Month: November 2023

  • Məzunlar 25 il sonra görüşüblər: 1966-cı ildən nadir görüntülər – VİDEO

    1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olmuş məşhur həkimlərin yubiley görüşünün videosu yayılıb.

    “Qızıl Fond”da saxlanılan həmin görüşün videosu Azərbaycan Televiziyasının “Telesəhər” musiqi-informasiya proqramında yayımlanıb.

    Sujetdə bildirilib ki, 1941-ci ilin məzunlarının 25 ildən sonra görüşü təntənə ilə qeyd olunub.

    1966-cı ildə keçirilən həmin görüşdə məşhur məzunlar – uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmiş Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərova, 20 nömrəli poliklinikanın baş həkimi Ruxsarə Abdullayeva, həyatını elmə həsr etmiş tibb elmlər doktoru Nurəli Bünyadov və Azərbaycan SSR əməkdar elm xadimi tibb elmlər doktoru Əhməd Abasquliyev iştirak edib.

    O da qeyd edilib ki, məzunlar əmək fəaliyyətinə çətin şəraitdə başlayıb. Onların həyat yolu hərbi hospitallar və tibb məntəqələrindən keçməli olub.

    Sözügedən görüşdə yubliyarları təbrik edənlər arasında Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa Topçubaşov olub.

    Ətraflı videonu təqdim edirik:

  • Azərbaycanda 16 yaşına çatmayan qızı ərə verdilər: Uşaq dünyaya gətirdi

    Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib – red.) ilə seksual xarakterli hərəkətlər edib.

    Median.Az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kənan 22 sentyabr 2021-ci ildən 13 fevral 2022-ci ilədək olan müddət ərzində 16 yaşına çatmayan Ləmanla evlənmək niyyəti ilə yaşadığı Sabirabad rayonunun kəndlərindən birində yaşadığı evdə cinsi əlaqəyə girib.

    Kənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

    O bildirib ki, zərərçəkmiş Ləmanı tanıyır:

    “Ləman mənim bibim nəvəsi olmaqla hazırda həyat yoldaşımdır. 2021-ci ilin yanvar ayından etibarən Ləmanla sevgi münasibətində olmuşuq. Nəticədə həmin il yanvarın 12-də Ləmanla nişan mərasimimiz oldu”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ləmanla 2021-ci ilin sentyabrın 22-də ailə həyatı qurub:
    “Həmin tarixdə Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayında bizim toy məclislərimiz oldu. Ləman 2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu mənə özü dedi. Ləmanla ailə həyatı qurduqdan sonra Sabirabad rayonunda yerləşən evdə yaşamağa başladıq. Ləmanla 22 sentyabr 2021-ci il tarixdən bu günə qədər faktiki olaraq ər-arvad münasibətində yaşamışam və ər-arvad kimi mütəmadi cinsi əlaqədə olmuşuq”.
    Təqsirləndirilən şəxs deyib ki, bu münasibət nəticəsində 16 yaşına çatmayan Ləman 12 avqust 2022-ci ildə hamilə olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparıblar:

    “Avqustun 13-də Ləman qız uşağı dünyaya gətirdi. Mən ata oldum”.

    Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Kənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona iki il sınaq müddəti olmaqla bir il şərti cəza təyin edilib.

  • Aftandil Abbasova polkovnik rütbəsi verildi

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti mərkəzinin rəisi Aftandil Abbasovun rütbəsi artırılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə xidmətin rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

    Əmrə əsasən, A.Abbasova polkovnik hərbi rütbəsi verilib.

  • Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

    “2019-cu ildən bu günə qədər Azərbaycanda 484 uşaq övladlığa verilib”.

    “Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

    Himayədar ailə modelindən danışan nazir müavini bildirib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir:

    “Bu günə qədər 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib. Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə də malikdir. Hazırda nazirliyin iddiaçı olduğu altı məhrumetmə və bir məhdudlaşdırma olmaqla yeddi belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır”.

  • DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı təltif olunub – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif edilirlər:

    “Tərəqqi” medalı ilə

    Məmmədova Kamina Qavil qızı

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik

    Əliyev Elçin Alastun oğlu – polkovnik

    Əmirov Ziyafət Məsim oğlu – polkovnik

    İsmayılov Azər Valeh oğlu – polkovnik

    Nəsirov Elşad Haqverdi oğlu – polkovnik

    Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant

    Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.

    Həmçinin təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilir.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Prezident İlham Əliyevdən İldırım Vəliyev barədə SƏRƏNCAM

    Prezident İlham Əliyev İldırım İmran oğlu Vəliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilməsi barədə Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Bakıda və Abşeronda kiberdələduzlar saxlanılıblar – FOTO/VİDEO

    Polis əməkdaşları tərəfindən kibertalama və kiberdələduzluq hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən daha bir nəfər 1973-cü il təvəllüdlü Rövşən Rəhimov saxlanılıb. Araşdırma zamanı onun bankomatların yanında dayanaraq “yardım” etmək adı ilə pul çıxaran vətəndaşlara yaxınlaşdığı, daha sonra onların kart məlumatlarını əldə etdiyi və hesabda olan vəsaitləri ələ keçirdiyi məlum olub.

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə bank kartlarından müxtəlif üsullarla oğurluqlar edən 2000-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Vilad Əliyev saxlanılıb. Onun ümumilikdə Abşeron rayonunun müxtəlif qəsəbələrində 5 nəfərin kart məlumatlarını ələ keçirərək pul vəsaitlərini taladığı müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı bank kartlarından oğurluq edən Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Ramil Salmanov da saxlanılıb. Onun ümumilikdə 5 nəfərə qarşı kiberdələduzluq əməllərinə yol verdiyi müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.



  • Bir neçə keçmiş erməni məmurun arvadları Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

    Bir neçə keçmiş erməni məmurun arvadları, uşaq bağçalarının direktorları olan qadınlar ifadələrinin alınması üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıblar.

    Yaxın vaxtlarda onların adlarının açıqlanacağı vəd edilsə də, hələlik uşaq bağçalarının ərzaqla təmin edilməsindən qazanc əldə edənlərin cinayət işi ilə bağlı dindirildikləri bildirilir.

    Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti uşaq bağçalarının ərzaqla təmin edilməsindən qazanc əldə edən cinayətkar dəstənin üstünü açıb.

    İstintaq materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdırıb və məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər.

    Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min ABŞ dolları) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib. Məsələ ilə bağlı beş nəfər həbs edilib.

    Mənbə: Erməni KİV

  • Yaşlı əhalinin qızılcaya qarşı vaksini pullu olacaq? – AÇIQLAMA

    Azərbaycanda yaşlı əhalinin peyvənd olunması üçün QM (qızılca məxmərək) pulsuz aparılacaq.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, peyvəndlər dövlət tibb müəssisələrində aparılacaq.

  • Keçmiş arvadını yaraladı və ərini öldürdü: Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə qanlı qarşıdurma

    Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

    Hadisə ötən gecə Saqarecoda (Kaxeti) baş verib. Cinayətin qadının keçmiş əri tərəfindən törədildiyi bildirilir.

    Məlumata görə, 35 yaşlı qadının vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.

    “Qadının bədənində çoxlu yara var, ən böyüyü sağ bud nahiyəsindədir – açıq sınıq yarasıdır. Pasiyent müvafiq hazırlıqdan sonra əməliyyat şöbəsinə köçürüləcək. Ümumi vəziyyəti ağırdır, biz hər şeyin yaxşı bitməsini təmin etmək üçün əlimizdən gələni edirik”, – deyə xəstəxananın həkimi Pavle Petriaşvili jurnalistlərə bildirib.

    Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə keçmiş arvadına çoxsaylı xəsarət yetirib, daha sonra qadının hazırkı ərinə bir neçə dəfə atəş açıb. 40 yaşlarında olan kişi yerindəcə keçinib.

    Cinayətin nədən baş verdiyi məlum deyil. Əraziyə kriminal ekspertlər cəlb ediliblər.

    Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və “Öldürməyə cəhd” maddələri ilə istintaq başlanılıb.

    Mənbə: Sputnik-georgia.ru