Month: November 2023

  • За минувший день в полицию было передано более 50 единиц оружия

    Сотрудники правоохранительных органов продолжают профилактические мероприятия, связанные с добровольной сдачей незаконно хранящегося огнестрельного оружия.

    В пресс-службе Министерства внутренних дел сообщили, что 10 ноября сотрудники полиции в отдельных районах столицы и республики изъяли три автомата, два магазина, 33 патрона разных калибров и 11 ружей различных марок.

    В результате проведенных оперативно-разыскных мероприятий были обнаружены и изъяты четыре охотничьих ружья.

  • Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

    Keçirilən əməliyyat-axtarış tədbirləri ilə dörd ov tüfəngi aşkar edilərək götürülüb.

  • Эрдоган утвердил соглашение на 100 млн долларов между Турцией и Азербайджаном

    Президент Турции Реджеп Тайип Эрдоган утвердил соглашение, предусматривающее строительство правительством Азербайджана жилых домов и объектов социальной инфраструктуры в провинции Кахраманмараш, подвергшейся разрушениям в результате землетрясения.

    Соответствующее решение было опубликовано в официальной газете Турции Resmi Gazete.

    В соответствии с соглашением, Азербайджан построит в одном из пострадавших от землетрясения районов провинции Кахраманмараш жилые дома, начальную школу, детский сад и культурный центр.

    На реализацию проекта правительство Азербайджана выделит 100 млн долларов.

    В рамках соглашения о сотрудничестве исполнителями выступят Департамент жилищного строительства Министерства окружающей среды, градостроительства и изменения климата Турции (TOKI) и Государственное агентство жилищного строительства Азербайджана (MİDA).

    Соглашение было подписано 25 сентября в городе Нахчыван.

    Напомним, что два мощных землетрясения в турецкой провинции Кахраманмараш произошли 6 февраля этого года. В результате стихийного бедствия погибли свыше 50 000 человек.

  • Türkiyə ilə Azərbaycan arasında 100 milyon dollarlıq razılaşma – Ərdoğan vacib sazişi TƏSDİQLƏDİ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.

    Bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

    Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.

    Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.

    Sənəd iki il müddətinə qüvvədə qalacaq.

    Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.

    MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemləri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.

    Tikinti və işçi layihələri TOKİ hazırlayacaq.

    Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.

    Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.

    Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.

  • В Азербайджане скончался заслуженный учитель – ФОТО

    Скончался доцент кафедры азербайджанского языка и культуры речи Бакинского государственного университета (БГУ), доктор философии по филологическим наукам, заведующий научно-исследовательской лабораторией, заслуженный учитель Алигейдар Агакишиев.

    Он скончался в возрасте 66 лет.

    Отметим, что А.Агакишиев родился 29 июня 1957 года в Баку. В 1964-1974 годах учился в средней школе №132 города Баку. В 1975-1980 годах получал образование на факультете филологии Азербайджанского государственного университета (ныне БГУ). С 1990 года работал в том же высшем учебном заведении.

    По случаю 100-летия БГУ и за заслуги в развитии образования и науки в Азербайджане в 2019 году распоряжением Президента Ильхама Алиева он был удостоен звания “Заслуженный учитель”.

  • Azərbaycanın Əməkdar müəllimi vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Elmi-Tədqiqat Laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

    O, 66 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Ə.Ağakişiyev 1957-ci il iyunun 29-da Bakıda anadan olub. 1964-1974-cü illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən də həmin ali təhsil müəssisəsində çalışıb.

    O, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.

  • Зидан назвал футбольного кумира своего детства

    Бывший французский полузащитник, а ныне тренер Зинедин Зидан рассказал, чьей игрой увлекался в детстве.

    “Моим кумиром был уругвайский нападающий Энцо Франческоли, ранее игравший за “Марсель”. Когда он приехал, во Франции было немного иностранных игроков.

    Поэтому, когда я увидел, как он играет, я понял, что это что-то другое. Он был очень элегантным игроком. Мне нравилось, как он контролировал мяч, и я хотел делать то же самое”, – заявил Зидан.

    Источник: “Чемпионат”

  • Zidan kumirinin adını çəkdi

    Sabiq fransalı yarımmüdafiəçi Zinəddin Zidan uşaqlıq dövrü onun kumiri olmuş futbolçunun adını çəkib.

    “Mənim kumirim əvvəllər “Marsel”də çıxış edən uruqvaylı hücumçu Enso Françeskoli idi. O, Fransaya gələndə bizdə əcnəbi oyunçular az idi. Ona görə də, onun oyununa baxıb anladım ki, bu nədirsə fərqli bir səviyyədir.

    O, çox eleqant oyunçu idi. Françeskolinin topa nəzarət etməsi mənim xoşuma gəlirdi və mən də öz növbəmdə bunu təkrar etmək istəyirdim”, – deyə sabiq ulduz futbolçu qeyd edib.

    Mənbə: “Adidas” “YouTube” kanalı

  • В Газахском районе граждане добровольно сдали полиции охотничьи ружья

    Сотрудники отдела полиции Газахского района продолжают оперативно-разыскные и профилактические мероприятия по выявлению и изъятию незаконно хранящихся боеприпасов и предупреждению возможных преступлений в будущем.

    Старший инспектор гянджинской региональной группы пресс-службы МВД капитан полиции Эшгин Гасымов сообщил, что в результате проведенных мероприятий в течение недели четыре жителя района добровольно сдали полиции охотничьи ружья различных марок и калибров, без соответствующих документов.

    По его словам, указанные оружия были направлены на соответствующую экспертизу, расследование фактов продолжается.

  • Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil veriblər

    Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində həftə ərzində altı nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər:

    “Bu il ərzində keçirilən müvafiq tədbirlər nəticəsində iki əl qumbarası, yeddi silah aşkarlanıb:

    İl ərzində əməliyyat yolu ilə vətəndaşdan bir odlu silahəldə edilib və cinayət işi başlanılıb. Eyni zamanda, dörd tapıntı və iki könüllü silah təqdim edilib”.

    O qeyd edib ki, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.