Month: October 2023

  • Paşinyan Kremlin səbir kasasını daşırıb: Rusiya mediasından maraqlı iddialar – VİDEO

    Bu həftə Rusiya mediasında Ermənistanın baş naziri Nikol Paşinyana qarşı kampaniyaya start verilib.

    Nikol Paşinyanın açıq anti-Rusiya siyasəti, Moskvanı Qərblə əvəzləməsi Kremlin səbir kasasını daşırıb.

    İddialar daha da güclənir, Moskva Paşinyanı devirməyə çalışır.

    Daha ətraflı videodan izləyə bilərsiniz:

  • Prezident İlham Əliyev Kamran Musayevlə bağlı sərəncam imzaladı

    Kamran Kazım oğlu Musayev Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.

    President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

  • İlham Əliyev Arif Hüseynovu təltif etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Şahbaz oğlu Hüseynovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.

  • Şadlıq evində 18 yaşlı oğlanı bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

    Bakıda şadlıq evində adam bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Polad Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, hadisə bu il aprelin 26-sı Binəqədi rayonu, Binəqədi şosesində yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

    Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Polad Vüqar oğlu Salmanov 2005-ci il təvəllüdlü Xəyal Səbuhi oğlu Hüseynova bıçaq xəsarəti yetirərək restorandan qaçıb.

    O, Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma-ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsilə ittiham edilib.

  • Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq

    Bakı əhalisinin sayı ildən-ilə daha da çoxalır.

    Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.media-ya verilən məlumata görə, Bakı əhalisinin sayı 2 milyonu keçib.

    Lakin qeydiyyata alınmadan yaşayanlarla birlikdə hazırda paytaxtda dörd milyondan çox insan var.

    Ekspertlər şəhər əhalisinin getdikcə çoxalmasını şəhərsalma planlaşdırılmasının düzgün aparılmaması ilə əlaqələndirirlər.

    Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini – sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq:

    “Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub.

    Eyni zamanda, şəhər mərkəzində yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzliliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas mərkəzlə yanaşı, altı alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək”.

  • Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTO

    Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7 628 manat olan 31 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


  • Azərbaycanda minimum əməkhaqqı gələn il artacaq?

    Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur.

    “Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

    Xatırladaq ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.

  • “Vaqner” Rusiya qvardiyasının tabeliyinə keçdi

    Rusiyanın “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Rusiya qvardiyasının tabeliyinə keçib.

    Bu barədə ÖHŞ-nin rəsmi “Telegram” kanalında xəbər verilib.

    Bildirilib ki, bütün “Vaqner”çilərlə fərdi şəkildə müqavilələr imzalanıb.

    O da vurğulanıb ki, ÖHŞ-nin bütün strukturu, iş qaydası və komandirlər saxlanılırlar.

    “Təminat, müalicə, reabilitasiya Rusiya Qvardiyasının hərbi qulluqçuları ilə eyni şəkildə həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.

  • Пашинян: Надеемся на реализацию договоренностей с Турцией по открытию границы

    Ереван выражает надежду на реализацию договоренностей, достигнутых на переговорах особых эмиссаров Армении и Турции.

    Как передают армянские СМИ, об этом заявил премьер-министр Армении Никол Пашинян, выступая на заседании постоянных комиссий национального собрания по проекту госбюджета на 2024 год.

    Он напомнил, что эта договоренность касается открытия границы для граждан третьих стран и обладателей дипломатических паспортов.

    “Проделана значительная работа в части пограничной инфраструктуры. Мы провели перевооружение КПП “Маргара”, уже готовы к таким процессам (пересечение границы – ред.) и будем надеяться, что эти договоренности будут реализованы”, – добавил премьер.

  • Paşinyan Türkiyə ilə sərhədin açılması məsələsindən DANIŞDI

    “İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edir”.

    Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Milli Assambleyasının daimi komissiyalarının 2024-cü il dövlət büdcəsi layihəsi üzrə iclasında çıxışı zamanı deyib.

    O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılmasını nəzərdə tutur.

    “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz artıq belə proseslərə (sərhəd keçidi) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”, – deyə Paşinyan əlavə edib.

    Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər.

    Mənbə: Erməni KİV