Month: November 2023

  • Bazar gününə olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var.

    Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.

  • Bitkoin 1 %-ə yaxın bahalaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoin 37 min ABŞ dollarına kimi bahalaşıb.

    Kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96 % artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.

    Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” olub.

    Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb.

    “СoinМarketСap”in Bakı vaxtı ilə saat 10:10-a olan məlumatları aşağıdakı kimidir.

  • Военное подразделение Airbus сократит 750 сотрудников

    Компания Airbus Defense and Space, специализирующаяся на производстве вооружений и военного оборудования, планирует провести реорганизацию в 2024 году, сократив 750 сотрудников, на фоне проблем с реализацией некоторых оборонных программ.

    Об этом сообщает Agence France-Presse со ссылкой на представителя корпорации.

    С учетом того, что в настоящий момент на предприятиях компании трудятся 34 330 человек, речь идет о сокращении штата примерно на 2%. Производственные площадки и конструкторские центры корпорации расположены во Франции, Германии и Испании.

    Агентство отмечает, что в последнее время Airbus испытывает проблемы с реализацией ряда оборонных и космических программ, однако не конкретизирует, о каких проектах идет речь. В то же время, например, на пресс-конференции Airbus в рамках авиасалона в Ле-Бурже журналисты неоднократно задавали вопросы по поводу Eurodrone – проектируемого при участии компании беспилотного летательного аппарата (БПЛА) большой продолжительности полета класса MALE (Medium Altitude Long Endurance). В конечном счете представители Airbus ответили, что первый полет точно не состоится раньше 2025 года, тогда как компания Turgis & Gaillard привезла на выставку свой макет БПЛА AAROK аналогичного класса и заявила о готовности осуществить его первый полет до конца года. По данным французских СМИ, отставание от графика по программе Eurodrone составляет три года.

    Однако в Airbus Defense and Space подчеркивают, что сокращение штата не приведет к дополнительным отсрочкам и сворачиванию программ. Цель реорганизации – обеспечить “строгое выполнение программ” и “лучший баланс между рисками и возможностями”, пояснил AFP исполнительный директор Airbus Гийом Фори. Кроме того, в компании сообщили, что в начале 2024 года намерены создать “упрощенную структуру”, выделив “три полностью автономных бизнес-направления”.

  • “Airbus” hərbi bölməsi 750 əməkdaşını ixtisar edəcək

    Silah və hərbi texnika istehsalı üzrə ixtisaslaşan “Airbus Defence and Space” bəzi müdafiə proqramlarının icrası ilə bağlı problemlər fonunda 2024-cü ildə 750 əməkdaşını ixtisar edərək yenidən təşkil etməyi planlaşdırır.

    Bu barədə “Agence France-Presse” korporasiyanın nümayəndəsinə istinadən məlumat yayıb.

    Hazırda şirkətin müəssisələrində 34 330 nəfərin çalışdığını nəzərə alsaq, söhbət təxminən 2% ştat ixtisarından gedir.

    Korporasiyanın istehsal sahələri və dizayn mərkəzləri Fransa, Almaniya və İspaniyada yerləşir.

    Agentlik qeyd edib ki, “Airbus” son vaxtlar bir sıra müdafiə və kosmik proqramların həyata keçirilməsində problemlər yaşayır, lakin hansı layihələrdən söhbət getdiyini açıqlamır.

  • Şabranda ağır yol qəzasında yaralanan hotel işçisi Bakıya gətirilib

    Şabran rayonunun Pirəbədil kəndi ərazisində qəzaya düşərək xəsarət alan hotel işçilərindən biri Bakıya gətirilib.

    İki avtomobilin toqquşması nəticəsində xəsarət alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən beş nəfərdən biri, Vəliyev Cəmil Əşrəf oğlunun vəziyyəti ağırlaşıb.

    O, paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Cəmil Vəliyev açıq kəllə-beyin travması alıb. Hazırda müalicəsi davam etdirilir.

  • Qəzzada yerləşən xəstəxananın yanacaq ehtiyatı tam bitdi

    Yanacaq ehtiyatı bitdiyinə görə Qəzza şəhərində yerləşən Əş-Şifa xəstəxanasında əməliyyat xidmətləri göstərilməyəcək.

    Bu açıqlama ilə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib.

    O, bildirib ki, hazırda Əş-Şifa xəstəxanasında kuvez-inkubatorda 45 körpə saxlanılır.
    “Lakin onlardan biri tibb mərkəzinin fəaliyyətində yaranan problemə görə həyatını itirib”.

  • Bakıda evdə yanğın olub, xəsarət alanlar var

    Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 210 kvadratmetr (hər mərtəbəsi 105 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində sahəsi 30 kvadratmetr olan otağın tavanı 20 kvadratmetr sahədə, 3 ədəd pəncərə çərçivəsi və ev əşyaları qismən yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yanğın zamanı biri uşaq olmaqla 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən reaksiya

    “Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb”.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

    O qeyd edib ki, platformada 50 000 manata qədər pulu batan insanlar var:

    “Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanmış pul qazandıran platforma idi.
    Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”.

    “Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”, – deyə paylaşıma Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev fikir bildirib.

  • Türkiyə polisi ilə cinayətkar arasında silahlı insident – ANBAAN VİDEO

    İstanbulun Kiçikçəkməcə rayonunda polisin “dayan” xəbərdarlığına məhəl qoymayan şübhəli şəxslə hüquq mühafizə orqanının əməkdaşı arasında silahlı insident yaşanıb.

    Hadisə vaxtı oradan keçən sürücülərdən biri insidenti anbaan mobil telefonunun kamerası ilə qeydə alıb.

    Təqib edilən şəxs açılan atəş nəticəsində yaralanandan sonra təslim olub.

    Hadisənin digər detalları məlum deyil.

  • Türkiyə parlamentinin sədri: “Üçüncü Dünya müharibəsi artıq başlayıb”

    “Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”.

    Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib.

    O bildirib ki, Birinci və İkinci dünya müharibələrinin əsas səbəbi siyasi ambisiyalar idi: “Üçüncü dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqdəki müharibə birdən-birə başlamadı”.

    N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi sistemin dəyişməsinə ehtiyac var.