Month: October 2023

  • Tokioda restoranda 60 ildir yuyulmayan qazanda yemək bişirirlər

    Tokioda “Abe-Çan” ailə restoranı 1933-cü ildə yaradılıb. Onun menyusu əsasən qrildə bişən yeməklərdən ibarətdir. Bu yeməklər donuz əti, mal əti, toyuq, tofu və ya tərəvəz tikələrindən, həmçinin Yaponiyada məşhur olan bir porsiyasının qiyməti təxminən bir dollar olan ət kababından ibarətdir.

    Kababın əti artıq 60 ildir ki, eyni qazanda hazırlanan xüsusi sousda marinadlanır.

    Bütün bu illər ərzində qazan heç vaxt yuyulmayıb və onun hər tərəfi yanmış yağ və his içindədir, rəngi isə gümüşü rəngdən qara rəngə dəyişib.

    Müəssisənin sahibi onun yuyulmasına ehtiyac olmamasını əcdadlarının adət-ənənələrini qoruyub saxlamaq istəyi ilə izah edir. Onun sözlərinə görə, xüsusi “Abe-çan” kababını daddıqdan sonra hələ heç kim mədədə narahatlıqdan şikayət etməyib.

    Bu qazanı görən jurnalistlər onu “fil ayağı” və Çernobıl AES-in reaktorundan axan radiasiya yayan ərimiş kütlə ilə müqayisə ediblər.

    Mənbə: aif.ru

  • Həkim xərçəngin bilmədiyimiz üç əlaməti barədə danışdı

    Xərçəngin üç erkən əlaməti var ki, insanlar adətən onlara əhəmiyyət vermirlər.

    Bu barədə rusiyalı cərrah-onkoloq, tibb elmləri namizədi İvan Karasyov danışıb.

    Həkimin sözlərinə görə, bədxassəli şişin böyüməsinin təzahürünü soyuqdəymə ilə səhv salmaq mümkündür. Xüsusən də insan daimi olaraq bədənində gücsüzlük və ya zəiflik hiss edirsə.

    “İkinci əlamət qeyri-adekvat olaraq uzun müddət davam edən 37 və ya daha yüksək bədən temperaturudur”, – deyə o qeyd edib.

    Cərrah onkologiyanın üçüncü görünməz əlamətinin boğaz ağrısı olduğunu deyib.

    Karasyovun sözlərinə görə, adətən soyuqdəymə zamanı kömək edən dərmanların qəbulu lazımi qaydada nəticə vermir. Bundan əlavə, sağalmayan yaralar, tez-tez rast gəlinən baş ağrıları, sidik və ya defekasiya zamanı qeyri-adi axıntı da orqanizmin xəbərdarlıq əlaməti ola bilər.

    Xərçəngdən qorunmaq üçün həkim siqareti çəkməkdən və mütəmadi olaraq spirtli içki qəbul etməkdən imtinanı, idmanla məşğul olmağı və düzgün qida rasionuna riayəti tövsiyə edib.

    Mənbə: Rossiyskaya qazeta

  • Bakıda qrunt suları evlərin zirzəmilərinə axır – VİDEO

    Nəmişlikdən divara vurulan suvaq hissələrə bölünərək qopub, evlərdə bir neçə yerdə çatlar əmələ gəlib.

    Xezerxeber.az-ın məlumatına görə, bu problem Xəzər rayonu, Qala qəsəbəsində eyniadlı küçədə tikilən evlərdə yaşanır.

    Sakinlərin iddialarına görə, buradakı mənzillərin əksəriyyətində vəziyyət eynidir.

    Bildirilib ki, yağış yağarkən onların yaşayışı daha da çətinləşir. Problemlə bağlı aidiyyəti qurumlar da dəfələrlə məlumatlandırılıb.

    Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət ünvanlanıb.

    Qurumdan isə bildirilib ki, Qala qəsəbəsində qrunt sularının kənarlaşdırılması ilə bağlı lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür.

    Qeyd edək ki, “Azərsu” ASC-nin sifarişi ilə Qala qəsəbəsi ərazisində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin inşası qurumun tədbirlər planına uyğun mərhələli şəkildə həyata keçiriləcək.

    Ətraflı süjetdə:

  • В Евлахе фура врезалась в трактор: пострадал гражданин Турции

    В Евлахском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, случай зафиксирован на участке автомагистрали Баку – Газах – государственная граница с Грузией.

    Так, на 285 км этой трассы фура врезалась в трактор. В результате аварии телесные травмы различной степени тяжести получил водитель грузового автомобиля – житель турецкого города Адана Серкан Шимшек (1975 г.р.).

    Пострадавший был госпитализирован, его состояние оценивается как удовлетворительное.

    По данному факту проводится расследование.

  • Yevlaxda TIR traktora çırpıldı: Türkiyə vətəndaşı xəsarət aldı

    Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, yolun 285-ci kilometrliyində TIR traktora çırpılıb.

    Hadisə nəticəsində TIR-ın sürücüsü, Türkiyənin Adana şəhər sakini, 1975-ci il təvəllüdlü Sərkan Sıddıq oğlu Şimşək xəsarət alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Канаде в результате стрельбы из-за бытовой ссоры погибли пять человек

    Пять человек, в том числе трое детей в возрасте 6, 7 и 12 лет, погибли и еще один получил ранения в результате стрельбы в городе Су-Сент-Мари (провинция Онтарио, Канада).

    Об этом сообщают местные СМИ.

    Инцидент произошел в двух жилых домах. Полиция считает, что стрельба началась на бытовой почве. Преступником оказался 44-летний мужчина, который убив четырех человек и ранив еще одного, покончил жизнь самоубийством.

    Личности жертв и пострадавшего не разглашаются.

    Источник: ТАСС

  • Kanadalı üç uşağı güllələyib intihar etdi

    Ontario ştatının Su Sent Mari şəhərində atışma nəticəsində 6, 7 və 12 yaşlı uşaqlar da daxil olmaqla, beş nəfər ölüb, daha bir nəfər yaralanıb.

    Hadisə iki yaşayış binasında yaşanıb.

    Polis atışmanın məişət zəminində baş verdiyini düşünür.

    Hadisəni törədən şəxsin dörd nəfəri öldürüb, bir nəfəri yaraladıqdan sonra intihar edən 44 yaşlı kişi olduğu üzə çıxıb.

    Ölənlərin və xəsarət alanların kimliyi açıqlanmır.

    Mənbə: TASS

  • Abşeronda fəhləni elektrik cərəyanı vurub

    Abşeronda fəhləni elektrik cərəyanı vurub.

    APA xəbər verir ki, 49 yaşlı Mehman Qurban oğlu Sarıyevi fəhlə işlədiyi fərdi evdə elektrik cərəyanı vurub.

    M.Sarıyev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Началось очередное судебное заседание по делу Вагифа Хачатряна – ОБНОВЛЕНО

    Началось очередное судебное заседание по уголовному делу Вагифа Хачатряна, обвиняемого в совершении геноцида в составе незаконных армянских вооруженных формирований 22 декабря 1991 года в селе Мешели Ходжалинского района.

    Процесс проходит в административном здании Ясамальского районного суда под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    * * * * *

    Сегодня продолжится судебный процесс по уголовному делу в отношении Вагифа Хачатряна, обвиняемого в совершении геноцида в составе незаконных армянских вооруженных формирований 22 декабря 1991 года в селе Мешели Ходжалинского района.

    Заседание пройдет в административном здании Ясамальского районного суда под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Отметим, что в ходе сегодняшнего судебного процесса потерпевшие продолжат давать показания. Потерпевшими по делу признаны 58 граждан и Исполнительная власть Ходжалинского района.

    Государственным обвинителем на процессе выступает старший помощник генерального прокурора, госсоветник юстиции 3-го класса Мугаддас Султанов. Права Хачатряна защищает адвокат Радмила Абылова.

    Добавим, что на заседании, состоявшемся 18 октября, прокурор зачитал обвинительный акт.

    Напомним, в результате геноцида, преследования, выселения, нарушения норм международного гуманитарного права в ходе вооруженного конфликта, совершенного против местного азербайджанского населения в селе Мешели Ходжалинского района (на территории бывшего Аскеранского района) созданными с участием Вагифа Хачатряна вооруженными военными формированиями из проживающих в Карабахском экономическом районе армян-националистов, а также выходцев из Республики Армения, были умышленно убиты 27 человек, 21 – получил телесные повреждения различной степени тяжести, двое жителей села были взяты в заложники, 340 человек (81 семейное хозяйство) выселены с постоянного места жительства на другие территории Азербайджанской Республики. Сельским жителям был нанесен материальный ущерб на общую сумму 13 568 060 манатов, а государству – 130 800 манатов.

    12 ноября 2013 года в отношении Вагифа Черкезовича Хачатряна было принято решение о привлечении его в качестве обвиняемого по статьям 103 (геноцид) и 107 (депортация и принудительное перемещение населения) Уголовного кодекса Азербайджанской Республики. 14 ноября 2013 года решением Наримановского районного суда города Баку в его отношении заочно была избрана мера пресечения в виде ареста, а 21 ноября того же года его объявили в розыск, соответствующие документы были направлены в Главное управление уголовного розыска Министерства внутренних дел и Национальное центральное бюро Интерпола в Азербайджане.

    29 июля 2023 года Вагиф Хачатрян был задержан на погранично-пропускном пункте “Лачын” при попытке выехать на территорию Республики Армения по состоянию здоровья и представлен следствию. В тот же день ему были предъявлены обвинения по статьям 103 и 107 УК АР, избрана мера пресечения в виде ареста сроком на 3 месяца.

    22 сентября этого года обвиняемому Вагифу Хачатряну были вновь предъявлены обвинения по соответствующим статьям Уголовного кодекса, а 29 сентября предварительное следствие по уголовному делу было завершено, материалы дела направлены в Бакинский военный суд для рассмотрения.

  • Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb – YENİLƏNİB

    Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

    Məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

    * * * * *

    Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezov Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

    Məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.

    Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

    Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

    Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.

    Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

    12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

    29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.