Month: November 2023

  • Прогноз погоды в Азербайджане на 11 ноября

    11 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в основном без осадков. Однако вечером и ночью местами вероятны кратковременные дожди. Северо-западный ветер днем сменится умеренным юго-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне ночью составит 12-15, днем – 16-20 градусов тепла.

    Атмосферное давление понизится с 771 до 768 мм ртутного столба.

    Относительная влажность составит 60-70%.

    В некоторых районах Азербайджана прогнозируются дожди, местами возможны кратковременные ливни, в горных районах – снег. Утром дожди постепенно прекратятся, днем будет преимущественно без осадков. Ночью и утром в некоторых районах будет туман. Будет дуть умеренный западный ветер.

    Температура воздуха ночью составит 7-11, днем – 18-23, в горах ночью – от -2 до +3, днем – 4-9 градусов выше нуля.

  • Sabah hava necə olacaq?

    Ölkə ərazisində oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

  • Bakıda bıçaqlanma hadisəsi olub: Saxlanılan var

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • На Национальной гимнастической арене стартовал Международный кубок “Оджаг”

    В Баку под эгидой клуба Ocaq Sport на Национальной гимнастической арене стартовал II Международный кубок “Оджаг” по художественной гимнастике.

    Как сообщили в Федерации гимнастики Азербайджана, в турнире, который продлится до 12 ноября, участвуют 325 гимнасток, выступающих в индивидуальной программе, и 21 команда, состязающаяся в групповых упражнениях, представляющие 44 клуба.

    Гимнастки 2008-2017 годов рождения будут бороться в индивидуальной программе и групповых движений с различными предметами, а также в многоборье.

    Отметим, что целью создания клуба Ocaq Sport, осуществляющего деятельность с 2013 года, является развитие и популяризация различных видов гимнастики, а также подготовка спортсменов высокого уровня для сборных.

  • Milli Gimnastika Arenasında beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib

    “Ocaq Sport” klubunun təşkilatçılığı ilə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib.

    Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, noyabrın 12-dək davam edəcək yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası gücünü sınayacaq.

    2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

    Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, həmçinin yığmalar üçün yüksəksəviyyəli idmançılar hazırlamaqdan ibarətdir.

  • Самолет Ан-2 с тремя людьми на борту пропал на Чукотке

    Самолет Ан-2, который выполнял рейс Певек – Полярный, с тремя людьми на борту пропал на Чукотке (Россия). Об этом сообщили в ГУ МЧС по региону.

    “В 05:30 по московскому времени (06:30 по бакинскому – ред.) от дежурного Магаданского регионального центра планирования поступила информация о том, что в 01:40 (02:40 по Баку) вылетел самолет Ан-2, принадлежащий авиакомпании “Стриж Авиа”, по маршруту Певек – АС Полярный – Певек и по времени посадки не вышел на связь”, – сообщили в ведомстве.

    В настоящее время известны последние координаты судна. На борту находится три человека, из них два члена экипажа и один пассажир”, – заявили в ведомстве.

    Отмечается, что на борту воздушного судна находятся два члена экипажа и один пассажир. Для проверки маршрута, как отметили в ГУ МЧС по региону, в 05:30 по московскому времени (06:30 по Баку) вылетели спасатели на вертолете Ми-8. Через час на поиски пропавшего самолета выехали ТРЭКОЛ и вездеход.

    Сообщается, что последние координаты самолета известны.

    Источник: РИА Новости

  • Rusiyada göyərtəsində üç nəfərin olduğu “An-2” təyyarəsi yoxa çıxıb

    Çukotkada (Rusiya) göyərtəsində üç nəfərin olduğu Pevek-Polyarnıy reysini yerinə yetirən “An-2” təyyarəsi yoxa çıxıb.

    Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsindən məlumat verilib.

    “Moskva vaxtı ilə saat 05:30-da (Bakı vaxtı ilə 06:30 ) Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisinə məlumat daxil olub ki, saat 01:40-da (Bakı vaxtı ilə 02:40) “Strij Avia” aviaşirkətinə məxsus “An-2” təyyarəsi Pevek-Polyarnıy-Pevek marşrutu üzrə uçub və eniş edəcək vaxtda əlaqə saxlamayıb. Hazırda gəminin son koordinatları məlumdur. Təyyarədə iki ekipaj üzvü və bir sərnişin olmaqla üç nəfər var”, – deyə departamentdən bildirilib.

    Marşrutun yoxlanılması üçün Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsinin qeyd etdiyi kimi, Moskva vaxtı ilə saat 05:30-da xilasedicilər “Mi-8” helikopteri ilə havaya qalxıblar. Bir saat sonra xizəkli-tırtıllı avtomobil itən təyyarəni axtarmaq üçün yola düşüb.

    Bildirilir ki, təyyarənin son koordinatları məlumdur.

    Mənbə: RİA Novosti

  • DYP yük avtomobilləri sürücülərinə xəbərdarlıq edib

    Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri sürücülərinə xəbərdarlıq edib.

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri sabit hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.

    Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyükölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

  • В бакинском метро скончался пассажир

    Сегодня утром в 06:06 в бакинском метро был зафиксирован случай с летальным исходом.

    Как сообщает ЗАО “Бакинский метрополитен”, машинист поезда, следовавшего по маршруту “Ази Асланов” – “Дарнагюль”, проинформировал диспетчерский центр об ухудшении состояния пассажира.

    На место незамедлительно была привлечена бригада скорой медицинской помощи, однако пассажир скончался после высадки на станции “Нефтчиляр”.

    Медицинский персонал подтвердил факт смерти пассажира, которому было около 70 лет.

  • Bakı metrosunda ölüm

    Bakıda metroda ölüm hadisəsi baş verib.

    “Bakı Metropoliteni” QSC-nin verdiyi məlumatına görə, hadisə bu gün səhər saat 06:06-da qeydə alınıb.

    “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə xəttə çıxan qatarın maşinisti sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.

    Dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin “Neftçilər” stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib.

    Tibb heyəti 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.