Month: October 2023

  • Dövlət Vergi Xidmətinin strukturunda dəyişiklik edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturuna daxil olan qurumların sayında dəyişiklik edilib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bildirilib ki, dəyişiklikdən sonra daha yeddi qurum DVX-nin strukturuna daxil edilərək sayları artırılıb:

    – Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

    – Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi

    – Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi

    – Milli Gəlirlər Baş İdarəsi

    – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi

    – Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi

    – Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi.

  • Son 10 ildə Xəzər dənizinin səviyyəsi nə qədər enib?

    Son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb.

    APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

    O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizinin səviyyəsindən 28,78 metr azdır:

    “Son beş ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ ilə bağlı konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans keçiriləcək. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq”.

  • В Баку совершивший аварию водитель скрылся с места происшествия – ВИДЕО

    В Ясамальском районе Баку произошло серьезное дорожно-транспортное происшествие.

    Соответствующие кадры были сняты камерой видеонаблюдения, расположенной на близлежащей территории.

    Согласно информации, двигавшийся на высокой скорости автомобиль врезался в машину, совершавшую поворот, а затем в другое транспортное средство, стоявшее на обочине дороги.

    Водитель, создавший аварийную ситуацию, скрылся с места происшествия. Сообщается, что он находился в состоянии алкогольного опьянения.

    Данных о пострадавших во время ДТП нет.

    Представляем эти кадры:

  • Bakıda yol-nəqliyyat hadisəsi baş verib, sərxoş sürücü hadisə yerindən qaçıb – VİDEO (YENİLƏNİB)


    Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib. Sosial şəbəkələrə yayılmış görüntülərə və şahidlərinin verdiyi məlumata görə hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış daha 3 avtomobilə çırpılıb.

    Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin bildirdiyinə görə qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

    Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd etmişdir.

    * * * * *

    Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Görüntülər yaxınlıqdakı ərazinin nəzarət kamerası vasitəsi ilə lentə alınıb.

    Belə ki, sürət həddini aşan avtomobil hərəkətdə olan maşına, daha sonra isə yol kənarındakı növbəti avtomobilə çırpılıb.

    Qəza vəziyyəti yaradan sürücü hadisə yerindən qaçıb.

    Onun spirtli içkinin təsirində olduğu bildirilir.

    Hadisə zamanı ölən və xəsarət alan barədə dəqiq məlumat yoxdur.

  • Cəbrayıl, Qubadlı və Zəngilanda 2027-ci ilədək 24 kəndin tikilməsi nəzərdə tutulub

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na görə, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında üç şəhər mərkəzi, beş qəsəbə və 24 kəndin tikintisi nəzərdə tutulub.

    “Report” xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri” mövzusunda baş tutan paneldə deyib.

    “Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Bu kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb. Ağalı kəndinin idarəedilməsinə cəlb olunan əməkdaşlarımızın əksər hissəsi məhz buranın sakinləridir”, – deyə N.Cəfərov qeyd edib.

  • Ильхам Алиев принял участие в открытии новой платной автодороги Баку – Губа – госграница с Россией

    20 октября Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии новой платной автомобильной дороги Баку – Губа – государственная граница с Российской Федерацией.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb – VİDEO

    Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbə sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

    Faktla bağlı polis bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

  • DYP qaydanı pozduğu üçün cərimələnən piyadalara xəbərdarlıq edib

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda pozuntusuna yol verdiyi üçün cərimələnən piyadalara xəbərdarlıq edib.

    Bu barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli məlumat verib.

    Qeyd olunub ki, Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəblə onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub:

    “Qaydaları pozan piyadalar törətdikləri xətalara görə, barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır. Paytaxt ərazisindəki yol-nəqliyyat hadisələrində piyadavurma hallarının risk zonaları üzrə qiymətləndirərək xidməti məhz piyada təhlükəsizliyinin artırılması məqsədilə aparmaqla yanaşı, nəzarət mexanizimlərinin də sərtləşdirilməsi qaçılmazdır. Bu da onu deməyə əsas verir ki, piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol-nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır. Piyadaların yol infrastrukturundan düzgün istifadə etməməsi ağır faciələrlə yanaşı digər problemlərə də yol açır. Bəzən media resurslarında ictimai müzakirələr aparılarkən piyadalara münasibətdə protokolların az tərtib olunduğu bildirilir. Lakin bu belə deyil, piyadalarla bağlı bir çox preventiv və nəzarət profilaktik tədbirlər keçirilir. Onların gün ərzində qaydaları pozmaması üçün əməkdaşlarımız nizamlayıcı qismində yollarda təhlükəsizliyi ən mürəkkəb ərazilərdə təmin edirlər. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir”.

    Araz Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini də vurğulayıb:

    “Həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Belə ki, həmin şəxslər məsuliyyətsizliyə davam etsələr, müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün ölkədən çıxış, yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən, müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşıb problemlər yaranmasın. Cərimələri öyrənmək üçün Daxili İşlər Nazirliyi “my.gov.az”a bütün məlumatları inteqrasiya edib. Dövlət Yol Polisinin tərtib etdiyi cərimələri də həmin sistemdən öyrənmək mümkündür”.

    Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir:

    “İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə, artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əməkhaqqı və digər formada bank kartına yönləndirilir”.

  • Bakıda gəlinini güllələyən kişi tanınmış şəxs imiş: Xəstəxanada öldü

    Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.

    “Qafqazinfo” xəbər verir ki, 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.

    Əldə edilən digər məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

    Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb.

    O, bir çox orden və medallara layiq görülübmüş.

    Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəminində qətlə yetirdiyini bildirib.

    O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.

    Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.