Month: November 2023

  • Lənkaranda istehlaka yararsız ət məhsulları aşkarlanıb

    Daxil olan məlumat əsasında Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Rəsul Nazim oğlu Yusifliyə məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin anbarda istifadə müddəti bitmiş, etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar aşkarlanıb:

    Etiket məlumatları və müşayiətedici sənədləri olmayan:

    Ümumi çəkisi 280 kq olan 28 qutu toyuq əti;

    Ümumi çəkisi 30 kq olan 3 qutu toyuq ayağı;

    Ümumi çəkisi 280 kq olan toyuq qanadı.

    Müşayiətedici sənədləri olmayan:

    Ümumi çəkisi 1 640 kq olan 164 qutu ”Belarus” əmtəə nişanlı toyuq əti;

    Ümumi çəkisi 144 kq olan 18 qutu “Paim File” əmtəə nişanlı toyuq filesi;

    Ümumi çəkisi 80 kq olan 8 qutu “Lebro” əmtəə nişanlı toyuq əti;

    Ümumi çəkisi 80 kq olan 8 qutu “Zümrüd” əmtəə nişanlı toyuq əti;

    5,9 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti.

    İstifadə müddəti bitmiş:

    12,5 kq “Elle Vire” əmtəə nişanlı kərə yağı;

    3 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq subməhsulu.

    Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85,9 kq olan “Zümrüd “ və “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti məhsullarında nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

  • Признание уехавшей из Карабаха армянки: По радио из Баку на армянском языке нам предлагали остаться – ВИДЕО

    Мы хотели остаться в Ходжалы, однако нам позвонили наши же армяне и потребовали немедленно покинуть город.

    Об этом заявила карабахская армянка родом из Ходжалы Гезал Мовсисян, отметив, что не хотела покидать родной город.

    “Из Баку каждый день на грамотном армянском языке нам передавали информацию. Они говорили, что не нужно покидать свои дома и паниковать. Подчеркивали, что будут хорошо к нам относиться. Заявляли, что мы получим азербайджанские паспорта, и у нас будут такие же привилегии как у всех жителей Азербайджанской Республики.

    Однако нам позвонили наши же армяне и потребовали немедленно покинуть город. Они предупредили, чтобы мы сожгли все военные атрибуты: форму, документы, медали и даже фотографии мужей и сыновей. Потребовали уничтожить все оружие. Мы очень испугались, что их [мужей и сыновей] арестуют, поэтому жгли все их вещи, в том числе ножи.

    Когда мы покидали Ходжалы, невестка хотела поджечь дом, но мой супруг не разрешил ей сделать этого. С божьей помощью мы добрались до моста Хакари. Мы спокойно прошли через азербайджанский пограничный пост и добрались до Армении”, – рассказала Г.Мовсисян.

  • Azərbaycanın radiomüraciətinə məhəl qoymayan erməni qadının peşmanlığı və etirafı – VİDEO

    “Qarabağda, Xocalıda yaşayırdım. Düzünü desəm, orada da qalıb, yaşamaq istəyirdik. Hər gün Bakıdan radioda erməni dilində çağırış edirdilər ki, evlərimizi tərk etməyə ehtiyac yoxdur”.

    Bu sözləri erməni sakini Gözəl Movsisyan videomüraciətində bildirib.

    O, Bakıdan yayımlanan radioverilişlərdə erməni dilində çox səlis danışıldığını bildirib:

    “Bildirirdilər ki, təlaşa düşmək lazım deyil və bizə çox yaxşı baxacaqlar. Deyirdilər ki, Azərbaycan pasportu alacağıq və bizim Azərbaycan xalqının digər nümayəndələri kimi hüquqlarımız olacaq. Ancaq bizə öz ermənilərimiz zəng edərək dərhal şəhəri tərk etmələrimizi tələb etdilər. Onlar bütün hərbi geyimləri, sənədləri, medalları, ərimizin, oğullarımızın şəkillərini yandırmağımız barədə xəbərdarlıq etdilər… Biz onların başına iş gələcəyindən qorxduq, ona görə hətta bıçaqları da yandırdıq. Gəlinimiz evimizi də yandırmaq istəyirdi, amma həyat yoldaşım qoymadı. Tanrının yardımı ilə Həkəri körpüsünə çatdıq. Orada çoxlu jurnalistlər var idi. Azərbaycanın sərhəd-keçid məntəqəsindən rahatlıqla keçdik və Ermənistana gəldik”.

  • Вице-премьеры Азербайджана и Армении завтра проведут переговоры

    Завтра, 30 ноября, состоится встреча вице-премьеров Азербайджана и Армении Шахина Мустафаева и Мгера Григоряна.

    Об этом сообщили в офисе вице-премьера Армении.

    Встреча состоится на участке Газах – Иджеван на армяно-азербайджанской границе в рамках работы госкомиссий по вопросам делимитации границы.

  • Rəsmi İrəvan: “Delimitasiya üzrə komissiyalar Qazaxda görüşəcəklər”

    Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını Qazaxda müzakirə edəcəklər.

    Bu barədə Ermənistan baş nazirinin müavinin ofisi məlumat yayıb.

    Bildirilib ki, baş nazirin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş noyabrın 30-da baş tutacaq.

    Görüş Qazax-İcevan sərhədində olacaq.

  • Встреча глав МИД прикаспийских государств состоится в Москве

    5 декабря в Москве под председательством министра иностранных дел России Сергея Лаврова состоится встреча министров иностранных дел прикаспийских государств.

    Об этом сообщили в Министерстве иностранных дел России.

    На встрече ожидается участие министров иностранных дел Азербайджана, Ирана, Казахстана, России и Туркменистана.

    Планируется, что на встрече будут обсуждены текущие вопросы.

  • Moskvada Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək

    Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    İclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

    İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.

  • DİN: “Pulunuzu qoruyun” – VİDEO

    “Pul vəsaitlərinizi dələduzlardan qoruyun, əks təqdirdə kibertalamaya məruz qala bilərsiniz”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara çağırışında deyilir.

    DİN bununla bağlı videomüraciət də hazırlayıb.

    Müraciəti təqdim edirik:

  • Минобороны: Снижения пенсионного обеспечения военнослужащих не будет

    В настоящее время военнослужащие, имеющие 25 календарных лет военной службы, получают в качестве пенсии 60% от расходов на обеспечение.

    Об этом было сказано на учебно-методическом собрании с представителями видов войск азербайджанской армии, Главного управления, юристами и следователями ведомств, а также офицерами Правового управления.

    Было отмечено, что в случае принятия новых проектов они получат 65% от этой суммы, что на 5% больше, тем самым не будет никакого снижения пенсионного обеспечения.

  • MN: “Hərbçilərin pensiya təminatında azalma olmayacaq”

    “Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçular təminat xərcliyinin 60 faizini pensiya kimi alırlar”.

    Bu barədə Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanışda deyilib.

    Bildirilib ki, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni qanun layihələri qəbul olunduğu halda bu xərcliyin beş faiz çox olmaqla 65 faizini alacaqlar, bununla da pensiya təminatında hər hansı azalma olmayacaq.

    Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması nəzərdə tutulub.

    Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.