Month: November 2023

  • Президент Ильхам Алиев принял председателя Парламентской ассамблеи ОБСЕ

    13 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял председателя Парламентской ассамблеи Организации по безопасности и сотрудничеству в Европе (ОБСЕ) Пиа Кауму.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Naftalanda piyadanı avtomobil vuraraq öldürüb

    Naftalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, Naftalan şəhərində qadın piyadanı avtomobil vurub.

    Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

    Onun şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan gimnastı dünya çempionatında qızıl medal qazanıb

    Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

    “Report”un məlumatına görə, idmançı Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yerə layiq görülüb.

    Qeyd edək ki, daha əvvəl Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.

  • Bakıda aptekdə təhlükəli hal aradan qaldırılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda aptek binasının damında dəmir parçasının qalması barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.

  • Dağlıq rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq

    Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata görə, noyabrın 12-də dağlıq və dağətəyi rayonlarda əsasən gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur

  • Küveytin vəliəhdi BMT TŞ-ni Qəzzada münaqişəyə dərhal son qoymağa çağırıb

    Beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurası anklavda silahlı münaqişəyə dərhal son qoymaq üçün Qəzza zolağına müdaxilə etməlidir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əl-Sabah Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə birgə sammitində çıxışı zamanı deyib.

    “Biz dəfələrlə bəyan etmişik ki, Fələstindəki faciəvi hadisələr beynəlxalq ictimaiyyətin bu problemin ədalətli, hərtərəfli və yekun həllini tapa bilməməsinin bariz nəticəsidir. İsrar edirik ki, Qəzza xalqına təcili humanitar yardım çatdırılmasını təmin etmək və onların məcburi köçkün düşməsinin qarşısını almaq lazımdır”, – vəliəhd bildirib.

  • Бывший замгенсека НАТО стал кандидатом оппозиции в президенты Литвы

    Одна из крупнейших литовских оппозиционных политических партий “Союз демократов во имя Литвы” назвала своего кандидата на пост президента страны на выборах 2024 года, им стал бывший заместитель генерального секретаря НАТО Гедримас Еглинскас.

    Об этом сообщает ТАСС.

    “В ходе тайного голосования [отделений партии] кандидатом на президентских выборах избран Еглинскас”, – сообщил председатель “Союза демократов во имя Литвы” Саулюс Сквернялис.

    Всего отделения партии вынесли на голосование пять кандидатур, в том числе Сквернялиса, который является экс-премьером и был претендентом на президентский пост на выборах 2020 года. Он, однако, заявил, что вновь бороться за президентство не намерен.

  • NATO baş katibinin keçmiş müavini Litva prezidentliyinə müxalifətdən namizəd olub

    NATO-nun baş katibinin sabiq müavini Gedrimas Yeqlinskas Litvanın ən böyük müxalif siyasi partiyalarından biri olan Litva Naminə Demokratlar İttifaqının 2024-cü il seçkilərində ölkə prezidenti postuna namizədi olub.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, namizəd gizli seçkilər yolu ilə müəyyənləşdirilib.

  • İrana qarşı sanksiyalarla bağlı Aİ-də fikir ayrılıqları yaranıb

    Avropa İttifaqında Fələstinin HƏMAS hərəkatını dəstəklədiyinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi ehtimalı ilə bağlı fikir ayrılığı var.

    Bu barədə “Politico” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

    “Avropa İttifaqı diplomatları arasında bunun yaxşı ideya olub-olmaması ilə bağlı ciddi fikir ayrılığı var”, deyə nəşr yazıb.

    Qeyd olunur ki, Avropa İttifaqında Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı müzakirələr hələ də davam edir.

    “Politico”nun məlumatına görə, Aİ-nin bir sıra ölkələri hesab edir ki, yeni sanksiyalar Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər. Eyni zamanda nəşr İsrail və ABŞ-ın bu məsələdə Aİ-yə təzyiq göstərdiyinə işarə edib.

    “Politco” qeyd edib ki, Aİ daxilində bəziləri İrana qarşı əlavə sanksiyalar, xüsusən də raket istehsalında istifadə olunan komponentlərin ixracına qadağa hazırlamaq istəyir.

    Aİ illər əvvəl HƏMAS-ı terror təşkilatları siyahısına salmışdı və artıq bir sıra sanksiyalar tətbiq olunur. İrana gəlincə, keçən ay Aİ İranın nüvə sazişi ilə bağlı sanksiyalarını qüvvədə saxlamaq qərarına gəlib. İyul ayından isə Brüsseldə İranın Rusiyanı Ukraynanı bombalamaq üçün istifadə edilən dronlarla təchiz etməsi ittihamından sonra pilotsuz təyyarələrdə istifadə olunan komponentlərin ixracını qadağan edən yeni sanksiyalar rejimi tətbiq edilib.

    Bu arada, Aİ-nin üç böyük üzvü – Almaniya, Fransa və İtaliya da HƏMAS-a yeni sanksiyalar tətbiq etmək üçün planlar hazırlayıblar. “Politco”nun əldə etdiyi qeyri-kağız (qeyri-rəsmi Aİ sənədi) adlanan sənəddə HƏMAS və onun beynəlxalq dəstəkçilərinə qarşı yeni sanksiyalar təklif edilir.
    //qaynarinfo