Month: October 2023

  • İlham Əliyev: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib”

    “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

    Müraciətdə bildirilib ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini soyqırımına məruz qoyub.

  • Ильхам Алиев: Азербайджан крайне обеспокоен нарастанием тенденций новых проявлений колониализма в XXI веке

    Азербайджан крайне обеспокоен продолжением в XXI веке колониализма и нарастанием тенденций его новых проявлений.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Ильхама Алиева к участникам международной конференции на тему “Неоколониализм: нарушение прав человека и несправедливость”.

    “Несмотря на то, что с Бандунгской конференции прошло около 70 лет, есть страны, которые все еще продолжают колониализм. Одной и первой из этих стран является Франция”, – отмечается в обращении.

  • Prezident: “Azərbaycan XXI əsrdə kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır”

    “Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

    “Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən, kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır”, – deyə müraciətdə bildirilib.

  • Dələduzluqda təqsirləndirilən beş nəfərə HÖKM OXUNDU

    Dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən məhkəmə zalında həbs olunub.

    Digər təqsirləndirilən şəxslər Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib.

    Həbs edilən şəxslər dəymiş ziyanı ödəməyib, digər 3 şəxs isə dəyən ziyanı tam ödəyib.

    Bu iş üzrə təqsirləndirilən Samirə Mirzəyevə istintaqdan gizlənib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə söz verib və 300 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

    Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham verilib.

  • В Азербайджане три закона утратят силу

    С принятием Кодекса о конкуренции в Азербайджане законы “О недобросовестной конкуренции”, “Об антимонопольной деятельности” и “О естественных монополиях” утратят силу.

    Как сообщает Report, сейчас в связи с этим ведутся обсуждения с субъектом законодательной инициативы.

    Сегодня на заседании Милли Меджлиса парламентарии обсудят законопроект “Об утверждении Кодекса о конкуренции” во втором чтении.

  • Azərbaycanda üç qanun ləğv olunacaq

    Azərbaycanda üç qanun ləğv olunacaq.

    “Report”un əldə etdiyi məlumata görə, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə “Haqsız rəqabət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv ediləcək.

    Məsələ ilə bağlı hazırda qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırma aparılır.

    Qeyd edək ki, bu gün “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

  • Прогноз погоды в Азербайджане на 21 октября

    21 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода без осадков, ночью и утром местами слабый туман и морось, умеренный южный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне ночью – 13-16, днем – 18-23 градуса тепла.

    Атмосферное давление понизится с 765 до 762 мм ртутного столба. Относительная влажность воздуха составит ночью 75-85%, днем – 50-60%.

    В районах Азербайджана завтра осадков не ожидается, ночью и утром на отдельных территориях туман, ветер восточный.

    Температура воздуха ночью – 8-13, днем – 19-24 градуса тепла, в горах ночью – от 1 градуса мороза до 4 тепла, днем – 7-12 градусов выше нуля.

  • Sabahın hava proqnozu açıqlanıb

    Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

  • Beş yüzdən çox dövlət informasiya sistemində nöqsan aşkar edilib

    Cari ilin üç rübü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatları hazırlanıb, tövsiyələrlə bərabər, aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilib.

    Bu barədə XRİTDX-nin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində bildirilir.

    Ötən ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 380 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş “elektron sorğu sistemi” vasitəsi ilə dövlət qurumlarından üç rüb ərzində 5 418 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

  • Израильские военные попали под обстрел у населенного пункта Маргалиот на границе с Ливаном

    Израильские военные попали под обстрел в районе населенного пункта Маргалиот, расположенного на севере страны у границы с Ливаном.

    Об этом говорится в заявлении пресс-службы Армии обороны Израиля, опубликованном в ее официальном Telegram-канале.

    “Согласно первоначальным сообщениям, военнослужащие Армии обороны Израиля подверглись обстрелу в районе населенного пункта Маргалиот и открыли ответный огонь. В настоящий момент военные изучают местность в поисках подозреваемых”, – говорится в сообщении.

    Источник: ТАСС