Month: November 2023

  • Mərdəkanda 18 yaşlı gənci avtomobil vurub

    Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

    2005-ci il təvəllüdlü Allahverdiyev Röyal Elvin oğlu yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку грузовик насмерть сбил мужчину

    В поселке Коргез Гарадагского района Баку произошло дорожно-транспортное происшествие (ДТП) со смертельным исходом.

    Как сообщает lent.az, грузовик Howo, за рулем которого находился 49-летний Огтай Алышанов, сбил 56-летнего Эльмана Гадирова. Пешеход погиб на месте происшествия.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Bakıda yük maşını kişini vurub öldürdü

    Bakıda avtomobil piyadanı vurub.

    Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Korgöz qəsəbəsində qeydə alınıb.

    49 yaşlı Oqtay Alışanov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə 56 yaşlı Elman Qədirovu vurub. Piyada hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi açılıb.

  • Zaxarova: “Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidirlər” – VİDEO

    “İrəvanın təşəbbüsü son illər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan layihələrlə bir çox cəhətdən uzlaşır”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə məşğuldur. Rusiya hesab edir ki, bu proses İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır, sabitliyə, həmçinin Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.

    Zaxarova xatırladıb ki, üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların başa çatmasından cəmi bir neçə ay sonra birgə işçi qrup yaratmaq barədə qərar qəbul ediblər.

    “Artıq bu qrupun 12 iclası keçirilib, regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üçün optimal layihələrin seçilməsi daxil olmaqla, böyük həcmdə işlər görülüb. Tərəflər üçün faydalı olacaq paket həllinə çox yaxınlaşmağa nail olunub”, – deyə rusiyalı diplomat bildirib.
    Zaxarova təəssüflə qeyd edib ki, hələlik bu məsələləri başa çatdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, kimlərdəsə bunu etməyə, sadəcə, siyasi iradə çatmır və bu, Rusiya deyil.
    Rusiya XİN nümayəndəsi Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara əsasən regionda nəqliyyat kommunikasiyaların açılması proseslərinə bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.

    Kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına gəlincə, o aydınlaşdırıb ki, adıçəkilən üçtərəfli sazişlərə müvafiq olaraq, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən həyata keçirilməlidir.
    //oxu.az

  • Sumqayıtda “Azərişıq” ASC-nin iki əməkdaşı faciəli şəkildə öldü

    Bu gün Sumqayıtda “Azərişıq” ASC-nin iki əməkdaşını cərəyan vuraraq öldürüb.

    APA xəbər verir ki, hadisə Ceyranbatan ərazisində baş verib.

    1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyev və 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev transformatorda iş görən zaman yüksək gərginlikli elektrik cərəyanı onları vuraraq öldürüb.

    Fakt bağlı araşdırma aparılır.

  • Dünyaca məşhur şirkət fırıldaqçıların qurbanı oldu: Saxta mesajlar şirkətə 333 min avro zərər vurdu

    Gürcüstanda külli miqdarda ziyan vurmuş transmilli cinayətin üstü açılıb. Belə ki, iki fiziki və bir hüquqi şəxs 333 min avronun yuyulması ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

    İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xarici şirkət olan “Procter & Gamble”ə saxta mesaj göndəriblər, şirkət də Gürcüstandakı qondarma müəssisənin hesabına 333 132 avro vəsait göndərib. Bundan sonra fırıldaqçılar göstərilən məbləği xaricə köçürüblər.

    Saxlanılan şəxslər qanunsuz gəlirlərin yuyulmasında ittiham olunurlar və onları doqquz ildən on iki ilə qədər həbs gözləyir.

    Gürcüstan Prokurorluğu araşdırmanı davam etdirir.

    Mənbə: Apsny.ge

  • İrəvanda İtaliya və Ermənistanın Baş Qərargah rəisləri görüşdü

    Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan İrəvanda italiyalı həmkarı admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, tərəflər iki ölkə arasında gələn il üçün nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

  • В России развивается мигрантофобия?

    Мусульмане России обеспокоены тем, что в стране развивается мигрантофобия.

    Об этом заявил глава Духовного собрания мусульман России Альбир Крганов.

    “Идет нагнетание этой темы… Эта волна на мигрантов может перекинуться на мусульман, которые являются гражданами нашей страны. Кто эту волну остановит?” – посетовал муфтий.

    В Общественной палате Российской Федерации (РФ) тоже отмечают, что по теме межнациональных отношений вернулся “язык вражды”.

    К слову, накануне губернатор Челябинской области запретил мигрантам водить маршрутки и такси с 1 января.

    Источник: gazeta.ru

  • Rusiyada müsəlmanlar miqrant fobiyasından narahatdırlar

    “Rusiyadakı müsəlmanlar ölkədə miqrant fobiyasının inkişafından narahatdırlar”.

    Bu sözləri Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir Krqanov deyib.

    “Bu mövzu qızışdırılır… Miqrant dalğası bizim ölkə vətəndaşı olan müsəlmanlara da sirayət edə bilər. Bu dalğanı kim dayandıracaq?” – deyə müfti şikayətlənib.

    Rusiya Federasiyasının İctimai Palatası, həmçinin qeyd edir ki, millətlərarası münasibətlərə “düşmənçilik dili” qayıdır.

    Yeri gəlmişkən, bir gün əvvəl Çelyabinsk vilayətinin qubernatoru yanvarın 1-dən miqrantlara mikroavtobus və taksi sürməyi qadağan edib.

    Mənbə: gazeta.ru

  • В Баку пропала 13-летняя девочка

    В Баку без вести пропала девочка-подросток.

    Как сообщает lent.az, 13-летняя О.Худавердиева, проживающая в 6-м микрорайоне Бинагадинского района, 7 ноября около 17:00 вышла из дома и не вернулась.

    По данному факту ведется расследование.