Month: November 2023

  • В Турции произошло массовое отравление студентов – ВИДЕО

    В Турции устанавливают причины массового отравления студентов в провинции Ыспарта, сообщили в офисе губернатора региона.

    В заявлении местных властей говорится, что 117 студентов, проживающих в общежитии Бедиуззаман Саид Нурси, обратились к медикам с жалобами на диарею, тошноту и боли в животе. Врачи заподозрили отравление.

    Госпитализация никому не потребовалась, после оказания первой медицинской помощи студенты вернулись в общежитие.

    По словам учащихся, причиной их недомогания мог стать ужин 11 ноября в столовой общежития. Для проверки изъяты образцы еды и воды, Генеральная прокуратура начала расследование инцидента.

  • Türkiyədə yataqxanada qalan 117 qız tələbə zəhərlənib – VİDEO

    Türkiyənin İsparta şəhərində yataqxanada qalan 117 qız tələbənin halı pisləşib.

    Məlumata görə, onlar Süleyman Dəmirəl Universitetinin Şərq kampusunun Bədiüzzaman Səid Nursi yataqxanasında yaşayan tələbələr olublar.

    İlkin tibbi yardım göstərildikdən sonra tələbələr yataqxanaya qayıdıblar.

    Həkimlər onların zəhərləndiyini bildiriblər.

    Qeyd edək ki, tələbələrin qidalandığı ərzaq və su nümunələri müayinə üçün götürülüb, Baş Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

  • Sabah dumanlı hava gözlənilir

    Azərbaycan ərazisində noyabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

  • Bakıda avtomobil qaçırılıb

    Noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobil qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

    Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Bakıda avtomobil piyadanı vuraraq öldürüb

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    APA xəbər verir ki, hadisə Sabunçu rayonunda, “Səhram” marketin qarşısında baş verib.

    Vüsal Şirinov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən 1993-cü il təvəllüdlü Məmmədəli Həsənzadəni vuraraq öldürüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • İraq prezidenti Azərbaycan səfirini qəbul edib

    İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.

    Məlumatı Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov özünün “X” hesabında paylaşıb.

    Diplomatımız qeyd edib ki, söhbət zamanı Əbdüllətif Camal Rəşid cari il martın 1-3-də Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşü xoş təəssüratla xatırlayıb.

    Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir.

    İraq prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil sahələrində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

    Nəsir Məmmədov faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycan və İraq xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.

    Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

  • Экс-депутат подал в суд на Исполнительную власть города Баку

    На Исполнительную власть города Баку подана жалоба.

    Как сообщает news24.az, Ассоциация содействия развитию гражданского общества в Азербайджане обратилась в Бакинский административный суд.

    Неправительственная организация возбудила иск против мэрии Баку из-за споров по земельным отношениям.

    Напомним, президентом ассоциации является экс-депутат Эльхан Сулейманов.

  • Sabiq deputat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

    Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

    News24.az-ın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib.

    Qeyri-hökumət təşkilatı Bakı meriyasını torpaq münasibətləri üzrə mübahisələrə görə məhkəmədə iddia qaldırıb.

    Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti sabiq deputat Elxan Süleymanovdur.

  • В Баку будут снесены дома по еще одному адресу

    На улице Бехбуда Шахтахтинского в Ясамальском районе Баку в ближайшее время начнется снос частных домов.

    Как сообщает Baku.ws, почти достигнута договоренность с владельцами домов, снос которых начнется в январе следующего года.

    Так, компания, осуществляющая снос, предложила гражданам квартиры в новых многоэтажных зданиях, которые будут построены на этой же территории. Кроме того, жильцам, чьи дома будут подвергнуты сносу, на время строительства новых зданий будет предоставлена арендная плата в размере 700 манатов.

    Отметим, что многие частные жилые дома рядом с указанным адресом были снесены некоторое время назад.

  • Bakının daha bir ünvanında söküntü: Sakinlərə kirayə pulu və mənzillər veriləcək

    Bakıda Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Behbud Şaxtaxtinski küçəsində yerləşən fərdi yaşayış evlərindən gedir.

    Baku.ws xəbər verir ki, gələn ilin yanvar ayından söküntüsünə başlanacaq evlərin sahibləri ilə demək olar ki, razılıq əldə olunub.

    Belə ki, fərdi evlərin söküntüsünü icra edən şirkət həmin ərazidə çoxmərtəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 700 manat kirayə pulu da veriləcək.

    Qeyd edək ki, adıçəkilən ünvanın yaxınlığındakı bir çox fərdi yaşayış evləri artıq bir müddətdir ki, sökülmüşdü.