Month: October 2023

  • Bu peyvənd artıq koronavirusdan qorumur

    Rusiyanın Sputnik V peyvəndi koronavirusdan qorumur.

    “Unikal” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq yerli KİV-ə açıqlamasında deyib

    Onun sözlərinə görə, orijinal dərman ilk iki il ərzində – 2020-ci ilin avqustundan təxminən 2022-ci ilin iyuluna qədər COVID-19-a qarşı immunitet təmin edib.

    “2022-ci ilin yayının ortalarından başlayaraq, Omicron 1, 2 və 3 variantları ortaya çıxanda Sputnik V-in səmərəliliyi 8 dəfə azalıb”, – Gintsburq izah edib.

    “Omicron”un Kraken kimi tanınan XBB.1.5 variantının təqdim edilməsindən bəri peyvənd qoruma təmin etməyi dayandırıb. Bu səbəbdən akademik hesab edir ki, 2022-ci ilin yayında dərmanın antigen tərkibini dəyişmək lazım idi.

  • Pulu və sərvəti özünə çəkən 4 BÜRC

    Astroloqlar hesab edirlər ki, bəzi bürcün nümayəndələri pulu, sərvəti özünə çəkməyi bacarır.

    Median.Az lent.az-a istinadən həmin bürcləri təqdim edir:

    Buğa

    Bu bürc öz dönməzliyi və cəsurluğu ilə dünyanı fəth edə bilər. Buğa bürcləri həqiqətən zəngin olmaq istəyirsə, buna mütləq nail olacaq. Məqsədinə doğru inamla addımlayanın qarşısını heç kim kəsə bilməz.

    Astroloqlar bildirir ki, Buğa bürcü dəbdəbəni sevir və həmişə yaxşı həyat üçün çalışır. Aydın bir plan qursalar və tənbəllik etməsələr, istədiklərinə çatacaqlar. Onlar təslim olmağı sevmir.

    Qız

    Bu bürcün nümayəndələri uğur və pulu maqnit kimi özlərinə çəkirlər. Bundan əlavə, Qız bürcləri işlərində çox vaxt şanslı olurlar. Onların heç bir səyi əvəzsiz qalmır.

    Qızların uğurlarının sirri onların sakitlikləridir. Həmişə özlərini düzgün idarə edirlər. Sadəcə çalışıb üstlərindəki neqativləri atmalıdırlar. Emosiyalarınızın hər şeyi məhv etməsinə imkan verməyin. Qız bürcünün nümayəndələri sakit və düzgün ağılla zənginliyə asanlıqla çata bilər.

    Əqrəb

    Düzgün və etibarlı bir xarakter bu bürcün nümayəndələrinə hər şeydə qalib gəlməyə kömək edir. Əqrəblərə həmişə yaxşı fürsətlər verilir və onlar da bu fürsətləri doğru dəyərləndirirlər.

    Biznesdəki uğursuzluqlar Əqrəbləri qətiyyən ruhdan salmır. Onlar əksinə problemləri həll etməyi sevir.

    Oğlaq

    Bu bürcün nümayəndələri varlanmaq üçün yaşayırlar. Bacardıqca bütün bağlı qapıları döyür və əllərindən gələni edərək zənginliyə doğru qaçırlar. Öz rifahları üçün mübarizə aparır və təslim olmurlar.

    Oğlaqlar istənilən dağları yenidən oynatma qabiliyyətinə malikdirlər. Düşmənlərini və rəqiblərini həmişə qısqandırmağı bacarırlar.

  • Yapışqan, benzin, boya iyləmək nə dərəcədə təhlükəlidir?

    Yəqin ki, ətrafınızda yapışqan, benzin, lak, boya kimi məhsulların qoxusunu sevən, bundan zövq alan insanlara rast gəlmisiniz.

    Bu məhsulları qoxulamaq zamanla, hətta onlardan asılı olmağa da gətirib çıxarır. Bir çoxumuz üçün qəribə görünə bilər. Lakin sadalananlar narkomaniyanın bir növü hesab edilən toksikomaniyanın əlamətləridir. Toksikomaniya son illər Azərbaycanda kəskin sürətdə artan xəstəliklər sırasında yer alır.

    Bəs, onunla necə mübarizə aparmaq lazımdır? Bu xəstəlik daha çox hansı yaşlarda müşahidə olunur?

    “Qafqazinfo”ya danışan Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu Fizzə Baxışova bildirib ki, toksikomaniya narkomaniyadan fərqlənmədiyi üçün şübhələnmə əlamətləri eynidir: “Toksikomanlıq insan psixikasına təsir edən bihuşedici maddələrin sui-istifadəsi nəticəsində yaranan həmin maddələrlə, psixi və fiziki asılılıq ifadə olunan xəstəlik vəziyyətidir. Lakin qeyd etmək lazımdır ki, hazırda toksikomaniya termini istifadə olunmur. Bu termin sovet dövrünün termini olub. Onunla bağlıdır ki, narkotik siyahısına daxil olmayan maddələrdən asılı olan şəxslərə toksikoman termini istifadə olunurdu. Daha çox hüquqi müstəvidə dəyərləndirmədir. Tibbi prizmadan baxdıqda, narkotik maddələrdən yaranan asılılıq xəstəliyi ilə eynidir. Bu maddələr insanın bütün orqanizminə, mərkəzi sinir sisteminə, insanın davranışına, psixi vəziyyətinə, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri dəyişir. Bundan əlavə, narkotik maddələrin istifadə edilməsi nəticəsində görmə illuziyaları və hallüsinasiyaları, kəskin depersonalizasiya vəziyyəti müşahidə oluna bilər”.

    Həkimin sözlərinə görə, əksər hallarda toksikomaniya xəstəliyi narkotik maddə istifadə edən şəxslərdə yaranır: “Narkotik maddələrdən asılı olan şəxslər, narkotik maddə qəbulunu dayandırdıqdan sonra onlarda əsasən dərman vasitələrdən istifadə halları müşahidə olunur. Qeyd etmək lazımdır ki, alkoqolizmdən əziyyət çəkən şəxslər çox vaxt benzodiazepin asılılığına düçar olurlar ki, bu da toksikomaniyanın bir növüdür.

    Keçmiş illərə baxdıqda hazırda uçucu maddələr, benzin və digər maddələrdən istifadə halları müşahidə olunmur. Psixotrop maddələrdən asılılığın digər maddələrdən asılılıqda olduğu kimi müalicəsi eynidir. Kompleks yanaşma şəklində daha yaxşı nəticə əldə etmək mümkündür. Bu zaman ilkin olaraq detoksikasiya, sonrakı dövrdə psixokorreksiya, psixoterapiya, reabilitasiya aparılır”.

    Mövzu ilə bağlı saytımıza açıqlama verən psixoloq Fuad Əsədov deyir ki, toksikomaniyaya daha çox erkən gənclik və yeniyetməlik dövründə rast gəlinir: “Toksikomaniya zəhərli maddələrə qarşı duyulan bir sevgi, bir istəklə müşahidə olunan vəziyyətdir. Bu, müxtəlif səbəblərdən insanda yarana bilər. Ola bilər ki, insanın bədənində, qanında hansısa kimyəvi elementlərin çatışmazlığından yaranır, ya da narkotik istifadəçilərində. Toksikomaniya bəzən uşaqlıqdan da ola bilir. Görə bilərsiniz ki, bəzi uşaqların benzin, boya və bu kimi başqa maddələrin qoxusundan xoşları gəlir. Bəzən hətta deyirlər ki, “benzini içmək istəyirəm”. Lakin sırf toksikomaniya şəklində gənclik və yeniyetməlik dövründə üzə çıxır”.

    Psixoloqun sözlərinə görə, bu xəstəliyin müalicəsi zamanı psixoterapiyadan da istifadə olunmalıdır: “Bununla mübarizə aparmaq üçün təbii ki, başlıca olaraq marifləndirmək lazımdır. Xarici ölkələrdə adətən belə insanlar yatılı olaraq xəstəxanalarda qalaraq müalicə alırlar. Müalicə üçün həm dərmanlardan, həm də psixoterapiyadan istifadə olunur. Hər ikisinin paralel getməsi önəmlidir”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. Lakin bu rəqəm 2000-ci ildə 11 nəfər olub. 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin sayı 104 nəfər idisə, ötən il bu say 1156 nəfərə çatıb.

  • Tiktok Azərbaycanda bu qədər videonu silib – SƏBƏBLƏR

    TikTok-da təhlükəsizlik: platforma 2023-cü ilin ikinci rübündə İcma Qaydalarını pozduğuna görə Azərbaycanda 370 mindən çox videonu silib.
     
    TikTok platforması icmanın təhlükəsizliyini prioritetləşdirir, həmçinin müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda istifadəçilər üçün rahat yaradıcı mühit yaratmağa və saxlamağa çalışır. Bunun üçün platforma İcma Qaydalarımızı pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyalar və ekspertlərin birgə səylərindən istifadə edir. Hazırda dünyada 40 000-dən çox ixtisaslaşmış işçi TikTok-da təhlükəsizliyə cavabdehdir.
     
    TikTok öz icmasına şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında aydın təsəvvür yaradan İcma Qaydalarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. 2023-cü ilin 2-ci rübünü əhatə edən ən son hesabatımız aprel ayından qüvvədə olan yenilənmiş İcma Qaydalarımızı əks etdirir və onların nə olduğu və necə tətbiq olunduğuna aydın şəkildə ifadə edir. Ən son İcma Qaydalarının Tətbiq Hesabatına əsasən, 2023-cü ilin ikinci rübündə:
     
    – Dünya miqyasında 106,476,032 video İcma Qaydalarını pozduğuna görə silinib.
     
    – Silinmiş videoların 96,5%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
     
    – Videoların 90,8%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
     
    Eyni müddət ərzində Azərbaycanda:
     
    – 372 153 video İcma Qaydalarını pozduğuna görə silinib.
     
    – Silinmiş videoların ümumi sayının 95,2%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
     
    – Videoların 88,9%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
     
    Həmçinin bu hesabatda TikTok ilk dəfə olaraq platformada canlı yayımların – istifadəçilərə və kontent yaradıcılarına real vaxt rejimində qarşılıqlı əlaqə yaratmağa imkan verən məşhur formatın moderasiyası haqqında məlumat əlavə edib. Beləliklə, 2023-cü ilin ikinci rübündə qaydaları pozduğuna görə dünya miqyasında 8.074.632 canlı yayım bloklanıb ki, bu da həmin dövr üçün ümumi canlı yayım sayının 1,5%-ni təşkil edib./milli.az

  • Maaşlara əlavələr verilməyə başlanıldı: 4 ay birdən

    “Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırıldığı barədə qərar yanvar ayından qüvvəyə minsə də ilin ilk 4 ayının maaş əlavələri bugünə kimi ödənilmirdi.
     
    Median.Az
    Trend-ə istinadən bildirir ki, bu gündən etibarən metro işçilərinin ödənilməmiş olaraq qalan ilk 4 ayın da əlavələri artıq hesablara köçürülüb.
     
    Qeyd edək ki, Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən 2023-cü ilin əvvəlindən metro işçilərinin maaşlarının 15 % artırılması rəsmiləşdi. Bu qərar 5 minə yaxın metropoliten əməkdaşını əhatə edir.
     
    Artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədə olsa da, maaşa edilən artımlar işçilərin hesabına may ayından etibarən köçürülməyə başlanılmışdı. İlin ilk 4 ayının maaşı isə bu zamana kimi metro işçilərinə verilmirdi.
     
    Xatırladaq ki, maaşa artımlarla bağlı qərar 1 yanvar 2023-cü ildə qəbul edilsə də, səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov bu barədə qərarı may ayında imzalamışdı.

  • “Duty free”yə protokol yazıldı

    “Dutyfree.az” MMC-yə inzibati protokol yazılıb.

    Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

    İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.

  • Məşhur ticarət mərkəzi bağlanır

    “Gəncə Universam” QSC ləğv olunur.
     
    Median.Az “Ölkə.Az”-a istinadən məlumatına görə, bununla bağlı qərar “Gəncə Universam” QSC-nin cari ilin noyabrın 24-də baş tutacaq növbədənkənar ümumi yığıncağında qərar veriləcək.
     
    İclasda cəmiyyətin ləğv edilməsi ilə yanaşı ləğvetmə komissiyasının yaradılması və komissiyanın səlahiyyətlərinin müəyyənləşdirilməsiməsələləri də müzakirə ediləcək.

  • Türkiyədə prokuror “Lotu Quli”nin qətlində təqsirləndirilən şəxslərə ömürlük cəza istəyib

    Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən azərbaycanəsilli 8 nəfərin – Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlamlının, Camal Həsənovun, Cəfər Əlizadənin, Xanımnisa Məmmədovanın, Namiq Caniyevin, Rəsul Həsənovun, Ümid Nəcəfovun, Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

    Cinayət işinə Antalya şəhərindəki Manaqvat Ağır Cinayətlər Məhkəməsində baxılır.

    Prokuror bu günkü prosesdə çıxış edib.

    Bildirilib ki, Ə.Mövlamlı, R.Həsənov, Ü.Nəcəfov, C.Kələş, E.Aşan və N.Arasoğlu saxlanılıb. C.Həsənov, C.Əlizadə, X.Məmmədova, N.Caniyev haqqında isə beynəlxalq axtarış elan olunub.

    Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
    //report

  • Объявленный в розыск за мошенничество экстрадирован из Грузии в Азербайджан

    На основании ходатайства Генеральной прокуратуры Азербайджана Генпрокуратурой Грузии принято решение об экстрадиции гражданина Азербайджанской Республики Муршудлу Вусала Ясин оглу в соответствии с требованиями Конвенции от 22.01.1993 года “О правовой помощи и правовых отношениях по гражданским, семейным и уголовным делам”.

    Об этом сообщили в пресс-службе Генпрокуратуры.

    Вусал Муршудлы был задержан на территории Грузии и 24 октября 2023 года доставлен в Азербайджан в сопровождении Специального конвоя пенитенциарной службы Министерства юстиции.

  • Dələduzluğa görə axtarışa verilən şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

    Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Mürşüdlü Vüsal Yasin oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Yasamal rayon polis idarəsində istintaq olunan cinayət işi üzrə Vüsal Mürşüdlünün Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.

    Vüsal Mürşüdlü Gürcüstan ərazisində saxlanılaraq 24.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.