Month: November 2023

  • Azərbaycanda zəlzələ olub

    İsmayıllı rayonunda zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Yeraltı təkanlar saat 02:50-də İsmayıllı stansiyasından 4 km şimalda qeydə alınıb.

    Qeyd olunub ki, maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.

  • Ушел из жизни легендарный индийский актер Мохан

    Ушел из жизни ветеран индийского кино Чандра Мохан, ему было 78 лет.

    В Индии Мохан считается легендарным артистом, на счету которого свыше 900 кинокартин. Он также снимался в сериалах.

    По информации СМИ, у Мохана были проблемы с сердцем. Его доставили в частную больницу в Хайдарабаде на юге страны. Именно в этом медицинском учреждении артист провел последние дни своей жизни.

    Настоящее имя актера – Маллампалли Чандрасекхара Рао. Он появился на свет 23 мая 1945 года в деревне Памидимуккала. Образование получил в сельскохозяйственном колледже. Свою жизнь с кинематографом актер связал с 1960-х годов.

    Точная причина смерти Мохана пока не называется.

    Источник: gazeta.ru

  • Hindistanlı məşhur aktyor vəfat edib

    Hindistanın veteran kinoaktyoru Çandra Mohan 78 yaşında dünyasını dəyişib.

    O, 900-dən çox filmi ilə əfsanəvi hind artisti sayılır. O, həmçinin, seriallarda da rol alıb.

    Verilən məlumata görə, Mohanın ürəyində problem olub. O, ölkənin cənubundakı Heydərabaddakı özəl xəstəxanalardan birinə aparılıb. Mohan həyatının son günlərini məhz bu tibb müəssisəsində keçirib.

    Aktyorun əsl adı Mallampalli Çandrasekhara Raodur. O, 1945-ci il mayın 23-də Pamidimukkala kəndində anadan olub. Təhsilini kənd təsərrüfatı texnikumunda alıb. Aktyor 1960-cı illərdən həyatını kino ilə sıx bağlayıb.

    Mohanın ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.

    Mənbə: The Times of India

  • На территории бакинского автовокзала произошло убийство

    В Бинагадинском районе столицы произошло убийство.

    Как сообщает АПА, преступление зафиксировано на территории Бакинского международного автовокзального комплекса.

    По предварительной информации, Измир Савадов скончался от ножевых ранений, полученных в ходе конфликта.

    По данному факту ведется расследование.

  • Bakıda sürücülərin mübahisəsi bıçaqlanma ilə nəticələndi

    Bakının Binəqədi rayonunda kişi qətlə yetirilib.

    APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, iki avtomobilin qarşı-qarşıya gəlməsi sürücülər arasında mübahisəyə səbəb olub.

    Belə ki, 77-PZ-760 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin sürücüsü İzmir Sabuter oğlu Savadovu bıçaqlayıb.

  • Türkiyə ordusu 165 terrorçunu zərərsizləşdirib

    15 avqust – 10 noyabr 2023-cü il tarixləri arasında İraqın şimalındakı “Pəncə” əməliyyatı bölgəsində 165 PKK (Kürdüstan Fəhlə Partiyası) terrorçusu zərərsizləşdirilib.

    Bu barədə Türkiyə Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğluna İraqın şimalında davam edən əməliyyatlarla bağlı təqdim olunan məlumatda deyilir.

    Məlumata görə, bölgədə 161 mağara və sığınacaq, 303 mina/kustar üsulla hazırlanmış partlayıcı aşkar edilərək məhv edilib.

    Həmçinin, axtarış və yoxlama fəaliyyətləri zamanı 58 silah, 181 min 833 sursat və çoxlu sayda digər materiallar ələ keçirilib.

    Mənbə: Haber Global

  • Скончался бывший премьер-министр Азербайджана

    Скончался бывший премьер-министр Азербайджана Рагим Гусейнов.

    Как передает Report, он был предан земле на кладбище “Волчьи ворота” (Qurd qapısı).

    Отметим, что Р.Гусейнов занимал пост главы правительства Азербайджана с мая 1992 года по январь 1993 года.

    Р.Гусейнов родился 5 апреля 1936 года в интеллигентной семье в Баку. В 1943 году пошел в первый класс в Лянкяране, в 1953 году успешно окончил среднюю школу в Баку. Затем уехал в Москву (РФ), чтобы продолжить образование. В 1953 году поступил в Московский институт стали имени И.Сталина (МИСиС).

    В 1989-1992 годах Р.Гусейнов был руководителем Госплана и заместителем председателя Совета министров Азербайджана.

  • Azərbaycanın keçmiş Baş naziri vəfat edib

    Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

    R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

    Qeyd edək ki, o, 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. O, təhsilini davam etdirmək üçün Moskvaya gedib. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olub.

    1989-1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

  • Обнародованы названия сайтов, присвоивших деньги граждан – ФОТО

    За последний месяц наблюдается значительный рост числа случаев кибермошенничества.

    Об этом сообщили в Государственной службе специальной связи и информационной безопасности.

    В заявлении отмечается, что одним из таких элементов киберпреступности являются поддельные страницы, созданные с указанными ниже названиями и шаблонами доменов с использованием названий государственных учреждений или платежных платформ.

    hxxps://asanodeme.info/kommunal

    hxxps://asan-cerime.net

    hxxps://asan-cerime.biz

    hxxp://asan-cerime.com

    Подобные сайты, созданные под видом оплаты коммунальных услуг или штрафов со специальными скидками и бонусами, привлекающие интерес граждан рекламой через соцсети, обманывают их, перенаправляют на поддельные платежные страницы и совершают кражу средств, перехватывая данные карты.

    “Мы расследуем такие случаи и блокируем злоумышленников по всей стране, активно работаем над тем, чтобы граждане не становились жертвами мошенников. Призываем граждан быть бдительными в борьбе с фальшивыми страницами, а представителей СМИ – помогать в просвещении о таких методах мошенничества.

    Также рекомендуется с большей осторожностью относиться к рекламируемым кампаниям, уточнять полученную информацию и доверять только официальным страницам”, – отмечается в сообщении.


  • DİQQƏT: Dələduzluqla vətəndaşların pullarını mənimsəyən saytlar açıqlandı – FOTO

    Son bir ayda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

    Məlumatda qeyd edilib ki, belə kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə aşağıda göstərilən adlar və bənzər domen nümunələri ilə yaradılmış saxta səhifələrdir:

    hxxps://asanodeme.info/kommunal

    hxxps://asan-cerime.net

    hxxps://asan-cerime.biz

    hxxp://asan-cerime.com

    Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

    “Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı, hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa, media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.

    Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik”, – deyə XRİTDX-nin məlumatında qeyd olunur.