Astara rayonunun Kakalos kəndində qətl hadisəsi baş verib.
Təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

“Ermənistan Brüsseldə üçtərəfli görüşə hazırdır və ümid edir ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə “Ermənistan-Avropa” konfransında deyib.
“Ermənistan sülhə hazırdır. Hazırkı mərhələdə İrəvan Azərbaycanla sərhədin dəqiqləşdirilməsi, respublikanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəqiqləşdirmələr aparmağa çalışır”, – deyə o bildirib.
Armen Qriqoryanın sözlərinə görə, İrəvan həmçinin dörd prinsip əsasında regionda blokadanın aradan qaldırılmasına səy göstərir. Bunlardan biri də əsirlərin qaytarılması və sülhün əldə olunması ilə bağlıdır.
“Ermənistan bu gündəm üzrə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə çatmağa və sülh müqaviləsini imzalamağa hazırdır”, – deyə Qriqoryan qeyd edib.
Mənbə: Erməni KİV

Самым главным и несомненно надолго запомнившимся событием этой недели станет проведенный в среду в освобожденном от иноземцев городе Ханкенди грандиозный парад Победы.
Об этом говорится в очередном выпуске военно-аналитического проекта Caliber.
“Это мероприятие, которое азербайджанский народ ждал с того дня, когда начавшийся с митингов и забастовок этнический сепаратизм в Карабахе на закате советской империи обрел сперва форму массовых драк, забрасывания проезжавших транспортных средств камнями, погромов, выселений из домов и даже отдельных терактов, вылился в конечном итоге в полномасштабную войну между уже независимыми государствами с применением всех видов вооружения. С того дня парад Победы в Ханкенди стал мечтой азербайджанского народа”, – отмечается в материале.
Подробнее – в видео:

Bu həftənin ən mühüm və şübhəsiz ki, uzun müddət yaddaşlardan silinməyəcək hadisəsi yadellilərdən azad edilmiş Xankəndi şəhərində çərşənbə günü keçirilən möhtəşəm Zəfər paradı oldu.
Bu barədə “Caliber” “YouTube” kanalının hərbi-analitik layihəsinin yeni buraxılışında bəhs edilib.
“Bu tədbir, Qarabağda sovet imperiyasının sonlarında mitinqlər və tətillərlə başlayan etnik separatizmin ilk dəfə kütləvi döyüşlər, yoldan keçən nəqliyyat vasitələrinin daş-qalaq edilməsi, qırğınlar, insanların evlərindən çıxarılması və hətta ayrı-ayrı terror aktları formasına keçdiyi və nəticədə artıq müstəqil dövlətlər arasında bütün növ silahlardan istifadə edilməsi ilə müşayiət olunan genişmiqyaslı müharibəyə çevrildiyi gündən Azərbaycan xalqının gözlədiyi hadisədir. Həmin gündən Xankəndidə Zəfər paradı Azərbaycan xalqının arzusuna çevrildi”, – deyə layihə müəllifləri qeyd ediblər.
Daha ətraflı videosüjetdə:

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən beynəlxalq “Prezident Kuboku” turnirində qızıl medal qazanıb.
58 kq çəkidə mübarizə aparan milli üzvü bütün döyüşlərini qələbə ilə başa vurub.
O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi, cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada keçirilən təlim-məşq toplanışının ardından “Prezident Kuboku” turnirinə qatılıblar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki küçənin kəşisməsində aparılan təmir işləri barədə daha bir açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda – Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi “20 Yanvar” dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur:
“Sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər”.
Qeyd edək ki, bir neçə gün əvvəl agentlik həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə məlumat yaymışdı.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının tərkibində Kosmos Komandanlığı yaradılacaq.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, NATO nəzarəti altında həyata keçirilən kosmik tədqiqatlara uyğunluğu, həmçinin, hərbi kosmos fəaliyyətinin Türkiyənin mülki kosmik orqanları ilə koordinasiyasını təmin etmək məqsədilə yaradılan Kosmik Komandanlıq təklifinin qiymətləndirilməsi və təsdiqlənməsi prosesi hazırda davam edir.
Bundan əlavə, ilk mərhələdə alay səviyyəsinə, gələcəkdə isə briqada və diviziya səviyyəsinə yüksəlməsi planlaşdırılan Kosmos Komandanlığının bir il ərzində şəxsi heyətin ayrılması ilə fəaliyyətə başlaması nəzərdə tutulur.

Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üzrə koordinasiya qrupu yaradıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “X” sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Misirdən olan həmkarları ilə danışıqlar aparıb.
“Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasından onkoloji xəstələr, ilk növbədə, uşaqların Misirdəki xəstəxanalara daşınması ilə bağlı razılaşma əldə olunub. Türkiyənin tibb işçiləri misirli həmkarları ilə birlikdə Qəzzadan olan xəstələri müalicə edəcək. İkinci mərhələdə vəziyyəti buna imkan verən xəstələrin təyyarə ilə Türkiyəyə göndərilməsi planlaşdırılır”, – deyə nazir əlavə edib.
ABŞ-da Qida və Dərman İdarəsi (FDA) çikungunya virusuna qarşı dünyada ilk peyvəndi təsdiqləyib.
Median.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, peyvənd əsasən ağcaqanad sancması ilə keçən viruslara qarşı hazırlanıb. Ağcaqanadların geniş yayıldığı Afrikanın, Cənub-Şərqi Asiyanın tropik və subtropik bölgələrinin, eləcə də Amerikanın və bir sıra regionların sakinləri ona yoluxma riski ilə daha çox üzləşirlər. Lakin bu xəstəliyə yeni coğrafi bölgələrdə rast gəlmək olar.
Son 15 il ərzində ən azı 5 milyon çikungunya infeksiyası qeydə alınıb. İnfeksiya riski yüksək olan 18 yaşdan yuxarı insanların peyvənd edilməsi üçün artıq təsdiq edilib. Peyvənd əzələyə bir dəfə vurulacaq.
Dərman virusun zəifləmiş bir versiyasını ehtiva edir və xəstəlik zamanı baş verən qızdırmaya bənzər simptomlara səbəb ola bilər.
21-ci əsrin 3-cü onilliyi Qərblə Şərqin, inkişaf etmiş dövlətlərdən ibarət “Qızıl milyard”la inkişaf etməkdə olan ölkələrdənr ibarət “Qlobal cənub” arasında qarşıdurmanın ifrat kəskinləşməsinin təzahürünə çevrildi.
İndi böyüklərlə kiçiklər, zəiflərlə güclüləri arasındakı mübahisələr artıq münaqişələrə dönüb. Yaşananları ənənəvi və artıq köhnəlmiş geosiyasi konstruksiyalarla, ideoloji nəzərəiyyələrlə izah etmək mümkün deyil.
21-ci əsrin əvvəllərinədək qlobal siyasi arenada sosializm, liberalizm və konservatizmdən (mühafıizəkarlıq) ibarət üç əsas konsepsiya vardı. Amma inkişaf etməkdə olan və ya yoxsul dövlətlərdə islamçılıq, millətçilik, revanşizm və s. güclənməyə başladı.
Hazırda yaşanan proseslər illər əvvəl start götürmüş hadisələrin davamıdır.
Məsələn, Yaxın Şərq və Şimali Afrika ölkələrindəki proseslər ənənəvi konsepsiyalar çərçivəsində olmayan İslam təmayüllü partiyalar, hərəkatlar və qruplaşmaların aktivləşməsidir.
Hindistanda baş verənləri Qərb ənənəvi kanonlarla təhlil etməyə çalışdığından baş nazir Narendra Modinin cəmiyyəti az qala “Şri-Upanişad” dönəmindəki kasta sisteminə qaytarmağa çalışdığını iddia edir.
Çin lideri Si Szipin “bəşəriyyətin ümumi taleyi”ndən bəhs edəndə kollektiv Qərb bunu kommunizm ideologiyasından, maoizm nəzəriyyəsindən çox uzaq yenilik kimi qəbul edir.
Tarixin yeni qasırğalarının əsdiyi, yeni formasiyalarının yarandığı və sivilizasiyalar toqquşmasının yaşandığı dövrdə Azərbaycan nə etməlidir, hansı mövqeni tutmalıdır?
Sual ritorik deyil, cavab tələb edir.
İlk əvvəl nə baş verdiyini anlamalıyıq. Zahiri görüntülərin pərdələdiyi mahiyyətə nəzər salsaq, çox maraqlı proseslərin getdiyini görərik.
Cərəyan edən hadisələr yeni təhlil, yeni yanaşma və yeni interpretasiyalar tələb edir.

1990-cı illərdə Frensis Fukuyama və Semuel Hantinqton tarixin sonu ilə sivilizasiyalar toqquşmalarının qaçılmazlığından bəhs edəndə onların açıqlamaları elmi yox, daha çox publisistika janrındakı yaradıcılıq hesab edirdilər.
Fukuyamanın tarixin sonu nəzəriyyəsi ilə Hantinqtonun bəşəriyyətlərin toqquşması konsepsiyası ilk baxışdan fərqli təsir bağışlasalar da, zaman keçdikcə onların mahiyyət etibarilə bənzər olduqları aşkarlandı.
Çünki hər iki nəzəriyyə Georg Vilhelm Hegelin “tarixin sonu” anlamına əsaslanırdı: xatırladım ki, Hegelin qənaətinə görə, tarixin ruhu iqtisadi, mədəni, sivilizasiya, sosial və s., xüsusilə də metafizik anlamların üzvi birləşməsidir.
Hegel hesab edirdi ki, dövlət və ya idarəetmənin istənilən mahiyyətli belə forması cəmiyyəti təşkil edən xalqın sosial və siyasi sorğularına cavab verir.
Tarix əvvəlcə kommunist, sonra millətçi-irqçi nəzəriyyələri məhv etdi.
Qalant sadəcə, liberallıq və ya onun ən radikal formasına çevrilmiş libertarianlıqdır.
Adolf Hitlerin nasional-sosializmindəki “ari irqin üstünlüyü” ideolqiyası əslində üç əsr əvvəl “Ağ adamın yükü” ideologemi ilə Qərbə yayılmışdı.
Qərbin indi özünü demokrat, liberal, insan haqlarını ən önəmli məqamlardan biri hesab etdiyni vurğulayan kollektiv şüuru əsrlər əvvəl Avropadan savayı bütün məkanları ikinci, üçüncü və s. dərəcəli insanların yaşadıqları yerlər sayırdı.
Müstəmləkəçiliyin ideoloji mahiyyəti və takanveriici şüarı bu idi.
Avropa müsəlmanlara əsla önəm vermirdi, çünki həmin dönəmlərdə dünyada cəmi iki müstəqil müsəlman dövləti vardı – Türkiyə və İran. Müsəlmanların yaşadıqları bütün başqa ərazilər Avropanın müstəmləkələri və ya təsir altında saxladıqları ərazilərdi.
İndi mövcud olan müsəlman dövlətlərinin total əksəriyyətinin, yəni Türkiyə və İrandan savayı, sərhədlərini özləri müəyyənləşdirməyiblər.
Azərbaycan sərhədlərimizin əvvəlcə İran və çar Rusiyası, daha sonra isə Sovetlər Birliyinin rəhbərliyi tərəfindən bəlirlənməsi nəticəsində əzəli torpaqlarımızın böyük qismini itirdik.
Digər müsəlman ölkələrinin taleyi də eynidir. Yaxın Şərqdəki ərəb ölkələrinin istisnasız olaraq hamısının sərhədləri 1916-cı ildəki Sayks-Piko anlaşması əsasında müəyyənləşdirilib.
Afrikadakı müsəlman ölkələrinin xəritələri isə sözün hərfi mənasında kağız üzərində xətkeşlə çəkilmişdi.
Bütün bunlardan bəhs etməkdə məqsədim tarixə ekskurs etmək yox, Qərbin hazırda yürütdüyü siyasətin nəyə əsaslandığını xatırlatmaqdır.
Fransanın Azərbaycana qarşı düşmən mövqe tutması, müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı qərəzli və subyektiv davranışlar, absurd bəyanatlar və ultimatum ruhlu açıqlamalar – bütün bunlar çağdaş geosiyasətin derivativ prinsiplə çalışdığını göstərir.
Törəmə maliyyə aləti olan derivativ tərəflərin baza aktivi ilə bağlı bəzi hərəkətlərinin öhdəliyidir. Yəni kimsə on, iyirmi və ya yüz il sonra böyük şirkət qurub izafi gəlir əldə edəcəyini deyir, qarşı tərəfi buna inandırır, hələ qurmadığı şirkətinin perspektivdə əldə edə biləcəyi gəlirlərinə əsasən səhmləri satır.
Derivativləri satın alan tərəf də borc öhdəliklərini satışa çıxararaq əlavə gəlir əldə edir.
Müasir geosiyasətdə Qərb inkişaf etməkdə olan dövlətlərə məzv derivativ prinsiplə yanaşır, vədlər verərək müqabilində siyasi loyallıq, idarəolunma razılığı, təbii resurslar və s. əldə edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfəri və onun Yelisey Sarayında Fransanın prezidenti Emmanuel Makronla görüşməsi də sözügedən məcradakı «metropoliya-yeni müstəmləkə» münasibətlərinə dəlalət edir.
Paris Ermənistana tərəfdaş, müttəfiq və ya intensiv əlaqələrinin olmasına zərarət duyduğu dövlət kimi yox, Cənubi Qafqazdakı proseslərə müdaxilə vasitəsi qismində baxır.
Fransız neokolonializminin əksinə olaraq, Azərbaycanla Türkiyənin bölgədəki siyasəti risklərin aradan qaldırılmasına, sülh və stabilliyin bərqərar olmasına yönəlib.
Fransa indi bölgədə geosiyasi minalar basdırmaqla məşğuldursa, Bakı və Ankara sapyor rolunu yerinə yetirirlər.
Adi misal: Azərbaycanın enerjidaşıyıcılarının dünya bazarlarına nəql olunduğu marşrutların keçdiyi Gürcüstanın suverenliyinin və müstəqilliyinin əsas qarantları əslində NATO, Avropa İttifaqı və ya ABŞ yox, Azərbaycanla Türkiyədir.
Ermənistanın hakimiyyət dairələrisə hələ də dərk etmirlər ki, Zəngəzur dəhlizi layihəsi reallaşarsa, Bakı və Ankara həm də ermənilərin müstəqilliklərinin təminatçısı olacaqlar.
Fransa isə tam əksinə, bölgəmizlə bağlı marginal və birtərəfli diplomatiyası ilə Ermənistana Rusiyadan qurtulmaq şansını versə də, əvəzində İrəvanı çox riskli, fəlakətlər vəd edən istiqamətə aparır.
Ermənilər eyforiyaya qapıldıqlarından bunu anlamırlar.
//trend.az