Month: November 2023

  • Azərbaycanda nə qədər işçi ilə əmək müqaviləsi bağlanıb?

    Bu il noyabr ayının 1-nə Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1 milyon 790,8 minə çatıb.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

    Məlumatda deyilir ki, Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb.

    Həmçinin qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid artaraq 889 mindən çox olub.

  • Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

    “Laçında əhalinin sosial rifahı və rahat yaşayışı üçün bir sıra işlər görülüb. Prioritet məsələ sakinlərin iş yerləri ilə təmin edilməsi və bu istiqamətdə lazımı addımların atılmasıdır. Yaxın günlərdə isə əhalinin gediş-gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq”.

    Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev bildirib.

    O, Laçın şəhərində yaradılan şərait barədə danışarkən qeyd edib ki, hazırda şəhərdə 1204 nəfər yaşayır və prioritet məsələ həm də əhalinin işlə təmin olunmasıdır:

    “Laçın şəhərinin mərkəzində ilkin olaraq 712 obyektdə tikinti işləri aparılıb və hazırda işlər davam etdirilir. İşlər görülən obyektlərin 75-i qeyri-yaşayış, 628-i fərdi evlər və 144 mənzildən ibarət olan 9 ədəd ümumi yaşayış evləridir. Prezident İlham Əliyevin may ayının 28-də Laçına köçən 20 ailəyə evlərin açarları təqdim etməsindən bu günə kimi Laçına şəhərinə 1204 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Bu ayda da Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Laçın şəhərində köçlə yanaşı prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq”.

    E.Abdullayev bildirib ki, Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib:

    “Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir.

    Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-ci ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. May ayının 1-dən Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini yüksək səviyyədə davam etdirir. Bundan başqa, Laçın şəhəri ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub və yaxın günlərdə Laçında ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək”.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Декабрьские фьючерсы на марку WTI подешевели на 0,88% – до 76,49 доллара за баррель, январские на Brent – на 0,87%, до 80,72 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin dekabr füçersləri 0,88% faiz ucuzlaşaraq, bir barelinin qiyməti 76,49 ABŞ dolları olub.

    “Brent” markalı neftin yanvar füçersləri 0,87% ucuzlaşaraq, bir barelinin qiyməti 80,72 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Гяндже четыре члена семьи отравились угарным газом

    В Гяндже зафиксирован случай отравления.

    Как сообщает АЗЕРТАДЖ, были госпитализированы члены одной семьи – М.Гурбанова (1954 г.р.), Ш.Гурбанова (1987 г.р.), В.Гурбанов (2008 г.р.) и А.Гурбанов (2010 г.р.). Пострадавшим была оказана первая медицинская помощь, их состояние оценивается как удовлетворительное.

    Предполагается, что они отравились угарным газом в своем доме, расположенном на проспекте Гейдара Алиева.

    В Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что вчера с 23:02 в больницу имени академика З.Мамедова Гянджинской городской объединенной больницы поступили пять человек в связи с отравлением угарным газом.

    “Им была оказана необходимая медицинская помощь. Граждане, состояние которых считается удовлетворительным, выписаны домой на амбулаторное лечение”, – говорится в сообщении.

    По данному факту ведется расследование.

  • Gəncədə dəm qazından zəhərlənən bir ailənin dörd üzvünün son durumu AÇIQLANDI

    Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarındakı mənzillərin birində qeydə alınıb.

    1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

    Onlar yaşadıqları evdə dəm qazından zəhərləndiklərini bildiriblər.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəm qazından zəhərlənən şəxslərin son durumunu açıqlayıb:

    “Dünən saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə beş nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda qeyd olunub.

    Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

  • “Двенадцатый имам” подал апелляционную жалобу

    Подана апелляционная жалоба на приговор Агилю Бабаеву, который обвиняется в совершении мошенничества в отношении около 40 граждан.

    Об этом Report сообщил его адвокат Эльнур Гулиев.

    Он отметил, что жалоба была подана в Бакинский апелляционный суд с целью вынесения в отношении А.Бабаева оправдательного приговора.

    Отметим, что Бакинский суд по тяжким преступлениям приговорил А.Бабаева к 12 годам и 6 месяцам лишения свободы.

    Напомним, что он причинил ущерб потерпевшим на общую сумму 2 500 000 манатов.

    Согласно обвинительному акту, А.Бабаев представлялся верующим гражданам “12-м имамом Мехди” и на организуемых им религиозных собраниях заявлял, что якобы был послан на землю божественной силой с целью творить добро и помогать малоимущим и вера в него имеет очень большое значение, так как она поможет избавиться от страданий в загробной жизни. За это А.Бабаев требовал ежемесячно выплачивать ему деньги, которые он якобы распределял среди бедных. Кроме того, мошенник, злоупотребив доверием граждан, присвоил крупную денежную сумму во время 44-дневной Отечественной войны 2020 года под предлогом строительства домов для семей шехидов и ветеранов и обеспечения их жильем. За счет собранных средств А.Бабаев улучшил свое благосостояние, приобрел дорогие квартиры в Баку и автомобили.

    Также правоохранители выяснили, что не подчинявшиеся мошеннику подвергались унижениям, насилию и оскорблениям.

    В связи с указанными фактами возбуждено уголовное дело по статье 178.3.2 (мошенничество, совершенное с причинением ущерба в крупном размере) Уголовного кодекса Азербайджана. Решением Наримановского районного суда в отношении А.Бабаева избрана мера пресечения в виде ареста.

    Около 40 граждан были признаны потерпевшими по делу, все они дали показания против лжеимама.

  • Özünü “12-ci imam” adlandıran şəxs apellyasiya şikayəti verdi

    Özünü “12-ci imam” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

    Bu barədə “Report”a onun vəkili Elnur Quliyev deyib.

    O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və A.Babayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

    Xatırladaq ki, A.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, o, zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

    İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci imam” kimi təqdim edib.

    Təşkil etdiyi dini məclislərdə A.Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.

    Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

    Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına A.Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzəranını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

    A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

  • В Гяндже скончался гражданин Турции

    В Гяндже скончался гражданин Турции.

    Как сообщает АПА, Аныл Ибрагим Мустафа (1947 г.р.) был госпитализирован с высоким артериальным давлением.

    Несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    По данному факту ведется расследование.

  • Gəncədə Türkiyə vətəndaşı ölüb

    Gəncədə Türkiyə vətəndaşı ölüb.

    APA xəbər verir ki, Türkiyə vətəndaşı, 1947-ci il təvəllüdlü Anıl İbrahim Mustafa yüksək arterial təzyiq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Həkimlərin səyinə baxmayaraq, Türkiyə vətəndaşı orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.