Month: November 2023

  • Qəzza zolağında ölənlərin sayı 10 812 nəfərə çatıb

    Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 10 812 nəfərə çatıb.

    “Report”un məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

    Qurbanlar arasında azı 4 412 uşaq var.

    Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumundan sonra baş verib. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu elan edib.

  • Lavrov: “Qərb Ermənistanın könlünü alır”

    “Qərb Ermənistanın könlünü alır və Rusiyaya qarşı onunla dost olmaq istəyir”.

    Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

    O, bildirib ki, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı heç bir qərəzi yoxdur.

    “İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir” – nazir qeyd edib.

    Mənbə: TASS

  • Çelenc Kuboku: “Azərreyl” 1/16 final mərhələsinin ilk oyununda qələbə qazanıb

    Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb.

    “Report”un məlumatına görə, Azərbaycan təmsilçisi turnirin 1/16 final mərhələsinin ilk oyununda İspaniya klubu “Avarka de Menorka”nı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məğlub edib.

    Komandamız birinci setdə uduzsa da, növbəti üç seti üstün tamamlayaraq, 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb. Klublar arasında cavab görüşü noyabrın 15-də baş tutacaq.

    Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.

  • Ağ Ev: “Qəzzanın şimalında hər gün dörd saatlıq atəşkəs olacaq”

    İsrail bu gündən etibarən hər gün dörd saat fasilə verərək Qəzzanın şimalında hərbi əməliyyatlar keçirməyəcək.

    Bu barədə Ağ Evdən açıqlama verilib.

    Bildirilib ki, fasilələr HƏMAS tərəfindən saxlanılan girovarın azad edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

    Mənbə: Haber Global

  • Ağsuda ağır yol qəzasında 10 nəfər xəsarət alıb

    Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub.

    VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

    Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir.

    Fakt araşdırılır.

  • В Казахстане планируют запретить азартные игры лицам младше 25 лет

    В Казахстане планируют запретить азартные игры лицам младше 25 лет.

    Как сообщает Median.Az со ссылкой на местные СМИ, соответствующие поправки планируется внести в законодательство.

    В ходе обсуждений в Мажилисе (парламенте) Казахстана депутат Елнур Бейсенбаев отметил, что по вопросам регулирования игорного бизнеса всего планируется внести 50 поправок в 2 кодекса и 7 законов.

    В частности, предлагается увеличить возрастной ценз для участия в азартных играх до 25 лет.

    Кроме того, рассматривается вопрос о запрете на участие в азартных играх для лиц, находящихся в реестре должников по алиментам, налогам и кредитам.

    Также предлагается запретить установку автоматов-лотоматиков в жилых домах, магазинах, медицинских и образовательных учреждениях.

  • Qazaxıstanda yaşı 25-dən aşağı olanlar üçün qumar oyunları qadağan oluna bilər

    Qazaxıstanda yaşı 25-dən aşağı olan şəxslər üçün qumar oyunlarının qadağan edilməsi planlaşdırılır.

    Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

    Qazaxıstan Məclisində (parlament) müzakirələr zamanı deputat Elnur Beysenbayev qeyd edib ki, qumar biznesinin tənzimlənməsi ilə bağlı 2 məcəlləyə və 7 qanuna 50 dəyişiklik edilməsi planlaşdırılır.

    O cümlədən, qumar oyunlarında iştirak üçün yaş həddinin 25 yaşa qədər artırılması təklif edilir.

    Bundan əlavə, aliment, vergi və kredit borcları üzrə borcluların reyestrində olan şəxslərin qumarda iştirakının qadağan edilməsi məsələsinə baxılır.

    Həmçinin, yaşayış binalarında, mağazalarda, tibb və təhsil müəssisələrində loto aparatlarının quraşdırılmasının qadağan edilməsi təklif olunur.

  • РФ и Казахстан подписали совместное заявление по итогам переговоров в Астане

    Президенты России и Казахстана Владимир Путин и Касым-Жомарт Токаев подписали совместное заявление по итогам переговоров в Астане, а также план действий по сотрудничеству на 2024-2026 годы.

    Как сообщает Median.Az со ссылкой на казахстанские СМИ, совместное заявление приурочено к десятилетию подписания договора между странами о добрососедстве и союзничестве.

    Стороны договорились развивать сотрудничество в области физической культуры и спорта, о взаимодействии таможенной службы России и комитета государственных доходов министерства финансов Казахстана с участием представительств таможенных служб.

    Также были подписаны меморандумы о сотрудничестве между министерствами энергетики по строительству нескольких ТЭЦ в Казахстане: “Кокшетау”, “Семей” и “Усть-Каменогорск”.

  • Rusiya və Qazaxıstan prezidentləri əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar

    Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Astanada keçirilən danışıqların yekunu üzrə birgə bəyanat, həmçinin 2024-2026-cı illər üçün əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar.

    Birgə bəyanat ölkələr arasında mehriban qonşuluq və müttəfiqlik haqqında sazişin imzalanmasının 10-cu ildönümünə həsr olunub.

    Tərəflər bədən tərbiyəsi və idman sahəsində, Rusiya Gömrük Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin qarşılıqlı fəaliyyəti üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

    Eyni zamanda, Qazaxıstanda bir neçə istilik elektrik stansiyasının tikintisi üzrə ölkələrin energetika nazirlikləri arasında əməkdaşlıq memorandumları da imzalanıb.

  • Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb

    Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən 2 nəfər rayon sakini – İ.Fərəcullayev və A.Əkbərov saxlanılıblar.

    Onlardan sənədləri olmayan 2 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

    Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

    Faktlar üzrə Masallı RPŞ-də araşdırmalar aparılır.