Month: November 2023

  • Bakıda şərab evinin satıcısı bıçaqlandı

    Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

    Şərab evində satıcı işləyən 2004-cü il təvəllüdlü Cümşüd Duman oğlu Hacıyev müştəri ilə mübahisə edib. Mübahisə zamanı satıcı C.Hacıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.

  • Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri artır

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 891 727,3 min manat təşkil edib, bu da illik müqayisədə 10,9% artım deməkdir.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 706 401,5 min manat səviyyəsində olub.

    Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 430,7 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3% artım müşahidə olunub.

    Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir.

  • Alman repçi “Çeburaşka”nın məşhur musiqisini oğurladı – VİDEO

    Məşhur alman repçi Liaze “2003” trekində “Timsah Genanın mahnıları”nın musiqi və sözlərindən istifadə edib.

    Məlumata görə, o, öz leyblinin nümayəndələrinə bütün müəllif hüquqları ilə bağlı məsələləri həll etdiyini söyləyib.

    Qeyd edək ki, repçinin yalan danışdığı ortaya çıxıb. Belə ki, hazırda mahnının bəstəkarı mərhum Vladimir Şainskinin varisləri ilə müğənninin melodiyanı trekindən çıxaracağı və ya pul ödəyəcəyi barədə qərar vermək üçün danışıqlar gedir.

  • HƏMAS İlon Maskı Qəzzaya dəvət etdi

    Fələstinin HƏMAS radikal hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

    Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat verib.

    “Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, işğalçı tərəfindən burada xalqımıza qarşı həyata keçirilən qətliamın miqyasını görə bilsin”, – deyə Ü.Həmdan bildirib.

    Qeyd edək ki, noyabrın 27-də Mask İsrailə səfər edib. O, İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident İshak Hersoqla görüşüb.

    Mənbə: TASS

  • В Зангиланском районе обнаружены артиллерийские снаряды

    Сотрудники Зангиланского райотдела полиции (РОП) продолжают мероприятия по обнаружению неразорвавшихся боеприпасов на территории района.

    Как сообщили в бардинской региональной группе пресс-службы МВД, правоохранители обнаружили на территории села Сарыгышлаг три артиллерийских снаряда различного калибра и три пороховых заряда. Опасная находка была передана соответствующим структурам.

    По данному факту в РОП ведется расследование.

  • Zəngilanda top mərmiləri tapıldı

    Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində üç müxtəlif çaplı top mərmisi və üç barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

    Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Эрдоган сегодня созывает Совет нацбезопасности: на заседании обсудят Зангезурский коридор

    Сегодня в Президентском дворце Турции состоится последнее в этом году заседание Совета национальной безопасности республики.

    Согласно информации, на нем будет обсуждаться и ситуация на Южном Кавказе, в том числе вопрос Зангезурского коридора.

    В повестке предстоящего совещания, которое пройдет под председательством президента страны Реджепа Тайипа Эрдогана, также обсуждение ситуации в секторе Газа, доставка гуманитарной помощи Палестине и антитеррористические операции.

    Источник: TRT Haber

  • Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır, Zəngəzur dəhlizi müzakirə olunacaq

    Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.

    Məlumatı “TRTHaber” yayıb.

    Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir.

  • Названа выплаченная в течение двух дней сумма компенсации вкладчикам MuğanBank

    В течение первых двух дней процесса выплаты компенсаций по защищенным вкладам в ОАО Muğanbank, находящемся в процессе ликвидации, 2 983 защищенным вкладчикам банка была произведена компенсационная выплата в размере 100 951 000 манатов. Это составляет около 50% от предполагаемой суммы компенсации по банку.

    Об этом сообщили в Фонде страхования вкладов Азербайджана.

    Выплата компенсаций вкладчикам ОАО MuğanBank осуществляется посредством филиалов и отделений банков ОАО “Международный банк Азербайджана” (ABB) и Kapital Bank.

    “Еще раз напоминаем вкладчикам, что предоставление компенсационных выплат будет осуществляться в соответствии с требованиями законодательства, и оснований для беспокойства по этому поводу нет.

    Подробную информацию о процессе выплаты компенсаций вы можете получить на сайте Фонда страхования вкладов”, – говорится в сообщении фонда.

  • “Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB

    Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2 983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.

    Bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

    Kompensasiya ödənişləri agent banklar – “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

    “Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

    Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz”, – qurumdan bildirilib.