Month: November 2023

  • Döyüldüyü deyilən Aşıq Namiq danışdı: Mənə dedilər ki… – AÇIQLAMA

    Tanınmış aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı xəbərlər yayılıb.

    Məlumata görə, Aşıq Namiq parkda gəzən qadına söz atıb.

    Nəticədə qadının oğlu onu döyüb.

    Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

    Median.Az xəbər verir ki, azxeber.com məsələ ilə bağlı Aşıq Namiq Fərhadoğlu ilə əlaqə saxlayıb.

    O hadisə haqda ətraflı məlumat verib:

    “Bu hadisə üç gün bundan əvvəl olub. “Dədə Qorqud” parkında gəzirdim. Parkda iki qadın gəzişirdi, 60-65 yaşları olardı. Anam yaşında qadınlar idi. Onlar məni tanıdı və öz aralarında mənim haqda danışmağa başladılar: Bilirsiniz ki, mən tanınmış adamam, küçədə gəzəndə hamı məni tanıyır.

    Elə bu an bir oğlan yaxınlaşdı və dedi ki, sən mənim anama nə deyirdin? Mən çaş-baş qaldım və bildirdim ki, anam yaşında qadınla mənim nə işim ola bilər? Bu zaman həmin oğlan mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Aramızda söz davası oldu. Bu an gördüm ki, həmin qadın cibindən telefon çıxartdı və çəkməyə başladı. Mən artıq məsələnin nə olduğunu anladım. İnsanlar bizi aralayanda mənim telefonum düşdü və ekranı qırıldı. Hər yerdə kameralar var, tələb etdim ki, açılsın. Burada aydın görünürdü ki, bu insanların məqsədi mənə “ilişmək” idi. Parkda olan insanlar bu ailəni tanıyır. Oğlanın pis vərdişləri olduğunu dedilər. Bu hadisəni mən nəticəsiz buraxmayacam. Görüntülər var kameralarda, hamısını çıxaracağam”.

    Aşıq Namiq hadisənin polis tərəfindən araşdırıldığını, lazım gələrsə məhkəməyə qədər gedəcəyini bildirib:

    “Gedib polisə izahat veriblər və yazıblar ki, guya mən demişəm “yaşlı qadınsınız, sizin parkda nə işiniz var, qoyun cavanlar gəzsin”.

    Bu oyunu mənə kim qurub bilmirəm. Qadın öz dili ilə deyir ki, dayan səni biabır edəcəyəm. Bu iş planlaşdırılıb. Onlara kim ixtiyar verib ki, söyüş söysünlər və məni telefona çəksinlər? Mən polisə verəcəkdim, onlar məndən əvvəl gediblər. Polisdən mənə zəng gəldi, idarəyə dəvət etdilər mən də getdim. Mən oğlanla dalaşmışam, amma qadın gedib ekspertizaya, deyib Namiq məni döyüb, telefonumu qırıb. Bu qurmadır. Mənim də əlim əzilib.

    Aşıq Namiq qadına əl qaldırmadığını deyib:

    “Mən qadına əl qaldırmamışam, sadəcə əlindən telefonunu almışam ki, sən niyə məni çəkirsən? İndi də bəhanə edirlər ki, mən qadının telefonunu qırmışam. Yalandan deyir ki, telefonum “İphone 14 pro max”dır. Sən də mənə onu almalısan. Polisdə gətirəndə baxıram ki, onun telefonu “iphone 11”dir. Yəni bunların məqsədi mənə o bahalı telefonu aldırmaq idi. Dava zamanı oğlan mənim boynumdakı qızıl boyunbağını da götürüb. Heç o ortada yoxdur. Hələ yanındakı qadın da deyir ki, sən pullu oğlansan, hər gün toylardasan. Bir telefon alsan, dünya dağılacaq? Bax bunların məqsədi bu idi. Gördülər ki, məndən heç nə çıxmır, indi də məni gözdən salmağa çalışırlar. Şərəf və ləyaqətim alçaldıldığına görə mən məhkəməyə qədər gedəcəyəm”.

    Aşıq Namiq döyülmədiyini də deyib: “Heç kim məni döyməyib. Qələt edir məni döyən”.

  • Oğlu Mirşahin haqda yazdı: “Bilirsən, ən qəribəsi nədir, Ata?”

    REAL TV-nin rəhbəri Mirşahin Ağayevin oğlu Mirçingiz Ağayev öz feysbuk səhifəsində atası ilə bağlı maraqlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

    “İzn verin, bu bozarmış dünyanın rəngsiz duyğularına qarışan adamlardan, solğun fikirlərdən sıyrılıb bir-iki kəlmə də mən danışım. Ki, məsələn, nə deməkdir övladlıq və necə duyğudur məsuliyyət? Ancaq bir qədər əvvələ qayıtsaq, adım Mir Çingizdir. Bəli, məhz Mir Çingiz. Hər nə qədər şəxsiyyət vəsiqəmdə Mirçingiz yazılsa da, fərz edin, heç yazılmayıb. Jurnalist ailəsində göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. Gördüyünüz kimi, mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.

    Dedim axı, jurnalist ailəsində doğulmuşam. 11 yaşımda önümə qoyduğum məqsəd gah müxbirlik, gah aparıcılıq, gah layihə rəhbərliyiydi. Möhtərəm oxucu soruşa bilər ki, öz hədəfin olmayıbmı? Əlbəttə olub. Məsələn, hələ jurnalistliyin mənasını qavramazdan öncə 12 vərəq dəftərlərdə qəzet düzəldər, jurnal hazırlayar, güya kitablar çap edər, hər bayram günü otağın qapısını kilidləyib “studiya” qurar, beləcə, anamla qardaşımı qonaq çağırardım. Atamı çox tapmazdıq evdə. Mütəmadi çalışar, çalışar və çalışardı. Bəzən gecəyarı qonaq otağını bürümüş göyümtül işıqdan ötrü oyanardım. Hənirtisizcə çıxardım dəhlizə və görərdim, atam məqalə hazırlayır – Hesabat üçün. Sənədli filmlər üçün. Yaxud gecəyarı zəng edərdi hansısa əməkdaşa: O adama əlli dəfə tapşırmışdım ki, kadrı dəyişsin! Hara baxır bu uşaqlar? Yığışdırın efirdən. Dərhal!

    Sonra yenə səssizlik. Qapının cəftəsi dartılır. Və kilidin keçinmə səsi duyulur. Gecədir. Yatmaq vaxtıdır. Amma möhtərəm oxucu soruşmaq istəsə ki, “Bəs axı, bu söhbətin övladlıq hissinə nə dəxli var?”, izah edə bilərəm: Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm.

    Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Söz yox, saqqalı dalayardı burnumu. Ancaq yenə də sevərdim boynunu qucaqlamağı. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! – Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Pehmən cümləni yerli-dibli silmək lazımdır. Uşağı tərifləməyin.

    Bax, budur övladlıq məsuliyyəti: tərifsizlik arzusu və tənqid yanğısı. Məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox. Çevrilmə! Qonaqlarla birgəyik. Kənddə. Ətrafımızda xoş rayihə dolaşır. Kənd evlərinin hüzurunu bilməyən olmaz. Təbiətin çulğayan diriliyi fonunda əyləşib domino oynayırıq. Hardansa bir nəfər kimliyimlə maraqlanır və dərhal da təbəssümümdən tanıyır məni.

    – Oxşayırmış…

    Xarakter? Hə, bax, bu məqamda təbrikdən daha çox təşəkkürlərə ehtiyacım var. Çünki xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Nə isə. Bura qədər yazdıqlarımın məramını anlamaq çox çətin olmamalıdır. Hər halda Kafkadan daha möhtəşəm məktublar yazmaq iqtidarına sahibəm. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Misal, bilirəm, əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim “keçilməz”lərimi yoxa çıxarır. Önümü açır.

    “On bir” adlı hekayəm gəlirmi yadına, Ata? Oxuyar-oxumaz zəng etmiş və reanimasadakı oğluna, mənə demişdin: Bala, elə bil ki, bu hekayəni ad gününə təbrik postu kimi mən yazmışam. Və dərhal da paylaşmışdın. Hətta bir gün ölkənin ən möhtəşəm televiziyasını qursam belə, söz verirəm, həmin cümlələrini heç bir oğulun öz atasından eşitmədiyi bir biçimdə qoruyub saxlayacam qulaqlarımda. Lap balaca uşaqlar kimi! Məsumca və təmənnasız… Noyabrı mənə cəmi iki adam sevdirib: Atam və qardaşım. Ki, an etibarilə atamın 60 illik yubileyidir. İşə bir bax! Hər oğulun rastlaşmağa məcbur olduğu həqiqət yerinə gör mənə hansı xəbəri çatdırırlar?

    – Atan təltif olunub. Birinci Dərəcəli. Bax bu!

    Birinci dərəcəli – Müqayisələr içində ən kritik məqam!

    Vətənə xidmət – Övladlığın ilk şərti. Vətən oğlu olmağın məramı və nəticəsi!

    Orden – Ömürlük məsuliyyətin möhürləşən meyvəsi! Necə ləzzətlidir…

    Bilirsən, ən qəribəsi nədir, Ata? Az qalsın, ətrafımdakı bütün jurnalistlərdən, hətta sənə nifrət edənlərdən də yenə səni öyrənirəm və bu, möhtəşəmdir. Doğum günün qədər möhtəşəm…

    Təbrik edirəm, Birinci Jurnalist! Bütün çətinliklərə, bütün tənqidlərə, bütün kölgələrə, bütün işıqlara, bütün kədər və bütün sevinclərə rəğmən, yaxşı ki, altmış yaşın zirvəsinə çevrildin. Varsan və dirisən! Nə yaxşı ki!”

  • В Баку в квартире обнаружено тело

    В Хатаинском районе города Баку найдено тело.

    Об этом сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС).

    На горячую линию ведомства 112 поступила информация о том, что один человек оказался в беспомощном состоянии за закрытой дверью в квартире.

    По вызову были незамедлительно привлечены сотрудники Бакинского регионального центра МЧС.

    В результате проведенных мероприятий в квартире было обнаружено тело одного человека, которое передали по назначению.

  • Bakıda mənzildən meyit tapılıb

    Paytaxtda evdən meyit tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Parkda qadına sataşan Aşıq Namiqi döydülər

    Parkda qadına söz atan Aşıq Namiq döyüldü

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib. Belə ki, Aşıq Namiq parkda gəzən qadına söz atıb.

    Nəticədə qadının oğlu onu döyüb.

    Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.

  • Пользователям Windows 11 позволят удалять ненужные встроенные программы

    Корпорация Microsoft продолжит сокращать количество встроенных в Windows 11 приложений. В бета-версии операционной системы для разработчиков была обнаружена возможность удаления программ “Фото” и “Камера”.

    Удаление этих приложений стало доступно в Windows 11 для разработчиков с номером сборки 23585. Ранее Microsoft удалила из Windows 11 приложения “Фильмы и ТВ” и “Карты”, а в будущих релизах ожидается удаление Tips, WordPad и Cortana. Точные сроки появления этих функций не сообщаются.

    По мнению экспертов, таким образом Microsoft желает предоставить пользователям Windows возможность удалять неиспользуемые ими приложения и тем самым ускорять работу системы.

    Ранее корпорация анонсировала появление в Windows 11 встроенного ассистента на базе искусственного интеллекта GPT-4 под названием Copilot.

    Источник: gazeta.ru

  • “Windows 11” istifadəçilərinə quraşdırılmış lazımsız proqramları silməyə icazə veriləcək

    “Microsoft” korporasiyası “Windows 11” əməliyyat sisteminə (ƏS) quraşdırılmış proqramların sayını azaltmağa davam edəcək. Tərtibatçılar üçün ƏS-nin beta versiyasında “Foto” və “Kamera” proqramlarını silmək funksiyası aşkar edilib.

    Bu proqramların silinməsi 23585 quruluş nömrəsi ilə “Windows 11”də tərtibatçılar üçün mümkündür. “Microsoft” əvvəllər “Film və TV” və “Xəritə” proqramlarını “Windows 11”dən silib, gələcək buraxılışlarda isə “Tips”, “WordPad” və “Cortana” proqramlarının silinəcəyi gözlənilir. Bu funksiyaların əlçatan olmasına dair dəqiq vaxt açıqlanmayıb.

    Mütəxəssislərin fikrincə, bu yolla “Microsoft Windows” istifadəçilərinə istifadə etmədikləri proqramları silmək imkanı vermək və bununla da sistemin işini sürətləndirmək istəyir.

    Xatırladaq ki, 2023-cü ilin yayında “Microsoft” rəsmi olaraq “Windows 10” və “Windows 11”də “Cortana” səsli köməkçisini dəstəkləməyi dayandırdı. Tətbiq ƏS-də 2015-ci ildə ortaya çıxıb, lakin istifadəçilər arasında heç vaxt populyarlaşmayıb.

    Qeyd edək ki, bu il korporasiya həmçinin “Windows 11”də “Copilot” adlı “GPT-4” süni intellekt əsasında quraşdırılmış köməkçinin yaradıldığını elan edib.

    Mənbə: “WindowsLatest” portalı

  • Рианна кардинально сменила свой имидж – ФОТО

    Барбадосская певица Рианна кардинально сменила свой имидж.

    Согласно информации, исполнительницу заметили во время ее выхода на ужин. Она была в длинном бежевом пальто, надетым поверх джинсов с цветным узором и серой худи.

    Сочетала свой образ Рианна с туфлями на каблуках из змеиной кожи. Однако примечателен не столько сам лук, как волосы поп-звезды – они теперь светлые.


  • Rihanna imicini dəyişdi – FOTO

    Rihanna imicini yeniləyib.

    Pop ulduzu axşam yeməyində görüntülənib.

    Daha çox diqqətçəkən məqam müğənninin saçları olub. Onların rəngi və forması dəyişilib.

    Paparasilərin çəkdikləri fotolar sosial şəbəkələrdə yayılıb.


  • В Азербайджане произошло землетрясение

    В Исмайыллинском районе произошло землетрясение магнитудой 3.

    Об этом сообщили в Республиканском центре Сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Согласно информации, подземные толчки были зафиксированы в 02:50 в 4 км к северу от станции “Исмайыллы”.

    Очаг стихии залегал на глубине 7 км.