Month: November 2023

  • Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında külək güclənəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s, noyabrın 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

  • Binəqədi və Abşeronun bir hissəsinin Sumqayıt verilməsi barədə qanun təsdiqləndi

    Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq dəyişikliyə görə, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.

    Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.

  • İlham Əliyev Gürcüstanla imzalanmış vacib sənədi təsdiqlədi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qeyd edək ki, sənəd 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.

  • Azərbaycan hava gəmilərində törədilmiş cinayətlərlə bağlı konvensiyaya dəyişiklik Protokoluna qoşulub

    Prezident İlham Əliyev “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokola qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qeyd edək ki, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair protokol 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanıb.

  • В Баку из дома совершена кража

    В Баку из дома была совершена кража.

    Об этом сообщает пресс-служба МВД.

    Было отмечено, что в результате оперативных мероприятий, проведенных сотрудниками 26-го отдела полиции Ясамальского районного управления полиции, 8 ноября был выявлен и задержан житель города Баку ранее судимый за кражу и преступления, связанные с наркотиками, Беюкага Абдуллаев, подозреваемый в краже 2 000 манатов из одной из квартир.

    По данному факту ведется расследование.

  • Bakıda evdən pul oğurlanıb

    Bakıda evdən oğurluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 8-də rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Böyükağa Abdullayev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Движение на одной из улиц в Баку будет ограничено

    Завтра с 08:00 до 17:00 будут проведены ремонтные работы на бакинском путепроводе, расположенном на пересечении улицы Абдулвахаба Саламзаде с улицей Джейхуна Салимова.

    Об этом сообщило Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).

    Отмечается, что в связи с этим в течение указанного времени доступ к путепроводу будет ограничен в направлении тоннеля Хутор.

    Агентство рекомендует водителям временно пользоваться боковым проездом на улице Абдулвахаба Саламзаде.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkət məhdudlaşdırılacaq

    Sabah səhər saat 08:00-dan axşam saat 17:00-dək Bakının Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, bununla əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

    Agentlik sürücülərə təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələrini tövsiyə edir.

  • Bakıda keçmiş məhkumlar tutuldular

    Bakıda 10 gün əvvəl bir nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, oktyabrın 31-də Nəsimi rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş Niyaməddin Məmmədov və Elsevər Məmmədov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Endirim, yoxsa fırıldaqçılıq?

    Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.

    Əslində isə…

    Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir.

    Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.

    “Endirim” sözü varsa, aldadılma faktı var

    Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib:

    “Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır.

    Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.

    Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:

    “Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.

    Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar

    “Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.

    Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir:

    “Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.