Month: November 2023

  • Ermənistan vətəndaşlarının 54 faizindən çoxu Nikol Paşinyana etibar etmir

    Ermənistan vətəndaşlarının 54 faizindən çoxu ölkənin baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətə etibar etmir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “GALLUP International Association” Araşdırma Mərkəzinin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

    Bildirilib ki, respondentlərin 20,4 faizi Nikol Paşinyana tam etibar edir, 13,2 faizi qismən etibar edir, 18,6 faizi qismən etibar etmir, 35,5 faizi ümumiyyətlə etibar etmir.

    Ermənistan əhalisinin əksəriyyəti – 53,7 faizi prezident Vaaqn Xaçaturyanın fəaliyyətini bəyənmir. Respondentlərin 64,2 faizi parlamentin, 57,7 faizi isə hökumətin fəaliyyətinə etimad etmir.

  • XRİTDX nümayəndələri Aşqabadda beynəlxalq sərgi-konfransda iştirak ediblər

    Cari ilin 9-10 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində informasiya təhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, “ağıllı şəhər” texnologiyaları və innovasiyalara həsr olunmuş “TürkmenTEL-2023” adlı beynəlxalq sərgi-konfrans keçirilib. İnformasiya-kommunikasiya texnologiyaları üzrə rəhbər şəxslər, ekspertlər və innovatorların da qatıldığı, təcrübə mübadiləsi, şəbəkələşmə imkanları və əməkdaşlığın təşviq edildiyi tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

    Tədbirdə Xidmətin rəis müavini general-mayor Allahverən İsmayılov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi, eləcə də Xidmətin digər fəaliyyət istiqamətləri haqqında çıxış edib.

    Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi “Türkmenaraqatnaşık” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

    Tədbirdə həmçinin İT həllər, yeni texnologiyalar və peyk rabitəsi, informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş ən son nailiyyətlər və tendensiyalar mövzusunda təqdimatlar, interaktiv panel müzakirələri, texniki sessiyalar və nümayişlərə də yer ayrılıb.

  • Nitq məhdudiyyətli azyaşlıya qarşı kobudluq görüntüləri – Loqoped baş verənlərə aydınlıq gətirdi (VİDEO)

    Bakıda loqoped uşaqla kobud davranıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:

    “Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”.

    Daha sonra o, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədib.

    Loqoped Aysel Nəbiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:

    “Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.

    Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”.

  • Güclü külək nəticəsində Bakıda 13 ağac sınıb

    Noyabrın 9-dan indiyə qədər Bakıda şiddətli külək nəticəsində 13 ağac sınıb.

    Bu barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.

    Eyni zamanda 23 ağacın budaqları sınıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar götürülüb və operativ şəkildə ərazi təmizlənib.

    Küləklə əlaqədar Yaşıllaşdırma Tərərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

  • Виталий Манский написал пост о поездке в Баку. После этого в Ереване отменили его фестиваль

    Ереванский государственный институт театра и кино отменил проведение фестиваля “Эхо Артдокфеста”, который был запланирован на 23-26 ноября в столице Армении.

    Как заявили представители организации, поводом к этому послужил пост в Facebook российского и латвийского режиссера, председателя фестиваля “Артдокфест” Виталия Манского о его поездке в Баку.

    В публикации режиссер писал следующее: “Я уже второй раз попал на День Победы в Азербайджан. Первый настолько впечатлил, что теперь приехал снять празднества для нового фильма”.

    Источник: “Медуза”

  • Tanınmış rusiyalı rejissor Bakı səfəri ilə bağlı status yazdı, Ermənistanda festivalı ləğv edildi

    İrəvan Dövlət Teatr və Kino İnstitutu noyabrın 23-26-da Ermənistanın paytaxtında keçirilməsi planlaşdırılan “Echo Artdocfest” festivalını ləğv edib.

    Təşkilat nümayəndələrinin bildirdiyinə görə, buna səbəb rusiyalı və latviyalı rejissor, “Artdocfest” festivalının sədri Vitali Manskinin Bakıya səfəri ilə bağlı “Facebook”da yazdığı paylaşım olub.

    Vitali Manski paylaşımında yazıb:

    “Mən artıq ikinci dəfədir ki, Azərbaycanda qeyd olunan Zəfər Günündə Bakıda oluram. Birinci dəfə olan məni o qədər təsirləndirdi ki, indi yeni filmin şənliklərini lentə almağa gəldim”.

    Məhz bu paylaşımdan sonra Ermənistanda onun təşkil etməyə hazırlaşdığı festival ləğv edilib.

    Mənbə: Meduza

  • UEFA Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

    UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adı açıqlanıb.

    Qitə futbol qurumunun rəsmi saytında yer alan xəbərə görə, bu mükafata dörd futbolçu iddia edir.

    Bunlar “Qarabağ”ın qrupdakı rəqibi Norveç “Molde”sinin oyunçusu Kristian Eriksen, həmçinin Maksimilian Eqqeştayn (“Frayburq”, Almaniya), Pedru Qonsalveş (“Sportinq”, Portuqaliya) və Saşa Horvatdır (LASK, Avstriya).

    Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu UEFA-nın azarkeşlər arasında apardığı səsvermə nəticəsində bəlli olacaq.

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yaydı

    Öncədən məlumat verildiyi kimi, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda – Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi “20 Yanvar” dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

    Qurum bəyan edib ki, sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

    “Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər”, – deyə açıqlamada qeyd olunub.

  • Səkkiz yaşlı qız kələm şorabasından zəhərlənərək öldü

    Biləsuvar rayonunda uşaq kələm şorabasından zəhərlənərək ölüb.

    Hadisə rayonun Təzəkənd kəndində baş verib.

    Belə ki, 2015-ci il təvəllüdlü Tellixanım Məmmədli ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    T.Məmmədliyə göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ev şəraitində hazırlanan kələm şorabasından zəhərləndiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu,az

  • Naxçıvanda müəllimlərin məktəbin internetdən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Nazirlikdən “Report”un yerli bürosuna verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, sözügedən məktəbə 2,5 meqabit/saniyə sürətlə internet verilir:

    “İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağındakı kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə edilir. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur”.

    Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır:

    “Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də pedaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, sakinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər”.

    Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb:

    “Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq”.