Month: November 2023

  • Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir – VİDEO

    Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir.

    Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, mövcud vəziyyət uzun müdətdir davam edir.

    Xəstəxananın tabeliyində olan 2 saylı Ailə Sağlamlıq Mərkəzində də vəziyyət eynidir. Hətta binanın eyvanlarının birində uçqunun olduğu bildirilir.

    Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 4 saylı Şəhər Xəstəxanasının divarlarında iri çatlar əmələ gəlib. Pəncərələrin şüşələri sınıb, əvəzində taxta parçalarından istifadə edilir.

    Sumqayıt Tibb Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, problemdən xəbərdardırlar:

    “Tibb müəssisəsindəki çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması prosesi həyata keçirilir”.

    Mərkəzdən o da qeyd edilib ki, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi və 4 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin fəaliyyət göstərdiyi binada çökmə hadisəsi qeydə alınmayıb:

    “Bərpa işlərinin görülməsi məqsədilə eyvanlardan birinin döşəməsinin bir hissəsi sökülüb”.

    Ətraflı süjetdə:

  • В Нахчыване двум братьям-близнецам, родившимся в День Победы, дали имена Ильхам и Эрдоган – ВИДЕО

    В Нахчыване двум братьям-близнецам, родившимся в День Победы, дали имена Ильхам и Эрдоган.

    Отмечается, что семья Сафаровых на протяжении 15 лет мечтала о рождении ребенка.

    Подробнее – в видео:

  • Naxçıvanda Zəfər Günündə doğulan əkiz qardaşa İlham və Ərdoğan adları verilib – VİDEO

    Naxçıvanda Zəfər Günündə doğulan iki əkiz qardaşa İlham və Ərdoğan adları verilib.

    Qeyd edək ki, Səfərovlar ailəsi 15 il övlad həsrətində olublar.

    NTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

  • Bazar gününə olan hava proqnozu açıqlanıb

    Noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

  • Neftçalada özünü öldürən iş adamı ilə bağlı YENİ DETALLAR – FOTO

    Neftçala Rayon Polis Şöbəsində baş verən intihar hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

    Bakupost.az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxs – 1971-ci il təvəllüdü Azər Mahmud oğlu Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtoyuma məntəqəsi olub.

    A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.

    Qeyd edək ki, o, paltar lifindən hazırladığı vasitə ilə gecə saat 4 radələrində həyatına qəsd edib. Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin regional qrupunun yaydığı məlumata görə, Azər Hüseynov 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinirmiş.

    “1971-ci il təvəllüdü Azər Mahmud oğlu Hüseynov paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibbi ekspertizalar təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma aparılır”, – deyə DİN-in Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumatda bildirilib.

    İntihar edən iş adamının fotolarını təqdim edirik:



  • Azərbaycan Ermənistana sülhlə bağlı çağırış edib

    “Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq”.

    Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    Qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcək.

  • Qaribaşvili: “Azərbaycan və Ermənistandakı vəziyyət bizim üçün narahatlıq doğurur”

    “Azərbaycan və Ermənistandakı vəziyyət Gürcüstan üçün narahatlıq doğurur”.

    APA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun ermənistanlı həmkarı Nikol Paşinyanla birgə iştirak etdiyi panel müzakirəsində deyib.

    “Bizim regionumuzdakı, qonşu ölkələr olan Azərbaycan və Ermənistandakı vəziyyət əlbəttə ki, Gürcüstan üçün narahatlıq doğurur. Əvvəllər də dəfələrlə dediyim kimi, Gürcüstan çox obyektiv, qərəzsiz vasitəçidir, sadəcə bir dostdur. Bizim Ermənistanla əla münasibətlərimiz var, bizim Azərbaycanla da əla münasibətlərimiz var. Mənim özümün hər iki liderlə çox etibarlı münasibətim var. Ona görə də Gürcüstanın marağı regionumuzda uzunmüddətli davamlı sülh və sabitliyi təmin etməkdir”, – Qaribaşvili vurğulayıb.

  • Macarıstan Rusiya qazına görə Bolqarıstanı məhkəməyə verməyə hazırdır

    “Budapeşt 2023-cü ilin sonuna qədər Rusiya qazının tranziti üçün ödənişlərin artırılması ilə bağlı Sofiyanı məhkəməyə verməyə hazırdır”.

    Bunu Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka bildirib

    Onun sözlərinə görə, Bolqarıstanın hərəkətləri daxili bazarın, gömrük ittifaqının və Avropa İttifaqının ümumi ticarət siyasətinin fəaliyyət prinsiplərini pozur:

    “Bu gün mən Avropa Komissiyasına məktub göndərərək ondan Bolqarıstana qarşı öhdəliklərin pozulmasına görə dərhal işə başlamağı xahiş etdim və Bolqarıstanı enerji rüsumlarının artırılmasını dondurmağa çağırdım”.

  • “WhatsApp”dan istifadəçilərə yenilik

    “WhatsApp” istifadəçilər təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək yeni funksiyanı açıqlayıb.

    Bu barədə messencer ilə bağlı bloqda deyilir.

    Belə ki, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq.

    Yenilik artıq “iPhone” və “Android” istifadəçiləri üçün əlçatandır.

    Qeyd olunur ki, bu funksiya sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcək.
    Funksiya “Zənglər zamanı IP ünvanlarını qoruyun” adlanır. Onu aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyib və tətbiq etmək lazımdır.

    “WhatsApp”da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac yoxdur.

    Yeni funksiya üstünlük verən istifadəçilər üçün əlavə məxfilik və təhlükəsizlik səviyyəsini təmin edir.

  • Rusiyada KÜTLƏVİ DAVA: azərbaycanlı və gürcülər saxlanıldı

    Sankt-Peterburqda kütləvi davadan sonra “Soyğunçuluq” maddəsi ilə cinayət işi açılıb.

    Hadisə noyabrın 9-da Suzdal prospektindəki evlərin birinin həyətində baş verib. Şahidlər səhər saatlarında baş verən dava barədə polisə məlumat veriblər və əlbəyaxa dava iştirakçılarından birində odlu silah olması barədə xəbərdarlıq ediblər.

    Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız iki nəfərin burnunda göyərmə, sıyrıq və xəsarətlər aşkar ediblər. Onları döyənlər 32 min rubl nağd pul (təxminən 585 manat) və 7,5 min (təxminən 137 manat) dəyərində telefon oğurlayıblar. Zərərçəkənlər oğurluq barədə ifadələr yazıblar.

    Polis şübhəlilərin avtomobilini Yolkənarı Xiyabanda tərk edilmiş vəziyyətdə tapıb.

    Hadisəni törətməkdə şübhəli bilinən iki Gürcüstan və bir Azərbaycan vətəndaşı Bəstəkarlar küçəsində yaxalanıb. Saxlanılanların ən kiçiyinin 20 yaşı var.
    //lent.az