəbərinə görə, bunu baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın təqdimatında deyib.

    O xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb:

    “I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqı aparılmaqdadır. Eyni zamanda, 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır. Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülməsi və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının istintaqı hazırda davam etdirilir”.

  • AQTA göbələkdən zəhərlənmənin qarşısının alınması üçün vacib olan məqamları açıqlayıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) göbələkdən zəhərlənmənin baş verməməsi üçün diqqət olunmalı məqamları açıqlayıb.

    AQTA-dan verilən məlumata görə, yeməli göbələklər zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir.

    Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələklər bir tərəfdən qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, digər tərəfdən çətin həzm olunan qidalar hesab edilir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.

    Göbələkdən zəhərlənməyə səbəb onların tərkibində toksinlərin olmasıdır. Papaqlı göbələklərin 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Qalanları zəhərlidir və ya yeyilməməsi tövsiyə olunur.

    Göbələkdən zəhərlənmə ən çox yayılmış mövsümi qida zəhərlənmələrindən biridir. Azərbaycanda adi şampinyon, yay boletusu, çıxıntı boletus, ağ göbələk, qəşəng boletus, çəhrayı südlücə, narıncı südlücə, palıd südlücəsi, sarı yağlıca və digər yeməli göbələklərə rast gəlmək olar. Yeməli olmayan göbələklərə isə qızılı qaravul, sarı qaravul, gözəlayaqlı boletus, palıd boletusu, kele boletusu, yalançı sarıca, acıqoxu, kobud panus və digərlərini misal göstərmək olar.

    Sağlamlıq üçün ən böyük təhlükəsi olan solğun amanita, sezar amanitası, qırmızı amanita, panterli amanita, şeytani boletus, ağarmış klitosibe, qifvari klitosibe, oyuqlu entoloma, konusvari hiqrosibe, kükürdlü qifoloma, çəhrayı lepiota, təmiz misena və digər göbələk növlərini numunə göstərə bilərik. Göbələk səhv yığılarsa və emal şərtləri pozularsa, onun istehlakı insan həyatı üçün təhlükə yaradar.

    Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:

    – tanış olmayan və şübhəli olan göbələklərin yığılması;

    – yol kənarında, sənaye müəssisələrinin yaxınlığında, radioaktivliyin yüksək olduğu yerlərdə göbələklərin yığılması;

    – qurdlu və ya çürük, köhnə göbələklərin yığılması;

    – aşağıkeyfiyyətli qablaşdırmadan istifadə;

    – göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;

    – emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması;

    – köhnəlmiş göbələklərin qidada istifadəsi;

    – göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.

    Göbələkdən zəhərlənmənin əlamətləri onların növünə, hazırlanması və istehlak xüsusiyyətlərinə, alınan toksin miqdarına görə dəyişir. İlk simptomlar zəhərin bədənə daxil olmasından yarım saat sonra başlayır. Bəzi hallarda göbələk intoksikasiyasının klinik mənzərəsi hər hansı bir qida zəhərlənməsinin tipik təzahürləri ilə eyni olur: mədə ağrısı, ürəkbulanma və qusma, ishal, artan bədən hərarəti, titrəmə hissi.

    Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.

    Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, toplanması, daşınması, saxlanması, emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.

  • В Ханкенди обнаружена база НПО Halo Trust с оборудованием для разминирования – ФОТО

    Агентство Азербайджана по разминированию обнаружило на территории города Ханкенди базу международной гуманитарной неправительственной организации (НПО) Halo Trust.

    Как сообщили в агентстве, база была обнаружена в ходе гуманитарного разминирования.

    На территории базы находились оборудование для разминирования и детекторы, которые были намеренно приведены в негодность.



  • Xankəndidə düşmən tərəfindən yararsız hala salınmış minatəmizləmə avadanlıqları aşkarlanıb – FOTO

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkar edilib.

    Bu barədə ANAMA-dan bildirilib.

    Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

    Halbuki, bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.



  • Заявление Пашиняна о мирном договоре с Азербайджаном: Документ может быть подписан в ближайшее время

    В рамках разработки мирного договора между Арменией и Азербайджаном были согласованы три основных принципа.

    Как передают армянские СМИ, об этом заявил премьер-министр Армении Никол Пашинян.

    По его словам, если стороны останутся приверженными уже согласованным принципам, документ будет вскоре подписан.

    Как отметил Пашинян, первый принцип – взаимное признание территориальной целостности, второй – делимитация армяно-азербайджанской границы на основании Алма-Атинской декларации, третий – открытие на основе равенства и взаимности региональных коммуникаций.