Month: November 2023

  • Komitə sədri: “Son 5 ildə büdcənin qeyri-neft gəlirləri 60 % artıb”

    Son 5 il ərzində Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 miliyard manat və yaxud 60 % artıb.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

    “Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərini kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcəkdədir”, – deyə o qeyd edib.

    “Qeyri neft qaz sektoru üzrə vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin təqribən 1,1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən iqtisadiyyatda keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətii ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6,3 milyard manat və yaxud 66 % artması təqdirəlayiq haldır”, – deyə sədr əlavə edib.
    //report

  • Tarif Şurasına yeni səlahiyyət verilib

    “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli dəyişikliklər edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:

    “6. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir”.

  • В Азербайджане граждане Кувейта задержаны за незаконную охоту

    В Азербайджане граждане Кувейта задержаны за незаконную охоту.

    Об этом сообщили в пресс-службе Министерства экологии и природных ресурсов.

    В ходе очередных контрольных мероприятий, проведенных сотрудниками Государственной службы экологической безопасности, были задержаны граждане Кувейта, незаконно охотившиеся на территории охотничьего хозяйства “Сарысу”.

    В их отношении приняты соответствующие меры.

  • Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıblar

    Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıblar.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

    Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

  • Силы спецназа Греции провели учения с Кипром и Арменией

    Силы специального назначения вооруженных сил Греции, Кипра и Армении провели учения в столичной греческой области Аттика для повышения их оперативной подготовки.

    Об этом сообщил Генеральный штаб национальной обороны Греции.

    Согласно размещенной на его сайте информации, “с 6 по 10 ноября в районе Неа Перамос в Аттике состоялись трехсторонние совместные учения сил спецназа: сил специальных операций Греции, Кипра и Армении в рамках планов Генерального штаба, а также международного сотрудничества”.

    Источник: ТАСС

  • Yunanıstan xüsusi təyinatlıları Kipr və Ermənistan hərbçiləri ilə təlimlər keçiriblər

    Yunanıstan, Kipr və Ermənistandan olan xüsusi təyinatlılar əməliyyat hazırlığını təkmilləşdirmək üçün Yunanıstan paytaxtının Attika bölgəsində təlimlər keçiblər.

    Bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahı xəbər yayıb.

    “Noyabrın 6-dan 10-dək Attikanın Nea Peramos bölgəsində Yunanıstan, Kipr və Ermənistanın xüsusi əməliyyat qüvvələrinin Baş Qərargahın planları, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində xüsusi təyinatlıların üçtərəfli birgə təlimləri keçirilib”, – məlumatda deyilir.

    Mənbə: TASS

  • Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıblar

    Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıblar.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

    Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

  • Deputat: “Bütün qurumlara İcbari Tibbi Sığorta Fondunun vəsaitlərinə çıxış üçün eyni şərait yaradılmır”

    “Camaşırxana, qida və s. bölmələr tibb müəssisələri üzərində yükə çevrilib”.

    APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Müşfiq Məmmədli deyib.

    Deputat bildirib ki, real gəlir gətirən xəstəxana baş həkimlərinin maaşı bəzi hallarda idarəetmədə olan şəxsdən az olur:

    “Bu da narazılığa səbəb olur. Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlirlər. Səhiyyə idarəetməsi və tibb xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyinin payı artırılmalıdır. Bütün qurumlara İcbari Tibbi Sığorta Fonduna yığılan vəsaitlərə çıxış üçün eyni şərait yaradılmır, bəzən süni əngəllər yaradılır. Tibb müəssisələrinin akkreditasiyası inqilabi dəyişikliklərə səbəb olacaq. Gələn il müstəqillik dövrünün rekord səviyyədə səhiyyə büdcəsi gözlənilir”.

  • Bakıda 83 yaşlı kişinin pensiyası kəsilib?

    83 yaşlı Bakı şəhər sakininin pensiyası kəsilib.

    Bununla bağlı iddialar sosial şəbəkələrdə yayılan məlumatlarda öz əksini tapıb.

    Məlumatda iddia edilir ki, 1940-cı il təvəllüdlü Mirzəbala Novruzov iki aydır pensiya almır.

    Onun hansı səbəbdən pensiyasının kəsildiyi isə bildirilmir.

    Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən Mirzəbala Nuhi oğlu Novruzova noyabr ayı da daxil olmaqla bütün ödənişlər həyata keçirilib:

    “Onun aidiyyəti üzrə müvafiq banka müraciət etməsi tövsiyə olunur”.

    Nazirlikdən yaşlı kişinin pensiyasının kəsilmə səbəbi ilə bağlı isə heç bir cavab verilməyib.

  • Sənədlərlə bağlı rüsumlardan biri LƏĞV EDİLDİ

    Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda göstərilib.

    Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edilib.

    Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı.

    Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.